Dünya brendlərinin tarixcəsi - CHRİSTİAN DİOR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 931
Səs ver:
(səs: 1)
O, 1940-cı illərin sonları və 1950-ci illərin əvvəllərinin ən qüdrətli və nüfuzlu modelyeri, həmçinin müharibədən sonrakı illərdə modanın yeni erasını açmaqla yanaşı, həm də adını tarixə modanın tacsız şahı kimi yazdırdı.

Dünya brendlərinin tarixcəsi - CHRİSTİAN DİOR

Dior bu modanı biznes sahəsi kimi inkişaf etdirmək üçün onun yeni modelini yaratdı. O, bir neçə məhzulu bir brend altında birləşdirərək tarixdə ilk moda imperiyasının əsasını qoydu. Kristian Dior öz xatirələrində belə yazırdı: "Karyeram barədə danışmağa başlamazdan əvvəl böyük hərflərlə «UĞUR» sözünü yazmasam naşükür olaram".

1905-ci ildə kiçik bir əyalətdə dünyaya göz açan Kristian xoşbəxt uşaqlıq dövrü keçirib. O, tədris ilində Parisdə təhsil alır, yay tətillərini isə Normandiyada keçirirdi. Onun gələcək karyerasından xəbər verən yeganə işarət Kristianın hələ kiçik yaşlarından vətəni Qranvildə keçirilən karnavallar üçün kostyumları özünün hazırlaması idi. Parisdə olarkən o bütün asudə vaxtlarını muzey və qalereyalarda keçirirdi. Ailəsinin istəyi ilə politologiya üzrə təhsil aldıqdan sonra Kristian Dior yenidən bütün vaxtını öz sevimli məşğuliyyətinə həsr edir. Dostu Jak Banjan ilə birgə kiçik qalereya açır.



Həyatı sevən Kristian, ağır həyat sınağı ilə qarşılaşır. Vərəm xəstəliyinə yoluxması və bu üzdən qalereyadan uzaqlaşması onu çox sarsıdır. Xəstəliyinə görə, ətrafdakılardan təcrid olunmaq məcburiyyətində qalan Dior başını qatmaq üçün dizayna başlayır. Dostu isə onun çəkdiyi eskizləri moda aləminin məşhur nümayəndələrinə göstərirdi. 1938-ci ildə Dior bu sahədə ilk uğurlu addımını atır. O, Robber Pijenin moda Evində işləməyə başlayır.

1946-cı ilə də gənc rəssam yeni bərpa olunan "Filipp Qaston" Moda Evinin direktoru vəzifəsinə dəvət edilir. 1946-cı ildə Kristian Marsel Busakın maliyyə dəstəyi ilə öz şəxsi moda evini açmağa müvəffəq olur. Onun 1947-ci ildə ilk dəfə nümayiş olunan kolleksiyası Diora çox böyük uğur qazandırır. Müharibədən sonra hamının əsgər obrazında görməyə alışdığı qadınların zolaqlı enli ətəklərdən istifadə etməsi cəmiyyətdə əsil rezonans doğurur. Onun ilk kolleksiyasına daxil olan ətəklərdə əsas diqqəti çəkən məqam büzülmüş incə bel, kiçik çiyinlər, düz və həddindən artıq enli ətəklər idi.



Yoxsulluq və qadağalar içərisində yaşamaqdan bezən Parisin cazibədar xanımları bu kolleksiyanı böyük məmnuniyyətlə qəbul edirlər. Amma döyüşü udmaq hələ müharibədə qalib gəlmək demək deyildi. Uğurlu karyera üçün isə bu uğurun ardı gəlməli idi. Çoxları ona "Ölkədə həyatın hələ tam bərpa olunmadığı, hakimiyyətin bir-birinin ardınca dəyişdiyi bir vaxtda o, ölkəni belə bər-bəzəyə qərq etməyə necə cəsarəti çatır?" deyirdi. Lakin o, bu sözlərə heç fikir belə vermədən öz işlərinə davam edirdi. Uzun illərdən sonra Diorun adı eleqantlığın və gözəlliyin etalonu kimi səslənməyə başlayır.



1947-ci ildə Dior yüksək moda Oskarı ilə təltif olunur. 1947-ci ildən 1957-ci ilədək Kristian Dior hər il iki müxtəlif kolleksiya ilə ictimaiyyət qarşısına çıxırdı. Kristian Dior moda evində müxtəlif dərilərdən hazırlanan xəz şöbəsi və "Dior ətirləri" şirkətini yaratdı. Dior hesab edirdi ki, ətir hər bir şəxsi tamamlayan və onun geyiminin son akkordunu vuran vasitədir.




Beləliklə, 50-ci illərin ortalarında Dior böyük bir imperiyaya rəhbərlik etməyə başlayır. 1950-ci ildə qədirbilən xalqı Kristian Dioru Fəxri Legion ordeni ilə təltif edir. İngiltərə şahzadəsi öz kolleksiyasını nümayiş etdirmək üçün onu Londona dəvət edir.
1957-ci ildə Kristian Diorda 3-cü dəfə ürək tutması baş verir. Beləcə dünyanın 1 nömrəli modelyeri 52 yaşında vefat edir.
Nəticədə CHRİSTİAN DİOR moda evinə indi bütün dünyada məşhur olan dizaynerlər başçılıq edirlər. 1953-cü ildə CHRİSTİAN DİOR moda evində çalışan İv Sent Loran (Yves Saint Laurent) Kristian Diorun vəfatından sonra moda evinə rəhbərlik edir. İv Sent Loran əsgərliyə gedəndən sonra 1960-cı ildə onun yerini Mark Boan (Marc Bohan) tutur. Ondan sonra isə moda evinin aparıcı dizayneri vəzifəsinə Canfranko Ferre (Gianfranco Ferre) keçir. 1996-cı ildə Con Qalyano (John Galliano) Christian Dior moda evinin baş dizayneri vezifəsinə təyin olur. Hal hazırda isə şirkət Louis Vuitton-Moet Hennessy holdinqinə məxsusdur.



Yüksək modanın digər məşhur yaradıcılarının adları stil sözü ilə yanaşı səsləndiyi halda, Dior moda magiyasının ifadəsi idi. «Dior» moda evi milyonlarla qadınların qəlbinə yol tapıb. Bu əfsanəvi modelyerin irsi bu gün də onun yetirmələri tərəfindən qorunub saxlanılır. Onun ənənələri, modaya baxış tərzi, yeni nə varsa hamısını sınaqdan keçirmək riski bu gün də yaşadılır.








(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 931
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri