Evdar qadın deyib keçməyin!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 4 257
Səs ver:
(səs: 1)
Evdar qadın olmaqdan xoşunuz gəlirmi? Adından bəlli olduğu kimi bu dəfəki mövzumuz evdar qadınlara həsr olunur. Evdar xanımlar müzakirəyə qoyulan məsələlərə münasibət bildirərkən, evdar olmayanlar evdarlıq peşəsini öhdəsinə götürənlər haqda xəbər tutub onlar barəsində gəzən əfsanələrin heç də həqiqət olmadığının şahidi ola bilərlər. Evdarların cərgəsini tərk edənlər çox olsa da özünü evinə və ailəsinə həsr edənlərin sayı ondan da çoxdur.

Gəlin razılaşaq ki, qadınların arasında da parçalanma var. Belə ki, bir tərəfi işsizlik və ya tiran ər ucbatından 4 divar arasında qalmalı olursa və evdə olmağın necə ağır yük olduğundan dilə gəlirsə, digər tərəf düşünmədən evdar olmaqları ilə fəxr edib doğmalarının yanında olub və istədiklərini etmək üçün yetərincə vaxtlarının olmasını böyük xoşbəxtlik sanırlar. Amma onlar da evdarlığın hec də asan olmadığını yaxşı bilirlər.

Buyurun əziz xanımlar, bu da faktlar. Bəlkə indi işgüzar qadınlarımız evdar xanımlarımıza həsəd aparmazlar.

1. Hər şeydə səliqə-sahmanı sevən ingilislər orta statistik evdar qadının əməyini hesablayıblar. Dərhal oradakı şəraitlə buradakını müqayisə etməyə tələsməyək. İnanmaram ki, bizdə ingilis xanımlarından az işləsinlər. Nəzərə alsaq ki, bu gun bir cox evlərdə hələ də tozsoranlar, paltar və qabyuyan maşınlar yoxdur - mənə elə gəlir, ki bunu hec düşünməyə dəyməz.
2. Amerikalılar isə orta statistik ailədə evdar qadının ailə büdcəsi üçün 2500-3000 dollar pula qənaət etdiyini müəyyən edib. Razılaşaq ki, qənaətcilik də hər insanın işi deyil.


3. İl ərzində evdar xanımın yuduğu qab-qacağın çəkisi 5 tondur. Üstəlik, bu qabları yuyub yerinə yığanadək sən demə qadın 1500 km məsafə qət edir.

4. Ümumiyyətlə 4 adamdan ibarət ailələrdə il ərzində 18 min bıçaq, qaşıq və çəngəl, 13 min boşqab, 8 minə yaxın stəkan və nəlbəki yuyulur. İl ərzində paltar yumaq, 200 döşəməni yumaq, 70 yemək bişirmək isə həftə ərzində 10-12 saat vaxt aparır.

5. Ev işlərinə sərf olunan gücə gəldikdə isə paltar yumaq traktorçunun işi qədər çətin, şüşələri silmək bütün günü yük maşınını idarə etmək kimi əziyyətli, ütüləmək isə bənna işi qədər ağırdır. Evdar qadının ev işlərinə sərf etdiyi eneji bir futbolçunun 2 oyun zamanı sərf etdiyi enerjiyə bərabərdir.

Bir sözlə, bunu görənlər evdar qadının cəmiyyətimizə xeyri dəyməyən canlı varlıq olduğunu düşünməsinlər. Onların bəlkə də işləyənlərdən daha cox faydası var. Ailəni qorumaq, gələcək nəsli yetişdirmək və milli adət-ənənələrimizi qoruyub saxlamaq heç də asan deyil.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri