Ey GözəL Qadın ... Ey GözəL Qadın ... BəLi Sən ... Buradan bu sətirləri oxuyan sənə səslənirəm... Nə qədər qiymətli olduğunun fərqindəmisən? İçində bütün dünyanın ruhuna xoş gələcək özəl şəfalı bir parıltı olduğunun və müqəddəsliyinin fərqindəmisən? Qalx və aynaya bax... Gözlərinin içinə öncə sən bax.. Öz gözlərində gördüyündən də artıq möhtəşəm gözəlliyini görə bilirsənmi? Gücünü, zərafətini ve dəyərini görə bilirsənmi? Sən necə ki özünə açıq bir cəsarətlə baxa bilirsen, bir başqasının gözlərinə də eyni açıqlıqla və utanmadan baxa bilərsən... Silkələn.... Çiyinlərin düşməsin artıq... Doğrul.... Aqressivliyini çıxar.. Burax artıq, tutunma hirsinə... İzin ver yanındakı, incik zərif yumşaqlığını görsün... Hirsinlə gəzməkdən yorulmadınmı? Elədirsə izin ver; bu an, tam bu an kim varsa yanında görsün gerçək səni... Yaralarını gizləyirsən, çünki bunların səni zəif göstərəcəyindən qorxursan... 'Zəif' görünməkdən çox qorxursan... Bilirsənmi ki, o yaralar, səni sənə yaxınlaşdırdığı üçün dərin hörməti haqq edirlər? Bilirsənmi ki o yaralar sənin cəsarətinin nişanıdır? Səni, zəif göstərmək yerinə incikliyinin içində gücünü xatırladırlar... Özünü düzəltməyə çalışmadan, özünün xətalarını tapmağa və ya düzəltməyə çalışmadan bir gün keçirə bilərsənmi? Yetərli olduğunu həqiqətən qəbul edə bilərsənmi? Sadəcə hazırki halın ilə özünü sevə bilərsənmi? Başqalarından sevgi tələb etməyi bir kənara qoyub özünü bütün xüsusiyyətlərinlə sevə bilərsənmi? Sən... Bəli Sən ... Çox gözəlsən ... Hər şeyin ilə yetərlisən ... Və çox qiymətlisən .... Azadsan .... Özünü sev.... Bədənini sev.... Gözəlliyi yaşamına dəvət et.... Müqəddəsliyini şərəfləndir.... Duyğularına, gözyaşlarına izin ver.... Səsinə sahib çıx.... Səsim Səsin olsun..