Bəxtsiz şair, qəddar faşist Gebbels

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 304
Səs ver:
(səs: 0)
Gebbels 1897-ci il oktyabrın 29-da Reydtdə dünyaya gəlib. Mühasib atası həmişə oğlunun katolik kilsəsinin keşişi olacağına ümid edirdi. Amma Gebbels yazıçı və jurnalist olmaq arzusu ilə gimnaziyada oxuyur və humanitar elmlərə üstünlük verir. Professor Fridrix Qundolfanın rəhbərliyi ilə 1921-ci ildə “Heydelberq” universitetində dissertasiya müdafiə edib və elmi dərəcə alıb. Lakin ədəbi əsərləri dəfələrlə qəzet redaktorları tərəfindən rədd edilib.

Bəxtsiz şair,qəddar faşist Gebbels
I Dünya Müharibəsi başlayanda Gebbels axsaq olduğu üçün (o doğuşdan əlil idi) hərbi xidmətə yararsız hesab olunur. Bunu özünə sığışdırmayan Gebbels müharibə zamanı ölkəsinə xidmət edə bilməməyi biabırçılıq hesab edirdi. Həmişə ətrafdakıların alçaldıcı baxışlarını, istehzalı gülüşlərini kürəyində hiss edirdi. Və beləcə, Almaniya dünyaya mənliyində dərin nifrət kök salmış daha bir faşist liderini təqdim etməkdə idi.
I Dünya Müharibəsindən sonra poeziya və dram sahəsində uğursuzluğa düçar olan Gebbels siyasətə çıxış yolunu tapır. 1922-ci ildə Nasist Partiyasına qoşulur. Ştrasser qardaşları partiyada rəhbər olan zaman partiyanın sol-sosializm qanadına daxil olur. 1924-cü ildə özünü jurnalistikada sınamağa qərar verir və “Fyolkişe freyxeyt”in (“Xalq azadlığı”) redaktoru kimi fəaliyyət göstərir.

Həmin dövrdə Ştrasserlərlə Hitlerin arasında qəzəbli mübahisəylə bağlı deyilmiş məşhur fikirlə tarixə düşür:
“Burjua Adolf Hitleri Milli-sosializm partiyasından çıxartmalıdır”.
Lakin 1926-cı ildə Hitlerin siyasi baxışını anlayır və bütün yazılarında “Adolf Hitler, mən sizi sevirəm!” yazır. Gebbels hətta ilk kitablarından birini Hitlerə həsr edir. Onun fürerin ünvanına dediyi təriflər daha da atəşli olmağa başlayır:
“Hətta Münhendə məhkəmə önündə çıxışınız zaman nə qədər böyük bir rəhbər olduğunuzu sübut etdiniz”.

Bu cür tərifnamələr eşitmək əlbəttə, Hitlerin diqqətini cəlb edirdi. O, 1926-cı ildə Berlində Gebbelsi faşist partiyasının qaulyayteri təyin edir. Məhz paytaxtda Gebbelsin natiqlik qabiliyyətləri özünü göstərməyə başlayır. Beləliklə, onun sonrakı taleyi müəyyən edilir. 1927-ci ildən 1935-ə qədər o, həftəlik “Anqrif” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. 1928-ci ildə Gebbels Reyxstaqın deputatı seçilir. Mitinqlər zamanı o, öz güclü və kəskin səsi ilə Berlin hökumətinin, yəhudilərin və kommunistlərin diqqətini cəlb edə bilir. Artıq Hitler onun fəaliyyətinə heyran olmağa başlayır, və beləliklə, 1929-cu ildə onu Nasist Partiyasının İmperial təbliğat rəhbəri təyin edir. 1932-ci ildə keçirilən seçkilər zamanı Amerika hökuməti Gebbelsin valehedici qabiliyyətlərini alman adı altında azca dəyişdirib auditoriyaya nümayiş etməyə çalışır. Həmin vaxt partiyanın yazdığı “Milli sosialistlərin 10 əmri” faşistlərin ideoloji proqramının nümunəsi olur.

Gebbels öz fəaliyyəti zamanı onun üçün heç bir prinsip və ya əxlaqın mövcud olmadığını nümayiş etməyi bacarır. O, ölkə həyatının bütün elementlərini özünə tabe edərək millətin mədəni həyatının faktiki diktatoru olur. Hitleri razı salmaq üçün yəhudilərə qarşı acıqlı və qəzəbli hücumlarla çıxış edir. Zaman keçdikcə Henrix Himmler, Martin Bormanla yanaşı, Gebbels də Hitlerin ən yaxın və ən nüfuzlu məsləhətçilərindən biri olur.

Almaniya can verir
II Dünya Müharibəsi zamanı Gebbelsin qarşısına millətin mənəvi ruhunun güclü saxlanılması məsələsi qoyulmuşdu. O, Sovet Rusiyası ilə narazılıq yaratmalı və almanları son qələbəyə qədər dözməyə məcbur etməli idi. Gebbels enerji ilə işləyirdi, bütün almanlara gələcək talelərini xatırladaraq onları döyüş ruhunda saxlayırdı. İyul sui-qəsdinin uğursuzluğundan sonra 1944-cü ildə Hitler Gebbelsə son damla qanına qədər vuruşaraq bütün maddi və insan resurslarını yığmağı tapşırır. Amma artıq gec çox idi: Almaniya ölümün kənarında idi.

1945-ci ilin aprelində Gebbels Hitlerə Berlində qalmağı məsləhət görür. Yalnız bu yolla onu böyük Hitler haqqında əfsanənin həmişə yaşaya biləcəyinə inandırır. Fürer onunla razılaşır.
Ailəsini və özünü məhv edir.

1945-ci il aprelin 12-də ABŞ prezidenti Ruzvelt Franklin öləndə eyforiyaya qapılan Hitler siyasi vəsiyyətində Gebbelsi dövlət kanslerinin postunda öz varisi təyin edir. Gebbels bunun qarşılığını şəxsi təbliğatçılıq jestiylə verməyə çalışır və Rusiya ilə razılaşmağa qərar verir. Bunun mümkün olmadığını anlayanda isə özünə qəsd etməyi planlaşdırır. Əvvəlcə 6 övladını zəhərləyir, sonra həyat yoldaşını başından vuraraq öldürür və həmin silahla öz canına da qəsd edir.

Hitler rejiminin propoqanda naziri, insanları hipnoz edə bilən Gebbelsin cəsədi öz vəsiyyətinə uyğun olaraq yandırılıb.

Müəllif: Nərgiz Əziz
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 304
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri