Büstqalterdən imtina etmək üçün 4 SƏBƏB

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 698
Səs ver:
(səs: 1)
Büstqalter artıq uzun illərdir ki, qadın qarderobunun ayrılmaz hissəsi olub.
Büstqalter qadın sinəsinin formasını daha gözəl göstərsə də, əslində əzələlər üçün ziyandır. Araşdırmalarda məlum olub ki, daimi büstqalter istifadəsi nəticəsində əzələ və bağlar öz funksiyasını yerinə yetirməyi dayandırır, sinə elastikliyini itirir və sallanmağa başlayır.
Sinə anatomik cəhətdən çox möhkəmdir, lakin daim büstqalter geyməklə siz xoşagəlməz gərilmə hiss edə bilərsiniz. Bu da əzələ bağlarının öz funksiyasını icra etməməsindən dolayı baş verir. Büstqalteri çıxardıqda isə əzələ bağlarının təbii elastikliyi bərpa olunur.
Alimlərin araşdırmalarında büstqalterlə xoşxassəli fibroz kistoz arasında möhkəm əlaqə aşkar edilib. Bu diaqnoz qoyulan qadınların 90 faizi alt paltarını geyməkdən imtina etməklə öz vəziyyətini xeyli yaxşılaşdırıb.
Büstqalterlə bağlı qızlar arasında aparılan başqa bir araşdırmada isə çiyin ağrılarını azaltığı ortaya çıxıb. Tədqiqat zamanı onlardan bu alt paltarını bir müddət geyinməmək tələb olub. Büstqalterdən imtinadan bir müddət sonra qadınların 79 faizinin səhhətinin yaxşılaşdığı məlum olub. Eksperiment zamanı bel və çiyin ağrıları yox olub.

Büstqalteri çıxarıb yerimək onlar üçün bir növ masaj funksiyasını yrinə yetirir, qan dövranı və limfanı yaxşılaşdırmağa kömək edir. Bu da öz növbəsində, müxtəlif xəstəliklərin inkişaf riskinin azalmasına gətirib çıxarır.Publika.az
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri