Azərbaycanın hökmdar qadını

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 2 135
Səs ver:
(səs: 0)
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkdirmişdir. X. Natəvanın çəkdirdiyi bulaq "Xan qızı” adı ilə məşhurdur.
Xan qızı şairlərin təklifini nəzərə alaraq Şuşada "Məclisi-üns" (yəni, dostluq, ülfət məclisi) yaratmışdır. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürmüşdür. Məhz bu zaman Xurşidbanu (şairə öz nənəsinin adını daşıyırdı, o da Gəncəli Cavad-xan Ziyad oğlu Qacarın doğma bacısı idi) "Natəvan", yəni, "kimsəsiz", "köməksiz" təxəllüsünü özünə gotürmüşdür.
"Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak etmişlər.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O, rəssamlıqla, tikmə ilə də məşğul olurdu. Şairənin "Gül dəftəri" (1886) adlı albomundakı bədii tikmələri buna sübutdur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 135
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri