Əvəzedilməz Audrey Hepburn

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 697
Səs ver:
(səs: 0)
XXəsrin parlaq ulduzu Audrey Hepburn öz dövrünün parlaq ulduzu və tərz simvolu olmaqla yanaşı, gözəl və sevən ana, humanist şəxsiyyət idi. Onun tərəfindən yaradılan obrazlar bu günə qədər pərəstişkarlarının könlünü oxşayır. Aşağıda öz dövrünün mükəmməl şəxsiyyəti olmuş bu məşhur aktrisanın ən məşhur sitatlarını təqdim edirik:


Məni gülməyə vadar edən insanları sevirəm. Həqiqətən düşünürəm ki, gülmək – həyatda ən çox sevdiyim şeydir. Gülüş bir çox xəstəliklərin öhdəsindən gəlir. Ola bilsin, bu insanın sahib olduğu ən vacib cəhətdir.


Yardım əlinə ehtiyacın olduğunda bil ki, sən ona sahibsən. Bu sənin öz əlindir. Böyüdükdə anlayacaqsan ki, sənin iki əlin var: biri – sənin özünə, digəri isə – başqalarına kömək etmək üçün.


Göz yaşları təbəssümdən daha böyük əhəmiyyətə sahib ola bilər. Çünki ətrafımızdakı hər kəsə təbəssüm etdiyimiz halda, yalnızca sevdiklərimiz üçün göz yaşı tökürük.


Mənim valideynlərimə ayıracaq zamanım demək olar ki, qalmırdı. Heç kimə lazım olmadığımı yadda saxlamışdım və bütün ömrüm boyu bunun başqa cür ola biləcəyinə şübhə edirdim. Şokolad mənim yeganə dostum idi və o mənə heç vaxt xəyanət etməyib.


Yalnızca xoş sözlər tələffüz edən dodaqlar, insanlarda yalnızca gözəl cəhətləri görən gözlər gözəldir. Öz yeməyini ac insanlarla bölən bədən daha qamətlidir. Və hər gün körpənin oxşadığı saç ipək kimi olacaqdır.


Qadının gözəlliyi yaşadığı illərlə birgə artar.


Uğur – hər hansı bir tarixi günə nail olub və özünüzün azacıq belə olsa dəyişmədiyinizi görməkdir.


Qadının gözəlliyi onun gözlərində əks olunmalıdır. Bu onun qəlbinə aparan qapıdır, harda ki, sevgi yaşayır…


Hər bir insanın öhdəliyi əzab çəkən uşaqlara yardım etməkdir. Yerdə qalan hər şey əhəmiyyətsizdir və keçicidir.


Deyirlər sevgi ən böyük yatırımdır: nə qədər çox versən, qarşılığını da bir o qədər çox alırsan. Məsələ bunda deyil. Sevgi – ən unikal yatırımdır: onu nə qədər çox bəxş etsən, özünüzdə bir o qədər çox sevgi yaranır. Bunu anlasaydınız, yaşamaq nə qədər də asan olardı.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri