Əbdülqasım Firdovsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 650
Səs ver:
(səs: 1)
Bəşər tarixində bir ədib tərəfindən yazılmış ən uzun poema fars şairi Əbdülqasım Firdovsinin ( 940 – 1020\1030) yazdığı "Şahnamə” əsəri hesab edilir.

"Şahnamə” əsərinin digər bir adı da "Şahlar haqqında kitab”dır. Fars ədəbiyyatına məxsus olan bu möhtəşəm əsər İranın VII əsrədək olan qədim tarixini özündə əks etdirir.

Möhtəşəm "Şahnamə” əsərinin müəllifi Ə. Firdovsi haqqında məlumat çox azdır. Tarixi məlumatlara əsasən, o, Şərqi İranda, indiki Tacikistan ərazisində X əsrin ortalarında dünyaya gəlmişdir. O, "firdovsi” sözünü özünə ləqəb götürmüşdür. "Firdovsi” sözünün mənası – "cənnət”, "behişt” deməkdir. Bu ləqəblə (Firdovsi) şair bütün dünyada məşhurlaşmış və tanınmışdır. Firdovsi dünya əbəbiyyatının ən uzun poemasının müəllifidir.

Firdovsi "Şahnamə” poeması üzərində 35 il işləmişdir. Demək olar ki, həyatının yarısını şair bu poemaya həsr etmişdir. Bu poemanın yazılmasına görə, Sultan Mahmud Qəznəvi (998 – 1030) Firdovsiyə külli miqdarda qızıl pul vəd etmişdi. Belə ki, sultan poemanın hər beytinə (beyt – iki misradır) bir qızıl pul verəcəyini söz veribmiş.

Şair poemanı bitirdikdən sorna sultan kitabı guya, çox da bəyənmir. Sultan poemanın hər beytinə görə, bir qızıl pul əvəzinə gümüş pul göndərir. Şair bunu özünə və poemasına hörmətsizlik kimi qəbul edir və sultanın göndərdiyi gümüş pulların hamısını elə oradaca kasıblara, fəqir – füqarələrə paylayır. Şairin bu hərəkəti sultanın acığına gəlir. Bu hadisədən sonra Firdovsi öz doğma yurdunu tərk etmək məcburiyyətində qalır və lap qoca yaşlarınadək vətəndən kənarda bir həyat yaşayır...

Ömrünün sonlarına yaxın, lap qoca yaşlarında Firdovsi öz elinə, obasına qayıdır. Bu zaman artıq sultan şairin poemasını layiqincə qiymətlərdirmişdi və ona külli miqdarda qızıl pul ayırmışdı. Sultan biləndə ki, Firdovsi vətənə qayıdıb, qızıl pulları dəvələrə yüklədərək şairin yaşadığı şəhərə yollanır ki, hədiyyəni özü şəxsən şairə təqdim eləsin. Amma təəssüflər olsun ki, Firdovsi bu təqdimatı görə bilmir… Sultan Mahmud Qəznəvi qızıl karvanı ilə şəhərin giriş qapısından girərkən, şairin cəsədi şəhərin çıxış qapısından dəfn edilməsi üçün aparılırdı....

Ə. Firdovsinin yaratdığı möhtəşəm "Şahnamə” poeması 120.000 beytdən, yəni – 240.000 misradan ibarətdir. Bu dünya ədəbiyyatı tarixində ən möhtəşəm poemadır. Poema sırf fars dilində yazılmışdır. Bu da fars dilinin "gəlmə” sözlərdən təmizlənməsində və inkişafında əvəzedilməz rol oynamışdır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri