Nobel Sülh mükafatçısı Malal Yousifzai kimdir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 396
Səs ver:
(səs: 0)
2008-ci ildə, Taliban Pakistanın ucqar hissələrindən biri olan Swat vadisini ələ keçirdi. Ələ keçirdikdən dərhal sonra radikal İslam birliklərini həmin bölgəyə göndərdi. Televizor, film, qadağan edildi, qadınların yanında kişi olmadan küçəyə çıxmasına qadağa qoyuldu, qız uşaqlarının məktəbə getməsinə qadağa qoyuldu.

2009-cu ildə 11 yaşındakı pakistanlı bir qız uşağı, Malala Yuosafzai məktəb qadağası aleyhinə danışmağa, adsız bloqlar yazmağa başladı. Həm özünün, həm də atasının həyatını riskə ataraq, məktəbə getməyə davam edirdi. Yaxın kəndlərdəki konfranslara qatılır, internetdə “Taliban mənim məktəb həyatımı necə əlimdən ala bilər” deyə araşdırma edirdi.

2012-ci ildə, 14 yaşında ikən məktəbdən evə qayıdanda üzündən vuruldu. Maskalı Taliban əsgəri əlində silahla avtobusa minib, “Malalanın kim olduğunu deməsəniz, hamınızı öldürəcəm!” dedi. Malala özünü təqdim etdi və adam qızı digər sərnişinlərin gözü önündə vurdu.

Malala komaya girdi, az qalsın öləcəkdi… Əgər Malala, həyatda qalsa, Taliban həm qızı, həm də atanı öldürəcəyini açıqladı.

Amma Malala hələ də həyatdadır. Müsəlman ölkələrindəki şiddət və təzyiqdən danışır. Kitabları ən çox satılanlar siyahısındadır və 2014-cü ildə çabaları sayəsində Nobel Sülh Mükafatına layiq görülüb. Üzündən vurulması, ona əvvəlkindən daha çox cəsarət verdi və təbii ki, izləyənlərinin sayını artırdı.

Qeyd edək ki, 2015-ci ildə Məlalə suriyalı qaçqın qızlar üçün Livanda məktəb açdırıb. Bir bacısı və iki balaca qardaşı olan Məlalə yaratdığı fond (malalafund.org) vasitəsilə ehtiyacı olan qızlara təhsil almaları üçün yardım göstərir.

Malala, “mənim əlimdən gələn bir şey yoxdur”, “başqa seçimim yoxdur” deyərək, edilən təzyiqlərə boyun əyib, təhsildən boyun qaçıra bilərdi, amma tam əksini seçdi…
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 396
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4037
Xəbər sayı: 47
Qeydiyyat: 19.11.2017
fiyonik
Xeberi oxuya-oxuya Hüseyn Xalidin Min Möhteşem kitabi yadima dusdu. Malala cox guclu qadina benzeyir. O zaman Muselman xanimlara insan kimi reftar etmirlermis. O her zaman kisiden asili, azad olmayan biri idi. Melumat ucun tesekkurler!
18 may 2020 18:59
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 80409
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Halal olsun xanimlarin ne qeder guclu oldugunu gosterem dahi xanim.Qarsisinda bas eyirem
16 may 2020 23:09
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri