Büsthalersiz qadın yarpaqsız ağac kimidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 175
Səs ver:
(səs: 0)
Büsthalersiz qadın yarpaqsız ağac kimidir

Qadının əsas geyim atrubutlarından olan büsthalterlər haqqında məlumatları xanımların diqqətinə çatdırır. O, … qadının yaraşığı, özünə güvəni, geyim kompozisiyasının ayrılmaz hissəsidir. İntim olduğu qədər də aşkar, zərifliyi qədər də hökmlü geyim növüdür. Büsthaltersiz qadın yarpaqsız ağac kimidir… müasir qadın artıq özünü onsuz təsəvvür belə etmir.

Büsthalterin tarixi
Bir gün amerikalı qadın Meri Cekobs karsetdən bezərək onu çıxarır və burun dəsmallarından lifçik hazırlarır. Ona çox rahat gələn lifçikdən bir neçəsini də rəfiqələri üçün hazırlayır. Onların da çox xoşuna gəldiyini görən Meri düz yolda olduğunu başa düşür və 1915- ci ildə patent alır. Patenti əri işləyən korset fabrikinə satır. Fabrikdə işləyənlər büsthalterin gələcəyinə haqlı olaraq inanaraq Meriyə 15 min dollar verirlər.

Büsthalterin 5 sirri
1. Altı aydan bir ölçü götürün, çünki döşün ölçüsü və forması tez-tez dəyişir.
2. Əgər lifçiyin arxası yuxarı qalxırsa, deməli büsthalterinizin ölçüsü balacadır.
3. Büsthalterin mərkəzi bədənin qabırğa hissəsinə kip oturmalıdır. Əgər arada
boşluq varsa, deməli lifçik böyükdür.
4. Büsthalteri bağlamamışdan öncə dərin nəfəs alın.
5. Büsthalterin bağları çiynimizi sıxmamalıdır. Əgər sıxarsa bağı bir az uzadın.

Büsthalterlərin növləri
Büsthalterlərin modelinə, materialına, kasaların formasına görə fərqli növləri var. Həmin növləri sizə təqdim edirik. (Fotolarla da göstərilib)

1. İpsiz:
Bu növ büsthalterlər “anjelika” adı ilə də məşhurdur. Toy günündə karset geyinən gəlinlərin ideal seçimidir.
2. Nümayişkar:
Döşün yarısını tutur. Son dövrün ən popular və dəbli növüdür.
3. Cəsarətli kəsik:
Çox cazibədar görünür, döşün elastikliyini artırır. Bu cəsarətli büsthalteri açıq-saçıq paltarla, gecə geyimləri ilə geyinmək olar.
4. Plastinkalı:
Sadə büsthalterlə müqaisədə daha böyük populyarlığa malikdir. O, dekolte paltarı çıxmaq şərtilə bütün geyimlərdə istifadə edilir.
5. Eyvancıq:
Bu forma 60-cı illərdən qalıb. Elə təsürat yaranır ki, döş lifçiyə yerləşmir. Eyvancıq biçimindəki lifçik əsasən dekolte, sinəsi dördbucaq kəsimli paltarla geyinilir.
6. Tam bağlı:
Plastinkalar döşü tam bağlayır. Onu yalnız bağlı və uzunqol paltarla geyinmək olar.
7. Tikişli – tikişlər istiqamətinə görə fərqli olur.
Üfüqi, şaquli, diaqonal və.s tipli kəsikləri olan lifçiklər döşün formasına görə seçilir: üfüqi tikişli büsthalterlər iri döşlərə, şaquli isə kiçik döşlərə uyğun gəlir. Tikişli büsthalterləri toy libası ilə geyinmək daha məqsədəuyğundur.
8. Tikişsiz:
Kasada tikiş yoxdur. Dar paltar və köynəklə geyinilir. Ən son dəb hesab olunur.
9. İncə tikişli:
Tikişlər demək olar ki, heç görünmür. Məşhur markaların yeni alt paltarı kolleksiyasında belə lifçiyə rast gəlmək olar.
10. Push-up: (qabağa və yuxarıya)
Bu tip büsthalterin vəzifəsi döşü qaldırmaq və irəliyə doğru qabartmaqdır. Beləliklə, döş böyük, yumru, formada görünür. Korsetli paltarla onu geyinmək mütləqdir. Alt paltarları istehsal edən şirkətlər PUSH-UP seriyasından olan büsthalterləri 3 növə ayırırlar.

1. Döşün həcmini böyük göstərməyən, sadəcə onu azacıq qaldıran.
2. Kasaların içində incə material olan, döşün həcmini artıran.
3. Kasalar materialla tam doldurularaq döşün həcmini çox artırır.
Büsthaler


Büsthalteri necə yumalı?
Bir dəfə geyin, bir dəfə yu prinsipinə əsaslanmaq lazımdır. Bunu gigienik qaydalar
tələb edir. Büsthalterinizi davamlı istifadəyə yararlı olması üçün onu əllə və ilıq suda yumaq məsləhətdir. Əgər büsthalteri paltaryuyan maşınla yumaq istəsəniz, xüsusi torbanın içinə qoyun.

Fransa, Çin, Yaponiya, İtaliya, Almaniya və Böyük Britaniya sosioloqları qadınların özünü qiymətləndirməsinə nələrin təsir göstərdiyini araşdırıb.

Bunun əsasən büsthalterlərdən asılı olduğu üzə çıxıb. Əksər qadınların cavabları göstərib ki, onların özünü qiymətləndirməsində məhz bu geyimin böyük rolu var.
Araşdırma bir sıra digər məqamları da aşkara çıxarıb. Məlum olub ki, bu alt geyiminin ən «cəsarətli» və intimual tiplərindən italiyalı xanımlar istifadə edir. (69%). Digər ölkələrdən olan zərif cinsin nümayəndələri italiyalılarla müqayisədə bu məsələdə bir qədər utancaqlıq nümayiş etdirirlər.

Fransızlar bu geyimə daha çox komplement eşitmək vasitəsi kimi yanaşır, ingilislər isə sadəcə, sosial norma kimi baxır. Çinli xanımların 99%-i hesab edir ki, onların xarici görünüşü məhz bu alt geyimindən asılıdır. Belə düşünən ingilis xanımlar isə 77% təşkil edir. Yaponiyalı xanımların 35, çinlilərin isə 60%-i büsthalter seçərkən dəbə diqqət ayırır.
Araşdırma onu da göstərib ki, zərif cins nümayəndələrinin 83%-i bu geyimdən sadəcə vərdiş kimi istifadə edir, 78% qadın onu alan zaman seçim etməkdə çətinlik çəkir.
 
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 175
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri