Ziqmund Freyd haqqında bilmədiyiniz beş maraqlı fakt...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 199
Paylaş:
Səs ver:
(səs: 0)
Bütün dünyada psixoanaliz elminin banisi kimi tanınan Ziqmund Freyd iyirminci əsrin ən təsirli və mübahisəli adlarından biridir. O, insan şəxsiyyətinin başa düşülməsində yeni bir münasibət yaradan adam kimi tanınır. Freydin nəzəriyyələri insan zehni və davranışlarının anlaşılmasında tezliklə dominant bir güc halına gələn psixologiya məktəbinin əsasını qoymuşdur.

O, 1899-cu ildə “Yuxuların yozulması” kitabını çap etməklə psixoanaliz sahəsini təşkil edən ideya və nəzəriyyələrin əsasını qoyub. Amma zamanın ən məşhur şəxsiyyətlərindən olmasına baxmayaraq Freyd haqqında bilmədiyiniz bir çox maraqlı faktlar var.

1. O, səkkiz qardaşın ən böyüyü olub. Freyd 1856-cı ildə Avstriyanın Moraviya şəhərində anadan olub. Atası bir yun taciri idi və əvvəlki evliliyindən iki uşağı vardı. Anası Amaliya ərindən iyirmi yaş kiçik olub. Atasının iş həyatında uğursuzluq yaşaması səbəbindən ailəsi Vyanaya köçmək məcburiyyətinə qalıb. Freydin dediyinə görə qardaşları içində anasının ən sevimlisi o, olub.

2. Freyd kokain istifadə edib və həm də bu maddənin istifadəsini müdafiə edirdi. Bundan ağrıkəsici kimi istifadə etdiyini düşünən Freyd, sonda özü də asılı vəziyyətə düşür.

3. O, sevdiyi qadınla evlənmək üçün həkim olur. Freyd 26 yaşında olarkən 21 yaşlı Marth Bernysa aşiq olub və tanış olandan iki ay sonra onlar sevgili olublar. Lakin o, çox kasıb bir həyat tərzi sürdüyü üçün ailə qurmağa maddi imkanı yox idi. Sevdiyi qızla tanış olduqdan altı ay sonra elmi karyerasını yarıda qoyaraq həkim olur. Üç il Vyanada işləyib. O, Almaniyaya getdikdən dörd il sonra nişanlısı ilə evlənir. Onun baldızı Maria ilə də eşq yaşadığı bildirilir.

4. O, həm də danışıq terapiyasını yaradıb. Bir çox mütəxəssislər tərəfindən bu qəbul edilməsə də, digər alimlər onun bu kəşfini müsbət qarşılayıblar.

5. Freyd nasistlərin ucbatından Vyananı tərk edib. Nasistlər Avstiyanı işğal edəndə Freyd və digər alimlərin kitabları yandırılıb. O, sorğu-suala çəkildiyi üçün həyat yoldaşı ilə İngiltərəyə qaçıb. Freydin dörd bacısı nasistlərin düşərgəsində həyatlarını itirib.

Vasif Əlihüseyn

loading...
Загрузка...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 199
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
lazimli melumatdir
12 yanvar 2019 09:20
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Masallah baldizi ilede esq yasayib 23
11 yanvar 2019 19:55
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri