Dünya brendlərinin tarixcəsi - DOLCE & GABBANA

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 956
Səs ver:
(səs: 0)
Dünya brendlərinin tarixcəsi - DOLCE & GABBANA

Italyan moda evi DOLCE & GABBANA - Daniel Dolce və Stefan Gabbana tərəfindən ərsəyə gətirilib.



Daniel və Stefano 80-ci illərin əvvəllərində tanış olublar. Daniel Stefanoya mıxsus atelyede işə düzəlir. Əvvəllər hərəsi öz adıyla məhsullar satışa çıxarsa da, daha sonra büdcəyə qənaət məqsədi ilə adlarını birləşdirməyə qərar verirlər. Beləcə DOLCE & GABBANA brendi yaranır.



Brendin ilk kolleksiyası 1985-ci ildə MİLAN MODA HƏFTƏSİNDƏ təqdim olunur. O zaman onların bütün geyimlırini professional mankenlər yox, tanış və dost olduqları qadınıar nümayiş etdirir. Səbəb isə çox sadə, yeni yaranmış brendin professional mankenlere veriləsi pulu yox idi. Kolleksiyanı isə Real Woman adlandırılar.



Bu ilk kolleksiyanı podiumda nümayiş etdirənlər üçün aksesuarlar da xanımların özlərinə məxsus idi. Səhnənin arxa fonu üçün isə Domeniko Dolcenin evindən gətirdiyi mələfədən istifadə edilmişdi. Bu kolleksiya modelyerlerə gözlədikləri uğuru gətirə bilmədi, hətta Stefano moda evini ləğv etdirmək istəyirdi, ancaq Dominiko brendin yeni kolleksiyası üçün lazim olan pulu tapır və onlar yubatmadan yeni kolleksiya üzərində işləməyə başlayırlar.



Getdikcə brend daha da populyarlıq qazanaraq dizayn etdikləri məhsulların ceşidini artırırlar. Müştəriləri arasında Stinq və Vudi Xarrelson kimi məşhurlar da yer almaöa başlayır. Ancaq əsl şöhrət brendə MADONNA-nın KAAN festivalında geyindiyi DOLCE & GABBANA korseti geyindikdən sonra gəlir.




1992-ci ildə brendin eyni adlı parfümü istehsal olunur. Bu parfum Beynəlxalq Parfum Akademiyasının mükafatına layiq görülür.



Sonralar brend Naomi Kempvel, Madonna, Kayli Minouq kimi ulduzlarla əməkdaşlıq etməuə başladı. Əsrarəngiz Monika Belucci 10 il DOLCE & GABBANA pret-e porte kolleksiyalarını və parfumlarını uğurla reklam edir.






DOLCE & GABBANA modelyerlərinin sözünə görə, onların dizayn etdiyi geyimlər aksesuarlar modani təqib etmir, modanı özü yaradır. Modelyerlər ildə 13-ə yaxın kolleksiya təqdim edir və onların hamısı moda aləminə navatorluq gətirməyi bacarır. Modelyerlərin dediyi bir aforizm də tez-tez yada düşür "Əşyanı obraz təsdiqləyir. Kim Sofi Lorenin çantasını xatırlayır? Ancaq onun dekoltesi hər kəsin yaddaşındadır"



Modelyerlər həmdə qadınlara eyni vaxtda həm dəbdə olanı və nəyi sevdiyini geyinməməyi məsləhət görürlər. Hər ayri detal ayri obrazlara aiddir və onları qarışdıranda qadın klouna bənzəyə bilər deyirlər.








(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 956
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri