Gülüşünə 30 min dollar vəd edilən "Qaraqabaq Syu"nun SİRRİ - FOTO

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 526
Səs ver:
(səs: 0)
Haqqında danışacağımız bu qızı zamanəmizin ən istedadlı komediya ustaları da güldürə bilməzdi. Əvvəla, çünki o, XX əsrin əvvəllərində yaşayıb. İkinci səbəb isə onun heç bir halda gülə bilməməsi olub.

Qadinla.com-un verdiyi xəbərə görə, teatrlarda çıxış edən Süzan Kellini güldürmək üçün zamanəsinin məşhur komediya ustaları "dəridən-qabıqdan çıxsalar" da, hamısı pərt halda zalı tərk edib. Heç vaxt gülmədiyi üçün ona "Qaraqabaq Syu" adı verilib.

Gülüşünə 30 min dollar vəd edilən "Qaraqabaq Syu"nun SİRRİ - FOTO

1907-ci ildə Nyu-Yorkda keçirilən şounun təşkiltçısı xanımın təbəssümünə 100 dollar, gülüşünə isə 1000 dollar vəd edirdi. Zamanəmizdə həmin pulun dəyəri təxminən 30 min dollara bərabərdir.



Şou çox məşhur olsa da, "Qaraqabaq Syu"nun özü həftədə cəmi 20 dollar qazanıb. İnsanlar qızın ya kor, ya kar, ya da hər ikisindən olduğunu güman edirdi. Lakin qız bu iddiaları rədd edib sadəcə gülməli heç nə görmədiyini deyirdi.

Həqiqət isə illər sonra, şounun artıq bağlandığı zaman məlum olub. Sən demə "Qaraqabaq Syu" Möbius sindromundan əziyyət çəkib: anadangəlmə üz sinirlərinin iflic olduğu üçün qız üz mimikalarından məhrum olub.

Hər şey məlum olanda, Syunun karyerası artıq bitmişdi.

Düzdür, sonralar, XX əsrin ortalarına kimi onun adıyla sirklərdə çıxış edənlər də olub.

İngilis dilində isə «it could make even Sober Sue laugh» - "bu hətta "Qaraqabaq Syu"nu da güldürər" deyimi dillərə düşüb.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 526
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri