Zivər bəy Əhmədbəyov

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 946
Səs ver:
(səs: 0)
Bakının qədim memarlıq abidələri dünyanın çox şəhərlərinin abidələri ilə bəhsə girə bilər. Böyük bir tarixi dövrü yaşadan bu sənət nümunələri əsas etibarilə ecazkar şərq elementləri əsasında, dünyanın ən qabaqcıl məktəblərinin təcrübəsindən yararlanaraq meydana gəlib. Belə gözəl əsərlərdən bir neçəsinin müəllifi dövrünün görkəmli ziyalılarından sayılan Zivər bəy Əhmədbəyov olub.

Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır.
Onun yaratdığı bənzərsiz memarlıq abidələri mədəni irsimizə əvəzsiz töhfələr bəxş edib. Zivər bəy peşəkar Avropa təhsili almış və 1918-1925-ci illərdə Bakı şəhərinin memarı olmuş ilk azərbaycanlıdır.

Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov Bakıda gimnaziya təhsilini başa vurduqdan sonra 1893-cü ildə əlaçı tələbə kimi Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna göndəriş almışdır.

Zivər bəy burada da fəal, bacarıqlı tələbə kimi ad çıxarır və Sankt Peterburqda fəaliyyət göstərən Rusiya Memarlıq və Zərif Sənətlər İttifaqına üzv seçilir. Hələ tələbə ikən o, Sankt-Peterburqda Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı ilə görüşür. Bu görüş onun həyatında dərin iz buraxır. Həsən bəy onun dərin zəkalı, açıq fikirli bir gənc olduğunu vurğulayır, işinə böyük dəyər verir, fəaliyyətini Bakıda davam etdirməyi məsləhət görür. Bu barədə Zivər bəy Əhmədbəyovun Həsən bəyə yazdığı bir məktubda oxuyuruq: “Sizinlə olan görüşüm hələ də xatirimdədir. Mənə vermiş olduğunuz töhfəni əsla unutmayacağam. İnanıram ki, ən qısa zamanda görüşəcəyik”.

Zivər bəy ali təhsilini başa vurduqdan sonra təyinatla Bakıya gəlir, az vaxt ərzində Bakı qubernatorunun və elitar təbəqənin şəxsi malikanələrinin memarı kimi tanınır.

Nabat Aşurbəyova Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzə Pir məscidinin inşasında ilk diplomlu azərbaycanlı memar kimi Z.Əhmədbəyovun xidmətlərindən istifadə etmişdir. Nabat xanım Zivər bəyə xeyli vəsait verərək onu məşhur məscidlərin memarlığını öyrənmək üçün Şərq ölkələrinə ezam etmişdir. Səyahətdən sonra Zivər bəy bir sıra layihələrin: Şamaxıda Cümə məscidi, Bakıda Təzə Pir məscidi, Əmircanda Murtuza Muxtarovun tikdirdiyi məscidin və Bakıda neçə-neçə yaşayış evinin memarı olur.

1908-22-ci illərdə Əmircanda tikdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri