Arzuolunan qadın olmağın yolları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 4 145
Səs ver:
(səs: 1)
Bir qadın hər zaman baxımlı olmağa, səliqəli və gözəl görünməyə çalışır. Çoxları qadınların bunu başqalarından geri qalmamaq üçün etdiyini desə də, digərləri bütün bu cəhdlərin kişilər üçün olduğunu bildirir. Amma danılmaz bir fakt da var ki, hər bir qadın ətrafı tərəfindən bəyənilən, sevilən biri olmaq istəyir. Xüsusilə, qadının xoşladığı biri varsa, bu istək birə-beş artır. Bəs kişilər hansı qadınları daha çox bəyənir? Gəlin bu suala cavab ola biləcək bir sıra fikirlərə birlikdə nəzər salaq.

İlk növbədə özünüz olun:
Çünki qadının bu cür rəftarı qarşı tərəfin marağına səbəb olur. Beləliklə, qarşınızdakı insan sizinlə birlikdəykən özünü dəyişdirmək məcburiyyətində olmadığını hiss edir.

Xarici görünüşünüzə diqqət edin:
Geyiminizdə açıqlığa çox yol verməməyə çalışın. Çünki kişilər bu cür geyinən qadınlarla bərabər görünmək istəmirlər. Sadəcə səliqəli olmağınız yetərlidir. Bununla yanaşı, makiyaj edərkən, ətir vurarkən həddən çox olmamasına da diqqət edin.

Pozitiv olun: Diqqət çəkməyin ən asan yollarından biri də gülümsəməyi bacarmaqdır. Kişilər gülümsəyən qadınları xoşlayır.

Dürüst olun və hörmət edin: Bir kişinin uzun müddət yanınızda olmasını istəyirsinizsə, ona güvənməli və dürüst olmalısınız. Kişilər bu cür qadınlarla birlikdə olmaqdan məmnunluq, hətta qürur hissi duyurlar.
Hörmət etməyi də unutmayın. Bir kişini digər həmcinslərinin yanında aşağılayacaq hərəkətlər etməkdən qaçının. Kişilər onlara hörmət edən qadınlara dəyər verir.


Ağıllı qadınlar sevilir:
“Kişilər ağıllı qadınları sevmir” – ifadəsinə inanmayın. Bu sadəcə qısamüddətli münasibətlər üçün keçərlidir. Əgər qarşınızdakı insan uzunmüddətli bir münasibət axtarışındadırsa, ağıllı olmağınız və özünüzə güvənməyiniz onun tərəfindən müsbət qəbul olunacaq. Hər bir kişi onu anlayan, şəxsi həyatında ona kömək edə biləcək və çətin vəziyyətlərdə məsləhətləşəcəyi bir qadınla birlikdə olmaq istəyir.

Dinləməyi bacarın:
Bir anlıq özünüzü unudun və onu düşünün. Ona özündən, problemlərindən danışmaq fürsəti verin. Pis günlərində nə, niyə, nə üçün, nə olub kimi sualları soruşmaq əvəzinə, qayğıkeş davranıb, onu dinləməyə çalışın.

Eyni zamanda dəyərli olun:
Özündən əmin görünmək sizə cazibədarlıq qazandırır. Amma buradakı “özündən əminlik” özündən razılıq kimi yozulmamalıdır. Bir kişi ilə tanış olduqdan sonra həddindən çox naz etməyin, ancaq ondan xoşlandığınızı da çox biruzə verməyin. Kişilər asanlıqla əldə olunan qadınları xoşlamadıqları kimi, onları uzun müddət süründürən qadınları da sevmirlər.

Dəyərli olduğunu hiss etdirin:
Önəmli olduqlarını hiss etdirin və bunu səmimiyyətlə edin. Sizdən “Sən mənim üçün dəyərlisən” mesajını alsınlar. Sizə necə davranılmasını istəyirsinizsə, qarşınızdakına da elə davranın.

Sonda qeyd edək ki, bütün bu məsləhətlər eyni hissləri yaşamış insanlar arasında aparılan araşdırmaların nəticələridir. Amma əsas olan sizin ürəyinizdən gələn istək və davranışlardır. Deyilənləri də nəzərə almaqla ürəyinizin səsini dinləyin. Ancaq bu zaman sevdiyiniz kişinin qəlbini qazana bilərsiniz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri