Qadınlar sekslə məşğul olanda yalnız bir məsələni düşünür... - KİŞİLƏR OXUSUN

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 708
Səs ver:
(səs: 0)
Qadınlar bizə, yaxud da əksinə, biz qadınlara nə qədər də yaxın olsaq, onlar haqqında hər şeyi bilmirik. Çox zaman qadınları özümüzdən zəif və iradəsiz sayırıq. Ancaq heç də biz düşündüyümüz kimi deyil. Onlar da güclüdürlər. Sadəcə biz kişilərdən fərqli olaraq zərif güclülərdi.QADİNLA.COM modern.az-a istinadən zərif güclülər haqqında maraqlı faktları təqdim edir.

- Dünyanın demək olar ki, əksər ölkələrində qadınların ömrü kişilərin ömründən uzundur.

- Hər 90 saniyədən bir dünyada bir qadın hamiləliyi dövründə və ya doğuş zamanı dünyasını dəyişir.

- Qadınların ürəyi kişilərin ürəyi ilə müqayisədə 20 faiz kiçikdir. Amma bu, o demək deyil ki, onlar ürəksizdirlər.

- Qadınların musiqi duyumu kişilərə nisbətən daha güclüdür. Amma buna baxmayaraq, onların arasından nə Üzeyir bəy, nə də Bethoven kimi dahilər çıxıb.

- Qadınlar orta hesabla gün ərzində 20 min söz ifadə edirlər. Bu, kişilərə nisbətən 13 min dəfə çoxdur. Əgər ifadə edilən sözlər deyinməkdən ibarətdirsə, təbii ki, kişilərin ömrü azalır.

- Qadınlar öz ömrünün təxminən 1 ilini paltar seçiminə həsr edirlər. Yaxşı ki, kişilər bu məsələdə daha operativdirlər.

- Dünyada ən çoxuşaqlı ana rus kəndlisi Fyodr Vasilyevin həyat yoldaşıdır. O dünyaya 69 uşaq gətirib. Düzdür, 69 uşaq doğmaq çox çətin bir məsələdir. Amma 69 uşağa baxan atanın işi çətinliyi ilə yanaşı həm də “ağlamalı” bir vəziyyətdir.

- Elmi cəhətdən sübut olunub ki, qadınların beyni kişilərin beynindən 10 faiz kiçikdir. Burda heç bir şərhə ehtiyac yoxdur. Bu, elmi cəhətdən sübut olunmasaydı da, kişilər bunu çoxdan icad ediblər.

- Əksər qadınlar sekslə məşğul olanda yalnız bir məsələ - yataqda gözəl görünüb görünməməkləri haqqında düşünürlər.

- Qadınlar ömürlərinin təxminən 4 saatını güzgünün qarşısında keçirirlər. Bu rəqəm işi-gücü güzgülənmək olan xanımlara aid deyil.

- Dünyada sirr olmayan bəlli bir məsələ var ki, qadınlara sirr vermək olmaz. Çünki qadınlar onlara etibar olunan sirri maksimum 47 saat saxlaya bilirlər. Təbii ki, bu bütün xanımlara şamil olunmur.

- Qadınlar alış-veriş etməyi daha çox sevirlər. Bu həyatda yeganə sahədir ki, xanımlar bu sahəni “tam nəzarətə” götürməyi bacarıblar.

- Dodaq boyasından istifadə edən qadınlar yaşadıqları ömür boyu 2-3 kiloqram bu kosmetik vasitəni yeməyə məhkumdurlar.

- Dünyada ən çox danışan qadın amerikalı komediya aktrisası Fran Kerodur. O, bir dəqiqə ərzində 538 söz tələffüz edə bilir.

- Kişilər üçün mobil telefon işlərinin yerinə yetirilməsində qısa və konkret danışmaq üçün rabitə vasitəsidir. Qadınlar üçün isə mobil telefon müxtəlif mövzuları saatlarla müzakirə etmək üçün simsiz əlaqədir.

- Dünyanın 20 ən varlı qadınından 19-u atalarının və həyat yoldaşlarının hesabına bu titulu qazanıblar.

- Söhbət zamanı qadınlar tez-tez “hə” deyirsə, bu, heç də o demək deyil ki, o, sizi dərk edir. Bu təsdiq ifadəsi ilə xanımlar bildirmək istəyirlər ki, onlar sadəcə sizə qulaq asırlar. Odur ki, qadınlarla söhbət edəndə çox da dərinə getmək bir çox hallarda tam mənasız bir məsələdir.

Qadınlar haqqında bütün bildiklərimiz və bilmədiklərimizdən asılı olmayaraq onları sevmək, dünyanın ən böyük sevgilərini, gözəlliklərini bizlərə bəxş edən zərif güclülərə hörmətlə yanaşmaq biz kişilərin ən azı kişilik borcudur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri