Alman bəstəkarı Rixard Vaqner

Şərhlər: 5
Baxılıb: 585
Səs ver:
(səs: 0)
Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseist Rixard Vaqner 1813-cü il mayın 22-də Leypsiqdə anadan olub. Operanın ən böyük islahatçısı sayılan Vaqner Avropa musiqi mədəniyyətinə, xüsusən də Alman mədəniyyətinə əhəmiyyətli təsir göstərib.

Rixard Vaqnerin yaradıcılığı 19-cu əsrdə Avropanın musiqi ənənələrində dönüş nöqtəsinin simvolu sayılır. Vaqnerin çətin, keşməkeşli həyatı, yaşadığı çətinliklər yalnız operada deyil, simfonik janrlarda da inqilabi dəyişikliklərə təkan verdi.
O, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Vaqner 1831-ci ildə Leypsiq universitetində oxuyub, eyni zamanda kompozisiya dərsi alıb. 1833-cü ildə Vürsburqda xormeyster, sonralar Maqdeburq (1834-36), Köniqsberq (1837) və Riqanın (1837-39) musiqi teatrlarında dirijor işləyib. Vaqnerin həyatı əsasən Almaniyada keçib. Lakin 1849-cu ildə Leypsiqdəki üsyanda iştirak etdiyinə görə Vaqner ölkəni tərk etməli olub. Sonrakı 13 ili Avropanın müxtəlif ölkələrində — Fransada, İsveçrədə, Avstriyada yaşadıqdan sonra yenidən vətəninə qayıdıb.

1830-cu illərdə "Pərilər", "Sevgi qadağandır", "Riyensi" operalarını yazıb. "Faust" üvertürası (1840) və "Uçan hollandiyalı" (1841) operası Vaqnerin ilk yetkin əsərləridir.
1843-1849-cu illərdə Vaqner Drezdendəki saray teatrında dirijor işləyib, orta əsr əfsanələri əsasında "Tanheyzer" və "Loenqrin" operalarını yazıb. 1848 ildən Vaqner "Reyn qızılı" (1854), "Valkiriya" (1856), "Ziqfrid" (1871), "Tanrıların qürubu" (1874) operalarından ibarət "Nibelunq üzüyü" tetralogiyası üzərində işləyib.

Rixard Vaqnerin əsərləri, ələlxüsus son dövr əsərləri özlərinin kontrapunkt teksturaları, zəngin xromatizmi, harmoniya və orkestr və leytmotivlərdən nəfisliklə istifadə etməsi ilə fərqlənir. Rixard Vaqner musiqidə bir çox nailiyyətlərin, son dərəcə xromatik və sürətlə dəyişən tonal mərkəzlərdən istifadəsi ilə Avropa klassik musiqinin inkişafına böyük təsir göstərib.

O, musiqi təfəkkürünü özünün Gesamtkunstüerk ("mütləq sənət işi") ideyası ilə zənginləşdirib. Bu ideyanın qayəsini bütün növ poetik, vizual, musiqili və dramatik sənətlərin sintezi təşkil edirdi. Bu ideya onun Der Ring des Nibelungen (1876) adlı monumental dörd operadan ibarət silsiləsində öz əksini tapır. Vagner hətta əsərlərini özü təsəvvür etdiyi kimi səhnələşdirmək məqsədilə özünün opera evini da açıb.
Şöhrətinin çiçəklədiyi zamanlar Vaqner Avropada qastrol səfərlərini dayandırmır. 1882-ci ildə Vaqner Venesiyaya köçüb və burada 13 fevral 1883-cü ildə infarkt keçirərək vəfat edib.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 585
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 857
Xəbər sayı: 0
♡iLK NUR♡
Lazımlı məlumatdı buqədərdə bilgi bilmirdim bu bəstəkar haqqında
Təşəkkürlər ürəyim
4 iyul 2020 20:37
5
Yıxılaram səncə? Heç sarılmaram da, şüşə kimiyəm. Bəziləri nə qədər, qırırsa qırsın
Mən qırıldıqca kəskinləşirəm
Şərh sayı: 4923
Xəbər sayı: 48
fiyonik
Dogrusu, adini hec esitmemisdim. Bu qeder taninmis olmasina, baxmayaraq. Maragli heyati varmis. Bele yigcam ve deqiq melumatlari sevirem. En azindan upuzun pasajlar kimi sixici olmurlar. Maragli melumatdi. Tesekkurler
4 iyul 2020 13:43
4
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 745
Xəbər sayı: 0
Fulin
Rixard Vaqner haqqında eşitməmişdim.Maraqla oxudum.Çox sey öyrəndim,,məlumatım oldu.


Təşəkkür'lər Bacıcan⭐
4 iyul 2020 11:28
3
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden ⭐
Şərh sayı: 3766
Xəbər sayı: 109
ÜlSi❤
Bele melumatlari sevirem. Haqqinda melumatim yox idi)
Ama bir şey diqqetimi çekti ki tarixde 100 en cox öyrenilmiş sexsiyyetler siyahisina daxil olunub) alkis
Tebrikler122)

Teşekkürler bal küpüm❤❤❤❤❤:)
4 iyul 2020 10:47
2
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 80957
Xəbər sayı: 30
BARBI
Adini cox esitmisdim.Haqqinda bu qeder etrafli melumatim yox idi
4 iyul 2020 10:05
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri