Müşfiq Xan

Müəllif: Snow White
Şərhlər: 7
Baxılıb: 2 033
Səs ver:
(səs: 1)
19 iyul 1982-ci ildə Azərbaycan Respublikasının Biləsuvar rayonunda anadan olmuşdur. İxtisasca bioloqdur.
Elmi fəaliyyəti
Bakı Dövlət Universitetinin Biologiya fakültəsində bakalavr (2003), Naxçıvan Dövlət Universitetində Botanika ixtisası üzrə magistratura (2007), Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağı İnstitutunda aspirantura (2011) təhsili almış, institutun “Nadir və Nəsli Kəsilməkdə olan Bitkilər” laboratoriyasının elmi işçisi olmuşdur (2008-2012). Hazırda biologiya üzrə fəlsəfə doktoru dərəcəsi üzrə elmi işinin (Qafqazın geofitləri və Asparagus cinsinə aid növlərin introduksiyası) yekun müdafiəsinə hazırlaşır. İxtisası üzrə 30-dan çox elmi məqalənin müəllifidir.
Pedaqoji fəaliyyəti
Ayrı-ayrı vaxtlarda (2004-2012) Azərbaycanın bir neçə orta, özəl və ali məktəbində pedaqoji fəaliyyətlə (biologiya, kimya, biokimya və botanika) məşğul olmuş; Metod-Kabinet Rəhbəri, Fənn Rəhbəri və İmtahan Komissiyasının Sədri vəzifələrində çalışmışdır. Şəhər üzrə “İlin Ən Yaxşı Müəllimi” mükafatını almışdır (2007). İxtisası üzrə 20-dən çox metodik və elmi kitabın müəllifidir. İlk kitabı 2008-ci ildə nəşr edilmişdir – “Biologiya addım-addım”. Daha sonralar “Kimya – ali məktəbə hazırlaşanlar üçün vəsait”, “Biologiya – müəllimlər, aspirantlar və elmi işçilər üçün izahlı lüğət”, “Biologiya – ali məktəblərə hazırlaşanlar üçün vəsait” və digər kitabları işıq üzü görmüşdür. Bu kitablar 2008-2017-ci illərdə təkrar nəşr edilmişdir. Sonuncu adı çəkilən kitab 2015-ci ildə Türkmənistanda keçirilən 10-cu Beynəlxalq Kitab Sərgisində “İlin Kitabı” nominasiyası üzrə qalib olmuşdur. (Winner of Competition Nomination “Textbook of Year” of the 10th International Book Exhibition-Fair and Scientic Conference “Book – Way of Collaboration Progress”; 23rd of September 2015 / Asgabat city / Turkmenistan)
Bədii yaradıcılığı
İlk kitabı – “Tənha canavar” detektiv romanı 2010-cu ildə nəşr edilmişdir. Ard-arda nəşr olunan bu roman qısa zamanda populyarlaşmış, 2011-ci ildə “Yeni Yazarlar və Sənətçilər Qurumu” tərəfindən “İlin Ən Yaxşı Romanı” nominasiyasında birincilik qazanmışdır. Növbəti bədii kitabları – “Ünvansız sevgi” detektiv roman (2011), “O” hekayə, şeir və pritçalar (2012), “Ümidlərin izi ilə” sənədli-detektiv roman (həmmüəllif; 2012), “Sonuncu hədiyyə” detektiv roman (2013), “U geni” detektiv povestlər (2013), “Qatil üçün nekroloq” psixoloji-detektiv roman (2014), “Milanaya məktub” macəra-detektiv roman (2015), “O2” şeirlər (2015), “5.45” hekayələr (2016), “Yalnızlığın bal ayı” psixoloji-məhəbbət romanı (2016) və “Yoxolma” qorxu-detektiv povestlər nəşr edilmişdir. Bunlarla yanaşı həmmüəllifi olduğu “Следами надежд” sənədli-detektiv romanı Azərbaycanda (2016) və Qazaxıstanda (2017); “Запоздавший
реквием” рассказы (2017) kitabları rus dilində işıq üzü görmüşdür. Qeyd olunan kitabların hər biri müxtəlif illərdə (2010-2017) dəfələrlə “Ayın Ən Çox Satılan Bədii Kitabları” siyahısında birinci yeri tutmuş və təkrar nəşr edilmişdir. Bu nəaliyyətlərinə görə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən “İlin Yazıçısı” (2013), Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən “İlin Gənc Yazarı” (2014), Bakı Şəhər Məktəb və Kitabxanalarında “İlin Yazıçısı” (2015; 2017) və Özbəkistan Naşirləri tərəfindən “Fəxri Diplom” (2016) ilə təltif edilmişdir.
“Yalnızlığın bal ayı” psixoloji-məhəbbət romanı bir ay müddətində 4 dəfə təkrar nəşr olunmaqla Azərbaycan bestseller kitabları siyahısına düşüb. Hazırda Türkiyədə nəşrə hazırlanır. O cümlədən rus və ingilis dillərinə tərcümə edilir. “O2” kitabına çəkilmiş book trailer Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Buktreyler Festivalı”nda 2-ci yeri qazanmışdır (2017). “Sonuncu hədiyyə” detektiv romanı hazırda bədii film üçün ssenariləşdirilir. Həmmüəllifi olduğu “Ümidlərin izi ilə” sənədli-detektiv romanı Azərbaycan Milli Kitabxanasında təşkil olunan mükafatlandırmada “İlin romanı” mükafatını qazanıb (2013).
 
Müşfiq XANın əsərləri “Ulduz”, “Ustad”, “Ədəbiyyat” və başqa dərgi, e-dərgi, qəzetlərdə dövri olaraq yayımlanır. “XXI Əsrin Ziyalıları” avtobioqrafik ensiklopediyada müəllif haqqında məlumat dərc edilmişdir.
Müəllifin “Запоздавший реквием” hekayələr toplusu (сборник рассказов) 2017-ci ildə Rusiyada “Современная русская литература” seriyasında təkrar nəşr olunmuşdur. Həmçinin “Медовый месяц одиночества” romanı “Современные любовные романы
” seriyasında Rusiyada nəşr olunub (2017). Bu kitablara Amazon.com, GoodReads, LitMir.Biz, Lit-Era, Selfpub, LiveLiv, Riderio, Proza.ru, LitRes və 30-dan başqa kitab şəbəkələrində yayılıb, satışa çıxarılıb; kitabxana kataloqlarında yerləşdirilib.
 
Müşfiq XAN 2017-ci ildən bir çox Beynəlxalq Ədəbiyyat Müsabiqələrində – «Герои Победы 2017», «Тёплые слова 2017», премия «Петраэдр 2017», «Петроглиф» iştirak edir;
“Запоздавший реквием” (сборник рассказов) kitabı «Золотой Витязь 2017» və «Георгиевская лента 2017»; “Медовый месяц одиночества” romanı isə «Открытая Евразия 2017» (London) və «Писатель года 2017» Beynəlxalq Ədəbiyyat müsabiqəsinin seçilmiş əsərləri siyahısına daxil edilmişdir.
Hazırda üzərində çalışdığı “Rəqib” detektiv romanı ATV Kitab və “Hədəf” Nəşrlərinin layihəsi olan “Çağdaş Nəşrin Ustaları” seriyasında nəşrə hazırlanır. Kitab 2017-ci ilin oktyabr ayında işıq üzü görəcək. “Rəqib” detektiv romanı həmçinin Rusiya (rusca) və Polşada (ingiliscə) nəşrə hazırlanır.
Naşirlik fəaliyyəti
2006-cı ildə “XAN” jurnalını təsis etmişdir. İki il sonra isə “Hədəf” jurnalının redaktoru vəzifəsinə keçmişdir. Hazırda rəhbərlik etdiyi (İcraçı Direktor) “Hədəf” nəşrləri 2009-2017-ci illər ərzində 600-dən çox metodik, bədii, uşaq, akademik və xatirə ədəbiyyatı nəşrini həyata keçirib. Dəfələrlə Beynəlxalq (Frankfurt, London, Moskva, İstanbul, Bakı və digər) iştirak edib, mükafatlar qazanıb. Müəllif həmçinin “Ustad” aylıq ədəbiyyat və sənət jurnalının Şef Redaktorudur.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri