Əsmər xanımlar necə makiyaj etməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 30 708
Səs ver:
(səs: 2)


Onların dəri rənglərinə və üz cizgilərinə hansı rənglər daha uyğundur? Qaraşın və ya qarabuğdayı xanımlar istər göz boyaları, istərsə də tonal kremdən istifadə edərkən heç də bütün rənglərin onlara yaraşdığını düşünməsinlər.

 Əvvəlcə başlayaq tonal kremdən. Əsmər xanımlar bir ton tünd tonal kremdən istifadə etməlidirlər. Göz qapaqları üçün istifadə olunan boyalar isə dərinin tonundan iki dəfə açıq olmalıdır. Bu həm dərinizin təbii rəngini ön plana çıxaracaq, həm də göz və üz cizgiləriniz daha qabarıq görünəcək.  

  Ənlik isə tünd qəhvəyi rənglərində və ya krem rəngində ola bilər. Unutmayın, əsmər xanımlar çəhrayı ənliklərdən uzaq durmalıdırlar.

  Göz boyalarından istifadə edəndə bunlara diqqət yetirin: Qumral xanımların istifadə etdiyi bütün rənglər sizin üçün də keçərlidir. Məsələn, zeytun yaşılı, qızılı və qəhvəyi rəngin qarayla kombinasiyası, sarı və sair.

 Dodaq boyasında isə ənliyinizin tonlarına uyğun - qəhvəyi rəng çalarlarından istifadə edin. Əvvəldə də dediyimiz kimi,  çəhrayıdan və parıldayan və açıq tonlu bütün rənglərdən uzaq durun.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 30 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri