Bir qadın istəsə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 195
Səs ver:
(səs: 1)
Bir qadın; Sevirsə əgər qorxmadan sahib çıxar sevgisinə. Bütün çətinliklərə dözər, sinə gələr, qarşındakı insan dəyər bilirsə əgər, sevdiyi üçün, sevdiyini xoşbəxt etmək üçün edə bilməyəcəyi heç bir şey yoxdur. Yetər ki sevdiyi insan qadının dəyərini bilsin. Bir qadın xoşbəxt olduğunda, qarşısındakını xoşbəxt etməsini çox yaxşı bilər.

Bir qadın; İstəyirsə əgər alar. Sahib olmaq istəyirsə sahib olar. Bir qadının nə olursa olsun, əldə etməsi nə qədər çətin olursa olsun başına taxmışsa əgər sahib ola bilməyəcəyi heç bir şey yoxdur. Məşğul olar, çalışar, planlar edər, günlərlə planları haqqında baş yorar, çıxan bütün maneələri keçər və istədiyinə sahib olar.

Bir qadın; Nə qədər çətin bir vəziyyətdə də olsa istəyirsə əgər içində olduğu çətin vəziyyətdən silkinip çıxmasını, ayağa qalxmasını bilər. Bilər ki hər şey özündə bitir. Edəcəyi bütün pislikləri özünə, bütün yaxşılıqları yenə özünə edəcəyini bilər. İçində olduğu çətin vəziyyətdən özünü qurtarar, ayağa qalxar və təkrar düşməmək üçün, təkrar eyni çətin günləri yaşamamaq üçün sıx yapışar həyata.
Bir qadın; İstəyirsə əgər cəhənnəmə dönmüş, darmadağın olmuş bir yuvanı toplar yenidən yuva edə bilər. Yetər ki istəsin, yetər ki bunu etmənin qarşılında əməklərinin və sevgisinin qarşılığını ala biləcəyini bilsin. Lakin bədbəxtsə bu yuvada qurtarmaq istəmirsə də bitirər dönüb arxasına belə baxmaz. Heç kim onu geri çevirməyi bacara bilməz. Arxasını dönər gedər və özünə yeni bir həyat qurarBir qadın; İstəsə o əgər o möhtəşəm zəkasının üstünə axmaq bir qız uşağı saxlamağı bacarar. Əgər istəklərini əldə etmək üçün axmağı oynamaq lazım olduğunu bilirsə. Elə axmaq təqlidi edər ki qarşındakı insan onu dərhal aldadacağını zənn edər və əslində heç aldatmadığını fərq etdiyində isə qadının zəkası qarşısında məğlubluğunu bir dəfə daha qəbul edər.

Bir qadın; İstəmirsə əgər, istəmədiyi müddətcə istəmədiyi heç bir şeyi ona etdirə bilməzsiniz. Məcbur olaraq etmək məcburiyyətində qaldıqlarında isə qadın əli dəymiş olmasının o gözəlliyini, o cadusunu tapa bilməzsiniz. Qadın bir şeyi istəyərək etdiyində, o işə könül gözüylə baxaraq etdiyində mükəmməl olar.

Bir qadın özünə etdiyi bütün pislikləri də özünə edər, özünə etdiyi bütün yaxşılıqları da. Hər qadında bütün bunları edəcək güc, potensial və zəka vardır. Mən istisnasız bunun bütün qadınlarda olduğunu düşünürəm. Dünya var olduğundan bəri qadın özünə edilən əzici rəftarın fərqində və dünyada ki gözün görə bildiyi hər şeyin amma hər şeyin qadının əsəri olduğunun şüurundalar.

Bir qadın; Əslində hər şeydir. Qadınlar indi burada yaza bilmədiyim, daha milyardlarla işi edə bilərlər. Bir qadının xəyal etməsi, istəməsi və bir gün xəyallarını reallaşdırması üçün önlərinə çıxan tək maneə yenə özləridir. Özlərinin vicdanı mühasiblikləridir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 195
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri