Qadınlar həyatlarının 1000 saatını buna sərf edir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 974
Səs ver:
(səs: 0)
Qadınlar bədənindəki xoşagəlməz tükləri ənənəvi yollarla təmizləməyə ömrünün 1000 saatını sərf edir.
Qadinla.com Türkiyə mətbuata istinadən xəbər verir ki, bu barədə dəri xəstəxanasının qurucusu həkim Levent Türbedar məlumat verib:

"Xoşagəlməz tüklərdən xilas olmağın ən təsirli yollarından biri lazer epilyasiyasıdır. Xüsusilə qadınlar üçün bu, inqilabi üsuldur. Çünki qadınlar əsrlərdir ki, tüklərdən xilas olmaq üçün mübarizə aparır və həyatının 1000 saatını ona sərf edir. Halbuki, onlar tükləri təmizlədikləri vaxtı özlərinə və inkişaflarına sərf edə bilərlər.
Xoşbəxtlikdən müasir tibbi avadanlıqlar tüklərdən qısa müddətdə xilas olmağa kömək edir. Üstəlik lazer epilyasiyası tüklərin çıxmasını bir müddət sonra dayandırır. Bu da o deməkdir ki, lazer epilyasiyası ilə problemi kökündən həll etmək qadınlara əlavə vaxt qazandırır”.

Həkim onu da bildirib ki, gözəllik mərkəzlərində hormon və genetik fərqlərə əsasən müxtəlif lazer epilyasiyaları təklif olunur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri