Sezarın ölümü haqqında bilmədiklərimiz...

Müəllif: Narminovski
Şərhlər: 6
Baxılıb: 4 222
Səs ver:
(səs: 1)
Polkovnik Luçano Qarafanoyla birlikdə Harvard universitetinin bir qrup psixoloqları  Yuli Sezarın əsl ölüm səbəbini araşdırdılar. Müasir metodikadan istifadə edərək çox sayda  alim, psixiatr və patoloqoanatom ölüm səbəbinin təyiniylə məşğul olurdu. Son nəticələr isə İtalya televiziyasında elan edilmişdi. Aşkar oldu ki,  senatorlar tərəfindən öz həyatına sui-qəsd hazırlanması haqqında Sezar bilirdi və hətta öz qətlini hazırlamağa onlara kömək etmişdir. Qarafano cinayət başında oldu və bütün mövcud sənədlərlə tanış olduqdan sonra istintaq sınağını keçirdi.
Sınağın keçirilməsi göstərdi ki, həmin o ölümcül zərbəni vurmağı olanlardan hər biri bacarırdı. Onda Qarafano böyük diktatorun həyatının sonuncu olan həmin günü təkrar canlandırmağa qərar verdi. O səhər arvadı Sezardan senata getməməyi xahiş edirdi,  demə  səhər ona hücumun olacağı haqqında qabaqcadan deyilmişdi. Amma bütün bu xəbərdarlıqlar nəzərə alınmadı və  bundan başqa o senata tək yola düşdü, mühafizəsiz. Bunun sübutu Yuli Sezarın yumulmuş əlində tapılan kağızdakı yazıdır.
Bir çox psixoloqları diktatorun davranışı  təəccübləndirir, axı o həqiqətən öz ölümü haqqında bilirdi və onun görüşünə mətanətlə gedirdi. Müasirlər hesab etdiyi kimi qətlin səbəblərindən biri,  o fakt oldu ki,  senat  Sezarı ilahi varlıq elan edəndə belə o öz yerindən qalxmadı. Yuli Sezarın epileptik zərbə  aldığı  haqqında məlumatlar var. Bu zaman da insan bir müddət öz bədəninə və yaddaşına hakim ola bilmir. Sezarın yaşını nəzərə alsaq, (öləndə onun yaşı 56 var idi) bu ehtimal edilən fərziyyə daha düzgün olar.
Hər cür ekspertizaları keçirib, psixoloji analizlər edən Qarafano araşdırılmaları nəticəsinda belə qərara gəldi ki, guya Sezar beləliklə, öz həyatına son verməyi qərar verdi. Özünü öldürəcək insanı, o, özü seçdi. Bu qərarı ona görə verdi ki, onun ölümündən sonra  hakimiyyət onun varisi Oktaviana keçsin. Bu bir növ saziş idi. Beləliklə, Yuli Sezar öz ölümüylə yaşayarkən edə bilmədiyini etdi..
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 222
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri