Dünya brendlərinin tarixcəsi - HERMES

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 351
Səs ver:
(səs: 0)
Dünya brendlərinin tarixcəsi - HERMES

HERMES fransız moda evi 1837-ci ildə ekipajlara və at yəhərlərinə dəri örtüklər tikən tikiş evi kimi fəaliyyətə başlayıb.

Şirkətin yaradıcısı Tyuerri Ermesdir. Öz tikiş evində o Fransız aristokrat təbəqəsinə at yəhəri və ekipaj örtükləri sataraq bu sənəti çox uğurlu davam etdirir.





Daha sonra 1880-ci ildə Tyuerrinin oglu Şarl Emil Ermes atasının biznesinə özü başcılıq etməyə başlayır və atelyeni Sent Orbin küçəsinə köçürür. Atelye indiyədək həmən küçədə yerləşir.



Şarlın övladları da biznesdə iştirak edərək onu daha da genişləndirirlər. Beləcə HERMES Fransa, Rusiya, Şimali və Cənubi Amerikanın da aristokratlarına xidmət edir. 1900-cı ildə şirkət Haut à Courroies adlı yəhər daçımaq üçün çantanı icad edir.



1951-ci ildən şirkətə Rober Dyuma rəhbərlik edir. Məhz onun dövründə şirkətin logotipi narincı rəngə dəyişdirilir. Logotipdən də gördüyümüz kimi HERMES brendinin məhz atlar üçün dəri məhsullar hazırladından ilhamlanaraq logoda at arabası təsvir edilmişdir.




HERMES moda evinə ilk papulyarlığı qadınlar üçün dizayn etdikləri dəri çantalar gətirir.
Kelli və Birkin adlandırılan bu çantalar brendin ən parlaq səhifəsini yazır.



Kelli çantasının çox maraqlı tarixcəsi var. Bu çanta öz adını o vaxtların parlaq ulduzu Qreys Kellidən alıb. Qreys Kelli Manako şəhzadəsinə ərə gedəndən sonra paparaccilər onun bütün addımlarını izləyirlər. Beləcə məkanların birindən çıxanda bir paparacci onun şəklini şəkməyə nail olur. Şəkildə Qreys öz hamilə halını gizlətməkdən ötrü əlindəki çantanı qarnı önündə tutur və bu da kameralara tuş gəlir.



Ən maraqlısı isə bundan sonra baş verir. Şəkil o vaxtin ən məşhur dərgisi LİFE-ın üz qabığında yer alır və dəbi izləyən qadınların diqqətini Qreys Kellinin qarnına tərəf tutduğu çanta cəlb edir. Beləcə çantanın satışları rekord həddə çatır və o gündən çantaya KELLİ adı qoyulur. Bu arada bu ad çantaya istehsal tarixindən düz 60 il sonra verilir.



Brendə daha çox uğur gətirən bir məhsul isə ipək şallar olur. Kvadrat 90-90 ölçüdə 65 qram çəkidə olan bu ipək şal üzəri mütləq əl işləri ilə işlənirdi. 600 dollar qiyməti olan bu şalı alanlar rahatlıqla özlərini HERMES brendinin təmsilçisi saya bilərlər.







HERMES butiklərində heç vaxt endirimlər olmur. Kompaniya öz licenziyasını Asiya ölkələrinə satmır. Bütün istehsal olunan məhsullar keyfiyyət və uğur göstəricisidir. Bütün məhsullar narincı qutularda satılır. Bu rəng HERMESin rəngi olaraq qadınların ürəyinə dərin yol tapmışdır.







(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri