“Tənbəlləşmək”-gənc qalmağın yeni açarı... Qulağa necə də xoş gəlir, elə deyilmi?
Bu günlərdə gözəlliklə bağlı yeni bir şüar qadınların marağını çəkib...Enerjinizi azaldın, gənc qalın
Hər yerdə oxuyuruq; maddələr mübadiləsi nə qədər tez işləyərsə, bədən də öz görünüşünü və təravətliliyini o qədər qoruyur. Amma mütəxəssislərdən soruşsanız, bu tamamilə yalnışdır. Aparılan bir çox araşdırmaya görə, yavaşlayan maddələr mübadiləsi uzun yaşamağın sirlərindən biridir. Bədən istiliyində və maddələr mübadiləsində meydana gələn azalma, hüceyrələrin və orqanların yaşlanmasına səbəb olan sərbəst radikalların meydana gəlməsinə mane olur. Xərçəng, iltihab və digər xəstəliklərinin qıcıqlandırıcıları da daha az istehsal edilməyə başlayır. Bu zaman nə etmək lazımdır?