Alan Turing kimdir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 405
Səs ver:
(səs: 0)
Alan Turing – ikinci dünya müharibəsinin yönünü dəyişdirən, süni zəkanın təməlini qoyan alimin həyatını bu məqaləmizdə yazdıq.

Həyatı
Alan Turing, kompüter elminin öncüsü sayılan, II dünya müharibəsi zamanı almanların “Enigma” kodunu həll edən bir maşın hazırlayan, modern kompüter sistemi və süni zəka teoreminin təməlini yaradan ingilis alimdir.

23 iyun 1912-ci ildə anadan olan Alan Turing, Hindistan qaçqını olaraq ingiltərəyə gələn orta sinif bir ailənin üzvü idi. Elm, kimyəvi təcrübələr Alan Turing üçün hər zaman maraq dairəsində olmuşdur. Məktəblərdə göstərdiyi yüksək performans və zəkası ilə qısa müddətdə hamının diqqətini çəkdi. Hələ universitetə başlamazdan əvvəl kvant mexanikasında teoremlər kəşf etmişdi. Eyni zamanda törəmə və inteqral ilə əlaqəli problemlərin həlli ilə də məşğul olmuşdur. Cambridge, King’s College-ə başladığı zaman çalışmalarına fokuslandı və ehtimal nəzəriyyəsinə olan sevgisi və riyaziyyat məntiqi ilə kariyerasında inkişaf etdi.

Turing maşını
Qarmaşıq hesablamaların müəyyən bir qayda ilə edilə biləcəyi 20-ci əsrin başlarında böyük bir mübahisə mövzusu oldu. Digər tərəfdən isə əl və ya zehin ilə aparılan hesablamalar isə çox vaxt aparmaqla yanaşı, bir çox xətanı da özü ilə birlikdə gətirirdi. Turing, avtomatik hesablamanın bütün riyazi hesablamaların həllini tapa biləcəyini ortaya qoydu. İddia etdiyi teoremlər ilə Turing maşını yaradıldı.

Alan Turing kimdir?

Enigma şifrəsi
Enigma şifrəsi, alman dəniz transportasiyasında istifadə edilən, qırılmaz olaraq dəyərləndirilən qarışıq bir kod idi. Alan Turing isə 1941-ci ildə bu şifrəni qırmağı bacardı və irəliləməni davam etdirmək üçün isə mexaniki bir maşın hazırladı. Bu hadisədən sonra Turing, müttəfiqlər üçün dəyərli biri halına gəldi və bir çox alman mesajlarını uğurla həll etdi.

Alan Turing kimdir?

Müharibənin ardınca, Alan Turing, elektron texnologiyanın potensial sürətinə və güvənliliyinə uyğun cihaz hazırlamağa başlayan yeganə insan oldu. Bu texnologiya, proqramlamaqla aritmetik məsələlərin həllinə yol açdı. Alan Turing, Mançester Universitetində “Computing” sahəsinin direktoru oldu və Krallıq Cəmiyyətinin üzvü olaraq qəbul edildi.

Turing Testi
Alan Turing, maşınların da bir insan beyni kimi düşünə bildiyinə dair fəlsəfi müzakirələrə qatıldı. Bunun üçün test hazırladı, əgər kompüter duyğusal varlıq kimi davranıb, reaksiya verərsə, o zaman duyğuları olan bir varlıq olduğu isbatlanmış olacaqdı.

Alan Turing kimdir?

Turing testi süni zəkanın təməlini qoyan bir qavramdır. Test isə olduqca bəsitdir. Bir divar təsəvvür edin. Siz testi hazırlamısnız və divarın digər tərəfində yazılmış program və insan var. Testin suallarına nəzərən, verilən cavablarda hansının insan, hansının proqram olduğunu anlaya bilmirsinizsə, həmin proqram testi keçmiş sayılır.

Alan Turing-ə qarşı edilmiş hörmətsizlik.
Turing-in homoseksual olmasını heç vaxt xoş qarşılamadılar. Yaşadığı həyat tərzi haqqında açıq sözlü və həyat dolu idi. Polis gənc bir kişi ilə onun münasibətini aşkarladı və 1952-ci ildə məhkəməyə başlandı. Turing fəaliyyətlərini nə rədd etdi, nə də müadifə, onun yerinə etdikləri ilə əlaqədar heç nəyin səhv olmadığını iddia etdi. Məhkəmələr onunla razılaşmadı və Turing, böyük əxlaqsızlıqla günahlandırılaraq həbs edildi. Həbsxanaya girməmək üçün Turing, esterogen hormonu qəbul etmək məcburiyyətində qaldı.

Çalışmalarını kvant fizikası və kriptanitik araşdırmalarda davam etdirdi. Turinqin cinsi meyilliyi bilindiyi üçün o dövrdə çoxlu zorakılığa məruz qaldı. Yaşadıqlarına dözməyərək 1954-cü ildə siyanidli alma dişləyərək intihar etdi. Apple-ın loqosunun bu hadisə ilə əlaqəli olduğunu deyənlər də var.

Ölkənin baş naziri Gordon Brown, 2009-cu ildə bu alimə böyük haqsızlıqlar edildiyini qəbul edib, üzr istədi. 2013-cü ilin dekabrında Kraliça II Elizabeth də rəsmi olaraq Turing-dən üzr istədi.
“Turing, parlaq zəkaya sahib olan möhtəşəm bir insan idi. Müharibədəki çalışmaları və elmə buraxdığı miras ilə xatırlanmağa və tanınmağa olduqca layiqdir.” dedi.

Alan Turing-in bioqrafiyası əsas götürülərək çəkilmiş “The Imitation Game” filminə baxmağınızı da tövsiyə edirik. Baş rolu isə Benedict Cumberbatch ve Keira Knightley canlandırır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 405
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4010
Xəbər sayı: 47
Qeydiyyat: 19.11.2017
fiyonik
Mence onu hormonlarina gore tehqir etmemeliydiler. Indi xaricilerin ekseriyyeti hormon problemi yasayir ve buni azad sekilde yasayir. 2-ci dunya muharibesini tarixde oxumusdum,amma onun adina rast gelmemisdim. Melumat ucun tesekkurler!
18 may 2020 19:05
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 13386
Xəbər sayı: 297
Qeydiyyat: 19.11.2012
Miss_Oxatan
Bu dahi haqqinda oxumuwdum.oz zekasi ile 14milyon insani xilas etmiw olmasi orientasi ucbatindan gorunmez oldu.iw burasindadir ki bu hadise bir werq olkesinde baw verseydi Avropa deyerdiki cahildiler,elminin behresine yox cinselliye baxib öldurduler.ancaq Alan Turing tek deyil bir neçe dahilerin de aqibeti hüzünle bitib.meselen biri Nicola Tesla.eger Nicola teslanin kewfine icaze verseydilee bu gun iwiq dunyada pulsuz idi.dunyani idare edenler buna ne dunen ne bugun ne de sabah icaze vermedi, vermezler.esil dahilen bur behane ile gozden duwurulub Alan da ewcinsel olmasi behane olub.apple ise sirf buna gore o loqonu seçibler ferziye deyil.duzdur hec de mesumca bir seçim deyil Alanin xatiresi ucun deyil.prosta onlarin meqsedi dunyaya encinsellik kimi haramlari yayib tebliğ etmekdir.oz.meqsedleri ucun bundan sui istifade edirler sadece.cox daniwmaq olar bu barede.ona qalsa Leonardo da vinçi de ewcinsel olub ama dovrunun aparici massonu idi deye neçe yuz ildi dahi deye behs edilir.ne oldu 14milyonu xilas eden Alana çatandami gunah keçisi olub ölüme sürüklediler?
30 aprel 2020 00:45
1
#flatearth

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri