İstanbul boğazından yeriyərək keçən ixtiraçı: Atilla Hülagü

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 119
Səs ver:
(səs: 0)
O, Da Vinçinin su üstündə yerimək üçün hazırladığı ayaqqabı sxemlərindən ilhamlanmışdı. Buna görə də ideyanı gerçəkləşdirməyi qərara alır. Bir fikir vardı ağlında – boğazı yeriyərək keçmək.

Tam 2 il boyunca diqqətli şəkildə hazırlaşdı.

İstanbul boğazından yeriyərək keçən ixtiraçı: Atilla Hülagü

Çünki, fizika qanunlarına uyğun ayaqqabıları dizayn etmək çox çətin idi. Elə bu səbəbdən üç fizika qanununa uyğun bir nümunə hazırladı. Təbii ki, bu nümunədə Arximedin formulları da əsas götürülmüşdü.

Plan hazırlanıb tamamlandıqdan sonra növbə ayaqqabını hazırlamağa gəlmişdi. Ayaqqabı üçün 90 kvadrat metr qalay, 50 qram lehim, iki ədəd əl ölçüsündə bez parçası, 3 metr kauçuk, 1 kvadrat metr alüminium lövhə tələb olunurdu. Bunun üçün bir iş adamına müraciət edir və istədiyi 150 santimetr uzunluğunda ayaqqabı hazırlanır.

Ayaqqabıları təhvil aldıqdan sonra isə hərbi məktəblərədən birinin hovuzunda məşqlərə başlayır.

Hesablamaları doğru olsa da suyun üzərində yerimək çox çətin idi. Bu testlər zamanı boğazın hansı hissəsinə qədər gələ biləcəyini dəqiqləşdirmək üçün 7 dəfə hesbalama işləri aparır. Bu vaxt boğazın ən dar yerinin 740 metr olduğunu hesablayır, fəqət xəritəyə görə bu 2 000 metr idi.

İstanbul boğazından yeriyərək keçən ixtiraçı: Atilla Hülagü

Hülagünün ilk iki sınağı uğursuzluqla nəticələnir. Belə ki, su axını onun yolunu kəsmiş və hərəkətinə mane olmuşdu. Növbəti cəhdi zamanı isə onlarla kişinin izlədiyi Balta limanından yola çıxır. Bu səfər axıntı hesablaması doğru çıxır, şimala yönəlir və 2 200 metrlik marşrutunun sonunda Kiçiksuya çatır.

Təəccüblü izləyici kütləsinin qarşısında, o, 56 dəqiqədə 4452 addım yol getmişdi. Bu dünyada bir ilk idi, hansı ki, ilk dəfə bir insan su üzərində yeriyərək böyük məsafə qət etmişdi. 1961-ci ildə Atilla Hülagü dünya tarixində su üzərində yeriyən ilk insan kimi tarixə düşməyi bacarmış və Da Vinçinin ideyasını gerçəkliyə qovuşdurmuşdu.

Bundan sonra Atilla Hülagü öz ideyasını orduya dəniz piyadalarının istifadəsi üçün təklif etsə də o qədər maraqla qarşılnamamışdı. Növbəti hədəfi Cəbəllüttariq boğazı idi və buranı 30 354 addımla, 6.5 saata aşa biləcəyini düşünürdü. Amma bu arzusunu gerçəkləşdirmək ona nəsib olmur, çünki 1982-ci ildə vəfat edir.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 119
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
diablo
Maraqli oldu haqqinda oxumaq.Tesekkur
2 avqust 2019 20:50
3
......
Offline
BARBI
Ferqli ixtiracilari sevirem.Heqiqeten maraqli kefs olub.Heyfki tam arzusinu yerine yetire bilmeyib
2 avqust 2019 19:25
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
Sevirem bele ferqli ixtiraçilar haqqinda melumatlanmagi . Atilla adinin vurgunuyam çox ehtisamli seslenir .
Yaxsi ki , oxudum maraqli idi tesekkürler.
2 avqust 2019 18:25
1
Mənim olan bu heart səni çox sevir!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri