İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 256
Səs ver:
(səs: 0)
Frida Kalo – ən məşhur meksikalı rəssamdır. Kommunist, ekspressiv və ekssentrik olan Frida ölümündən əvvəl çox az müddətdə şöhrət qazanmışdır. Hal-hazırda onun rəsmlərinin milyon dollarlıq dəyəri var. Fridanın şöhrətinə bir çoxları paxıllıq edərdi, amma onun taleyinə heçkim paxıllıq etməz…

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo
İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

6 yaşında olarkən Frida poliomielit keçirir. Bunun nəticəsi olaraq onun sağ ayağı sol ayağı ilə müqayisədə inkişafdan qaldı, arıq və nisbətən gödək oldu. Bir sözlə sağ ayaq sanki “qurudu”. Buna görə də Frida bütün ömrü boyu ağsayır, ayağını gizlətmək üçün uzun şalvar və donlar geyinirdi. Uşaqlıqda keçirilən xəstəlik Fridaya həmyaşıdları arasında “taxta ayaq” ləqəbi qazandırmışdır, ancaq bu hələ harasıdır ki… Fridanın əzabları növbə ilə onu gözləyirdi.

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

12 il sonra Frida öz dostu Alexandro ilə dəhşətli avtoqəzaya düşür – onun yol getdiyi avtobusla tramvay toqquşur.

Alexandro bu qəzadan canını yaxşı qurtara bilir. Frida isə elə zədələnmişdir ki, həkimlər bütün ümidlərini itirmişdilər. Dəmir çubuq Fridanın qarnından girib çanağından çıxmışdır.

Bütün bunlara baxmayaraq Frida həyatda qalır, yaşamaq üçün güc tapır. Frida 32 əməliyyat keçirir, illərlə gips və əlil arabasında qalır və ömürlük dözülməz ağrılar yaşayır.

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

Elə bu vaxt Frida ciddi şəkildə incəsənətlə məşğul olmağa başlayır. Atası Fridanın çarpayısı üzərində güzgü və xüsusi çərçivə quraşdırır. Hansı ki, bunun köməyi ilə Frida çarpayıda ola-ola rəsm çəkə bilirdi. Əksər hallarda Frida avtoportretlər çəkirdi, çünki bu onun yatağa dustaq olduğu zaman yeganə görə biləcəyi təsvir idi.

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo
İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

Bir neçə ildən sonra nisbətən bərpa olunan Frida həmin dövrdə məşhur olan kommunist rəssam Diyeqo Riveranın yanına gəlir. Frida ona 1 il ərzində çəkdiyi rəsmləri göstərir. Fridanın rəsmləri məşhur rəssamı təəccübləndirə, hətta heyrətləndirə bilir.

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

Həmin vaxtda dəlisov və ehtiraslı Diyeqo 2-ci həyat yoldaşı ilə təzə boşanmış olur və 20 yaşlı qızla roman yaşamağa ona heçnə mane olmur. Fridaya aşiq olmamaq mümkün deyildi. O, cəsarətli, istedadlı və intellektli idi.

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

Diyeqo nəhəng, qorxulu, eybəcər və Fridadan 20 yaş böyük idi. Bununla belə, qadınlar Diyeqonu həmişə sevirdilər. O isə həmişə qarşılıq verirdi. Bir dəfə Diyeqo etiraf etmişdir : “Qadını çox sevdikcə, ona daha çox əzab və iztirab vermək istəyirəm”.

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

Frida Diyeqonu hədsiz dərəcədə sevir və qısqanırdı. Ona olan sevigisini öz gündəliyində geniş şəkildə təsvir edir, demək olar ki, gündəliyinin yarısını ona həsr edir. Fridanın Diyeqo haqqında yazdıqlarından biri: “Mənim həyatımda iki qəza baş verib: biri – avtobusla tramvayın qəzası, digəri isə Diyeqodur”

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo
İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

Cəmiyyət içərisində Frida həmişə şən olur, ürəkdən gülür, ucadan söyüşlə danışır, siqaret çəkir, içki içir. Bir sözlə xoşbəxt görsənməyə çalışırdı. Onun səmimiyyəti, iç dünyasının həqiqəti, emosiyalarının reallığı ancaq rəsmlərdə və gündəliyində təsvir olunmuşdur.

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

1950-ci ildə Fridaya onurğası üzərində daha 7 əməliyyat keçirdilər. Bundan sonra o, ömürlük əlil arabasına dustaq oldu. 1953-cü ildə ölümündən bir il onun sağ ayağını amputasiya etdilər. Elə bu vaxt Meksikada onun ilk sərgisi açıldı. Sərginin açılışına Frida təcili yardım maşınında gətirildi. Ölümündən bir həftə əvvəl Frida “Yaşasın həyat!” (Viva la Vida) rəsmini çəkdi və dünyanı həyatı sevərək tərk etdi…

İztirablarla dolu taleyi olan rəssam – Frida Kalo

(səs: 0)
Şərhlər: 10
Baxılıb: 256
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
Haqqinda bir nece meqale oxumuşdum. Hemiwe Diyeqonu (ki bu adi cox xowlayiram) cox yarawiqli ispansayagi bir kiwi tipi tesevvur edirdim oz alemimde. Yani bu qadinin Diyeqoya cox bagli olduugnu oxuyurdum belke de bele canlandirirdim. Sonra weklini gorende xeyal qiriqligina ugradim. Sevginin gozu kordu deyirler, duz deyirler milyon faiz. Bu pinqvine oxwayan kiwide ne gorubmuw bu qadin anlamiram. Ressamlar adeten qeribe insanlar olurlar, belke de Diyeqoda ilham perilerini tapibmiw Frida. Heyati barede film var. Selma Hayek cekilib baw rolda, o filmi de izlemek isterem. Umumiyyetle cox maraqli ve cekici wexsiyyetdir Frida. Wexsiyyetindeki tezadlari ele resmlerinden baxib tutmaq olur.
14 iyul 2019 16:18
10
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Snow White
Bir resam kimi numune goreceyim sexslerden biridi tesekkurler
13 iyul 2019 20:49
9
But my dear it's not wonderland and you are not Alice:((
Offline
vipbetul
cox acinacaqli taleyi olub daima demek olar xesdeliklerle vurusub
13 iyul 2019 10:00
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 iyul 2019 00:36
7
Səni çooxx sevirəm heartƏsgərimheart
Offline
BakılıQız
Mende deyirem goresen bu qadin kimdi, ressam.imis.
12 iyul 2019 22:19
6
Offline
BARBI
Haqqinda oxumsam.Cox istedadli ezmli qadin olub.Ozuduqca teqdir etdim
12 iyul 2019 21:54
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fidan.A
Cox ezabli heyati olub wukur bu gunumuze
12 iyul 2019 19:19
4
Offline
Aykam2001
- Frida haqqında məlumatım var idi təşəkkürlər
12 iyul 2019 19:14
3
Я скучаю по тебе
Offline
Ürek
Cox guclu qadinimis,xaricen ne qeder guclu gorunsede ,daxilen bir oqeder gucsuzimis
12 iyul 2019 19:12
2
Offline
diablo
Gözəl istedadlı rəssam olub.Çox heyif həyatı heç də ürək açan olmayıb.Məlumatım bilgim yox idi heç.Təşəkkür gülümguləllərinə sağlıq canim123
12 iyul 2019 18:26
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri