Niyə qadınlar romantik, kişilər susqundur?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 346
Səs ver:
(səs: 2)
"Niyə bəzi insanlar ömür boyu yas tutur?" İngiltərədə nümayiş olunan bir kitab insan beyniylə əlaqədar bilinməyən müddəaları ortaya qoyur. Qadınların daha çox ağlamasının da, infarkt zamanı qolda hiss edilən ağrının da, bəzi insanların paranormal güclərə sahib olmasının da beyin tərəfindən nəzarət edilən səbəbləri var.
Rita Carter tərəfindən yazılan "The Brain Book" ("Beyin Kitabı") yetkin insanın beynində 100 milyarddan çox sinir hüceyrəsi olduğunu və bunların kompleks müddətlər yaratdığını söyləyir. Məsələn, beyində ağrını hiss edən bölgənin böyüklüyü və saxladığı sinir hüceyrəsi hər fərddən fərdə dəyişdiyi üçün insanların ağrı-acıları da fərqli olur. İnfarkt əvvəlcə qolda ağrı halında olur və ağrını hiss etmək də beyin tərəfindən şəxsə xəbərdarlıq göndərmək məqsədilə ötürülür.
Qorxulu film izləyərkən qorxma isə yenə bədənin özünü qorumaq refleksindən yaranır. Gördüyümüz qorxunc vəziyyət hədə hesab edilir və sifətin şəkli də buna uyğun görkəm alır. Təhlükəni daha yaxşı görmək üçün göz bəbəkləri böyüyür, təhlükəyə hazır olmaq üçün reflekslər hazır hala gəlir.
Qadınların kişilərə nisbətən daha romantik olmasının da beyin tərəfindən istiqamətləndirilən müxtəlif səbəbləri var. Qadın beyninin duyğu, danışma və sənət qabiliyyətinə nəzarət edən sağ hissəsi kişilərlə müqayisədə daha yaxşı işləyir. Bu, qadınları daha çox romantik və daha yaxşı natiq edir. Kişilərin daha az danışmasının və duyğularını danışaraq ifadə edərkən çətinlik çəkməsinin də səbəbi budur.
Beyin tərəfindən ölüm və ya ayrılıq kimi itkilərə verilən reaksiyalar da hər adamda müxtəlif olur. "Niyə bəzi insanlar ömür boyu yas tutur?" sualının cavabını axtaran Carter beyində itkilər qarşısında verilən reaksiya və yas tutma müddətini təyin edən mexanizmin insanlarda eyni şəkildə işləmədiyini, bunun psixoloji bir müddət deyil, beyin tərəfindən nəzarət edilən bir vəziyyət olduğunu anlamışdır.
Carterə görə, "deja vu" da beynin bir oyunudur. Buna görə beyin daha əvvəl yaşanan bir hadisədən kiçik parça da tapsa, həmin hadisəni xatırlayıb, eynisi olduğu düşüncəsini hiss etdirir.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri