Atatürk haqda bilmədiklərimiz…

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 208
Səs ver:
(səs: 1)
Türkiyə Cümhuriyyətinin tarixində mühüm rol oynayan Mustafa Kamal Atatürkü tanımayan insan demək olar ki, yoxdur. Ancaq əksəriyyəti bəlkə də təqdim edəcəyimiz məlumatlardan xəbərsizdir…

Beləliklə, Atatürk haqda bilmədiklərimiz…

1. “Atatürk” xitabını ilk dəfə Türk Dil Qurumu rəhbəri işlədib. Mustafa Kamal da bunu bəyənib və soyadı kimi götürüb. Ancaq “ata” xitabını heç sevmirmiş.

2. Ən sevdiyi yemək lobya supu və plov olub.

3. Zəngin kitabxanaya sahib olan Atatürk yanında həmişə Rəşad Nuri Gültəkinin “Çalıquşu” kitabını gəzdirir və gündə ən azı iki səhifə oxuyurmuş.

4. Ən böyük arzusu dünya turuna çıxıb, türk dili və tarixi ilə bağlı fəaliyyətini genişləndirmək olub.

5. Köynəklərinin hamısı ağ olub. Bu köynəklər əvvəllər İsveçrədə xüsusi olaraq Atatürk üçün tikilsə də, sonradan yerli mallardan daha çox istifadə edilməsi kampaniyası çərçivəsində Türkiyədə tikilməyə başlayıb.

6. Kostyumlarının dizaynını özü verirmiş. Göy rəng ən sevmədiyi rəng imiş.

7. Boyu 1.74 sm olub. Son vaxtlarına qədər çəkisi 76 kq olsa da, xəstələnəndən sonra sürətlə arıqlayaraq 46 kq-a düşüb.

8. Həyatının çoxunu döyüşlərdə, cəbhələrdə keçirən Atatürk prezident olduğu illərdə çox sıxılır, xalqdan, sadə həyatdan uzaqlaşdığına görə təəssüflənirmiş.

9. Səhər yeməklərini sevmirmiş. Yerindən duran kimi divanın üstündə bardaş qurub, qəhvəsini içir, siqaret çəkirmiş. Siqaret onun ən zəif yeri olub, gündə 8 paket çəkirmiş.

10. Evində, ətrafında, hətta qonaq getdiyi evlərdə əyri duran əşyaları düzəltməmiş oturmurmuş.

11. Kəndlinin biri qəzet kağızına bükülmüş siqareti çəkəndə əli yanıb və “Aparın bunu, özü çəksin” deyərək Atatürkü söyüb. Məhkəməyə çıxarılan kəndli haqda Atatürkə məlumat verəndə: “Onu məhkəməyə aparmaqdansa, normal bir siqaret verərdiniz, çəkərdi”, - deyib.

12. Çanaqqala qələbəsi ilə məşhurlaşan gənc Atatürk həmin illərdə axırıncı Osmanlı hökmdarı Sultan Vahidəddinin kiçik qızı Səhibə Sultana evlilik təklifi edib. Səbihə Sultan isə başqasını sevdiyi üçün illər sonra Türkiyə Cümhuriyyətinin əsasını qoyacaq Atatürkün təklifinə “yox” deyib.

13. Getdiyi səfərlərdə kəsilən qurbanlara baxmamaq üçün ya arxasını çevirər, ya da qurban kəsilməsini istəməzmiş.

14. Hərbi liseydə öyrənməyə başladığı fransız dilini sonralar inkişaf etdirib. Danışanda bəzən fransız sözləri işlədirmiş.

15. Qumar sevməsə də, dostları ilə lobya supundan mərc gəlib oynayırmış.

16. Yəqin ki Atatürkün ən qəribə xasiyyəti müharibələrdə, döyüşlərdə iştirak etməsinə baxmayaraq, qan görəndə halının pisləşməsi olub.

17. Hər gün at çapır, üzür və bilyard oynayırmış.

18. Təhsil illərində ən yaxşı oxuduğu dərs riyaziyyat olub.

19. Yaltaqlığı heç sevmirmiş. Axşam yeməklərinin birində ona lazımsız təriflər yağdıran Əbdülhak Həmidin sözünü kəsərək etiraz edib.

20. Quşları çox sevən Atatürk Çankaya Köşkündə göyərçin saxlayırmış.

Atatürkün həyatındakı “9” mistikası

Türkiyə tarixinin mühüm siması Mustafa Kamalın həyatında “9” rəqəminə həddən çox rast gəlinir. Məsələn, elə doğulduğu ili götürək – 1881.

1+8=9; 8+1=9; 18=2x9; 81=9x9; 18+81=99

Hərbi məktəbə daxil olduğu il: 1899

Vətəni qorumaq üçün Samsuna getməyi: 19/05/1919

Samsuna yola düşdüyü “Bandırma gəmisi”ndəki sərnişinlərin sayı: 19 nəfər.

Sivas konqresində Anadolu və Rumeli Müdafiə Hüquq Cəmiyyəti Heyətini qurub: 04/09/1919

Deputatlığa namizədliyi 19.10.1919-cu il tarixdə qəbul edilib.

Atatürk 19-cu əsrdə 19 il yaşayıb.

Atatürkün ilk hərbi xidməti 19-cu Kolordu Komandirliyi olub.

Mustafa Kamal Atatürk – 19 hərfdən ibarətdir.

Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi - 993814-B olub.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 208
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Miss_Oxatan
bu 9larin eslinde kimlere xitab etdiyini de bilmemiw olmarsiz.menim qaranliq ve ya sirlerle dolu bir insandir.meselen bu 9lar illuminatini iware edir eyni zamanda da dovletin bawina kecen kimi Turkiyede butun mason lojalarini baglayir.buna gore öldurulur ve ona verilen bir hediyede saat tesviri var ve gosterilen vaxt ölüm tarixini ,saatini eks etdirir.haqqinda bu barede oxuduqlarima istinaden subyektiv olaraq iki duwuncem var:ya heqiqetende de masonlar yetiwdirib Osmanli dagilan kimi rehber etdiler ya da ozu masonlara evvelden kef gelib ozunu onlardan kimi qeleme verib dovletin bawina kecen kimi lojalarini bagladib buna gore qetle yetilib.Turanci oldugum ucun ereb rejimine protivem.xilafet rejimi dagilmasi yaxwi haldi.sirf bu yandan minnetdaram Mustafa Kamala.ama onun cumhur bawkani oldugu dovr ele iller idi ki osmanli dagilmiwdi ve osmanlinida dagidanlarda yehudi esilli ingilisler idi.onlar ise dagitdiqlari dovletlere bawcini ozleri teyin edir.yazilibki qurban kesilmesini sevmezdi.ateist idi deyerdom ama masonlar terkiblerine esla ateistde almazlar.mutleq bir inanci olmalidi.baxin suallardan suallar dogur.sirlerle dolu bir siyasi wexsiyyet.
11 yanvar 2020 01:24
2
#flatearth
Online
BARBI
Heqiqeten esl dahi sexsiyyet imis.Cox sevdiyim tarixi sexsiyyetlerden biridir.Ali savadi medeni olmasi onu hamidan secirdi.Turklerin atasi bosuna demeyibler
10 yanvar 2020 18:49
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri