Aşiq oldum, amma heç evlənmədim - Dahilərdən həyat hekayələri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 886
Səs ver:
(səs: 1)
Dünya ədəbiyyatına qazandırdıqları şah əsərlərlə müzakirə mövzusu olan və bütün zamanların, bütün ədəbi cərəyanların qalib simaları kimi məşhurlaşan dahilərin ömürlərini yoxsulluq və səfalət içərisində başa vurması inandırıcı olmasa da, həqiqətdir.Bəzilərinin ölümündən sonra layiq olduğu şöhrətə və dəyərə qovuşan əsərləri onlara yalnız mənəvi olaraq zəngin əbədiyaşarlıq qazandırdı.

Aleksandr Düma, Edqar Alan Po, Mark Tven, Tolstoy və başqalarının həyatı...

Özünü kasıblığın qoynuna atan Tolstoy

Əslində, Tolstoyun keçirdiyi kasıb həyat şəraiti onun öz seçimi idi desək, yanılmarıq. Varlı bir ailənin uşağı olaraq dünyaya göz açan Lev Nikolayeviç Tolstoy təhsilini tamamladıqdan sonra yoxsul kəndlilərə qoşulur. Rus kəndlisinin yoxsul, ümidsiz, pərişan vəziyyəti onu çox düşündürürdü. O, ailəsindən ona qalan bütün torpaqları paylayan, qiymətli mallarını sataraq pulunu ehtiyacı olanlara verən, hətta əsərlərinin təltif mükafatından da imtina edən qəribə xarakterə malik yazar, lakin eyni zamanda sıradan bir kəndli olaraq həyat sürüb. "Anna Karenina", "Hərb və sülh" kimi möhtəşəm əsərlərin müəllifi hər şeyini payladıqdan sonra çox kasıblayır, paltarlarını, ayaqqabılarını özü tikir, həm yazır, həm də öz ev işlərini görürmüş.Onun mənəvi yoxsulluğunun səbəbi isə uğursuz bitən evlilik olur. Evini qoyub, yollara düşən yazıçının Ostapov dəmiryol vağzalında tapılan cəsədindən geriyə bütün zamanların ən məşhur əsərləri qalıb.

Tanrım, yazıq ruhuma kömək et!

Şeirləri və ovsunlayan qəribə hekayələri ilə Amerika ədəbiyyatının dəyərli imza sahibi Edqar Alan Po qumar və içki aludəçisi kimi tanınır. İçməyə heç nə tapmayanda tibbi spirt içən yazıçının bir çox həmkarı kimi sağlığında heç bir işi layiq olduğu dəyəri görməyib. Əsərlərini çörək puluna, bir boşqab yeməyə satan Po on ilə yazdığı "Ligeia" romanını 10 dollara satıb. Cəmi 3 dollar olan kirayə pulunu belə ödəyə bilməyən istedadlı və gənc yazıçının həyat yoldaşı, aclıq və səfalətdən vərəm olan xanımı Virciniyanı dəfn etməyə belə pulu olmur.

Qonşularının gətirdiyi yeməklərlə keçinən Po dörd günlük xəstəlikdən sonra 40 yaşında ölür. Onun son sözləri: "Tanrım, yazıq ruhuma kömək et". Ölümündən sonra onun cəmi 8 səhifəlik əl yazısı 10 min dollara satılıb.

Səfalət içində keçən ömür…

Dünyanın ən çox satılan tarixi romanlarının müəllifi kimi tanınan Aleksandr Dümanın 200 min səhifəlik roman, pyes və tarixi kitablarının ümumi dəyəri 5 milyon dollar edir ki, bu rəqəmə onun çox az müasiri çata bilmişdi.Lakin Dümanın lüks həyat tərzinə olan həvəsi onun üçün olduqca acınacaqlı bir sona səbəb oldu. Son illərini səfalət içində keçirən Düma avtobioqrafiyasında onu aclıqdan ölməyə qoymayan və borclarını ödəyən qohumlarına təşəkkür edir.

Müflis olan Mark Tven

“Tom Soyerin Macəraları” və “Hekelberi Fininin Macəraları” adlı məşhur uşaq romanlarının müəllifi Mark Tven, karyerasının zirvəsində Amerikanın ən məşhur adamlarından biri kimi göstərilirdi. Pul qazanmaq üçün müxtəlif işlərə sərmayə qoyan Mark Tvenin cəhdləri həmişə uğursuzluqla nəticələndi. 1885-də yaratdığı nəşriyyatı isə iflasına səbəb oldu. 58 yaşında boğazına qədər borc içində idi. 5 il boyunca kitab yazaraq və Avstraliyadan Hindistana, Cənubi Afrikadan İngiltərəyə qədər bir çox ölkədə konfrans verərək borclarını ödədi. Həyat yoldaşı Olivia bu tempə dayana bilmədi; sağlamlığı pozuldu və Florensiyada öldü. Tven isə altı il sonra 75 yaşında öləndə geridə 23 kitab buraxdı.

Kasıblığın xəstələndirdiyi yazıçı

Türk Ədəbiyyatına “Əmin-amanlıq” və “Saatları Nizamlama İnstitutu” kimi əvəzsiz əsərlər qazandıran Əhməd Həmdi Tanpınar da son illərdə həm səhiyyə, həm də maddi problemlərlə boğuşdu. 1962-ci ildə 61 yaşında keçirdiyi ürək tutması nəticəsində aramızdan ayrılan “Beş Şəhər”in müəllifi, içində olduğu çətinlikləri gündəliyinə bu şəkildə qeyd etmişdi:

"Bu gün qaraciyər müayinəsi üçün xəstəxanaya gedirəm. İçimdə hər şey alt-üst olub. Xəstəliyimdən daha çox kasıblıq məni üzür. Cibimdə yalnız bir lirə var. Pulsuzluğum böyük xəstəliklər kimi demək olar ki, heçdən başladı, artdı, çoxaldı, məni altına aldı. Ətrafım borcla dolu. Cibimdə borc sənədləri var. Hazırda yalnız borcla yaşayıram və borc məni dəli eləyəcək. Xilas olmaq üçün hər bir təşəbbüsüm yeni borca səbəb olur. Yaxud da bir yığın ədəbi layihə (…) pulsuzluğun mütləq və həqiqi təzahürləri və ağırlaşmaları. Əbdülhəq Şinasidən borc pul alıram. Kamaldan pul tapa bilmirəm…"

Həbsdə keçən əzab dolu illər…

Oskar Uayld düşdüyü bir davada əxlaqsızlıqdan günahlandırılaraq həyatının çöküşünü yaşamışdır.

İçməyə başlayan Oskarın xəstəliyi şiddətlənir, həbsxanada keçirdiyi ağır günlərin nəticəsi olaraq da qulaq iltihabı dözülməz ağrılar verirdi... Əzab dolu son günlərini yaşayan Oskar Uayld 1890-cı ildə noyabrın 30-u dünyadan köçür. İllər sonra qəbri Fransadakı məşhur Per-Laşez məzarlığına köçürülür.

Cibində 28 quruşu olan şair

Orxan Vəli həyatını qısaca belə şərh etmişdi:

"1914-cü ildə anadan oldum. Bir yaşımda qurbağadan qorxdum. Doqquz yaşımda oxumağa, on yaşımda yazmağa maraq göstərdim. 13 yaşımda Oqtay Rıfatı, 14-də isə Məlik Cevdəti tanıdım. 17 yaşımda bara getdim. 18-də içkiyə başladım. 19-dan sonra avaralıq dövrüm başlayır. 20 yaşdan sonra isə pul qazanmağı və səfalət içində yaşamağı öyrəndim. 25-də bir avtomobil qəzası keçirdim. Aşiq oldum. Heç evlənmədim. İndi isə əsgərəm…”

Şair yemək yediyi bir vaxtda qəfil döşəməyə yıxılır... Alkoqolizmdən müalicə olunurdu. Demə, yıxılarkən beyin qanaması keçiribmiş...

O gecə həyata gözlərini yumdu... 36 yaşındaydı. Ürəyində sevdiyi bir qadın, cibində 28 quruş vardı...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri