Bütün qadınların sevdiyi ətrin yaradıcısı əslində KİM İDİ? - İnanılmaz CASUS HEKAYƏSİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 251
Paylaş:
Səs ver:
(səs: 0)
Modanı yenidən yaradan və "Chanel" ətirləri ilə adını tarixə yazan Koko Şanel İkinci Dünya müharibəsi zamanında bir nasist zabiti ilə sevgili olmaqla kifayətlənməyib, həm də onlar üçün casasluq edib.

Qadinla.com xarici mediaya istinadən xəbər verir ki, Şanelin nasistlərlə eyni düşüncəni paylaşdığı, yəhudiləri və kommunistləri sevmədiyi bildirilir.

Məlumatda bildirilir ki, çox fürsətcil qadın olan Şanel nasistlər iqtidarda olanda, o da modanın iqtidarı olub.

Şanel markasının yaradıcısı, Fransız modelyer almanların xarici siyasəti və Hitlerə heyran idi. İkinci Dünya Müharibəsinin ilk illərində Şanel alman aristokrat Gunter von Dinklageni sevir. O, nasistlərin təbliğat naziri Cosef Gebbelsə bağlı adam idi. Nasistlər 1940-cı ildə Fransanı işğal edəndə hər kəs evlərindən küçəyə atılsa da, Şanel ancaq yüksək rütbəli alman zabitləri və nasist dəstəkçilərinin qala bildiyi Ritz otelə yerləşmişdi.

Bu günün də sevilən ətirlərindən olan "Chanel No:5" ətiri ilə bağlı ad haqqını 1920-ci ildə yəhudi bir ailəyə satıb. Lakin İkinci Dünya müharibəsi vaxtında nasistlər yəhudi mallarını müsadirə edərkən o, ari irqindən olduğunu deyərək ətirin ad hüquqlarını öz üstünə geri almaq istəyib. Bu alış-verişdən o, bu günün məzənnəsi ilə 9 milyon dollar civarında pul alıb. Şanel yəhudilərdən nifrət etsə də, onun maliyyə uğurunu əslində, bir yəhudi ailəsi təmin edib.

Şanel sevgilisi sayəsində "gizli xəbəralma agenti" Valter Şellenberqin ödənişli agenti olub. Gizli nasist adı isə “Vestmisnter” idi. Təbii ki, həmin illərdə Şanelin adı moda aləmində bəlli idi. İngiltərə cəmiyyətləri ilə əlaqələri yüksək səviyyədə idi. Dövrün baş naziri Uinston Çörçili belə tanıyırdı. Nasistlər də onun bu əlaqələrini imkana çevirmək istəyirdi. Bunun üçün onlar çox məkrli bir plan qurdular.

Şanel İngiltərə cəmiyyətindən dostu Vera Lombardi Madridə çağırdı və ona İspaniyada bir Şanel mağazası açmaq fikrindən danışdı. Əslində isə Şanelin belə bir dərdi yox idi, bu yalanla Çörçillə əlaqə qurmaq istəyirdi. Lombardi Madriddəki İngiltərə konsulluğuna girənə qədər bu planı anlamamışdı. Ancaq Şanelin əsl niyyətini başa düşəndə onu və nasist agentləri ələ verdi.

Müharibədən sonra Şanel iki dəfə məhkəməyə verildi. Lakin ikisində də sübutların yetərsiz olması səbəbindən xilas ola bildi. Əslində isə səbəb mənbə yetərsizliyi deyil, Çörçil kimi yüksək rütbəli dostlarının olması idi. Bu insanlar ona alçaldıcı münaqişələrdən uzaq tutulacağı və heç vaxt həbsə düşməyəcəyi sözünü vermişdilər.

Müharibədən sonra nasistlərlə birlikdə olan qadınlar küçələrə çılpaq şəkildə çıxarılıb alçaldılırdı. Sinələrinə nasist işarəsi çəkilir və cəmiyyətdən təcrid edilirdilər. Ancaq yüksək rütbəli nasistlərlə əlaqəsi olan Şanel bu qadınların arasında yox idi. O, moda aləmində inanılmaz bir uğura imza atdı və lüks bir həyat yaşadı. Bu həyatı yaşamasının əsas səbəbi isə nifrət etdiyi yəhudi ailəsi idi.

Şanelin moda aləmindəki uğurları Mustafa Kamal Atatürkün də diqqətini çəkib. Atatürk 1930-cu illərdə ondan Türk Silahlı Qüvvələri üçün geyim dizayn etməsini istəmişdi. Zabitlərin sonrakı dövrlərdə bütün mərasim geyimlərini Şanel hazırlayıb.

loading...
Загрузка...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 251
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
15 avqust 2018 13:39
5
Səni çooxx sevirəm heartƏsgərimheart
Offline
BARBI
En sevdiyim brendlerdeen biridir.Haqqinda oxumusdum.Casus oldugunu bilirdim.Agilli qadin olub ki bu yollarla zirveye yukselib
14 avqust 2018 13:04
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
maraqli oldu bilmirdim bu barede
14 avqust 2018 10:52
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cema_Axodova
Bilirdim yenede oxumaq maraqli oldu tewekkurler
14 avqust 2018 09:07
2
p.s
Offline
Fidan.A
Melumatim yox idi maraqli oldu
14 avqust 2018 07:17
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri