Sirli və mistik təsadüflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 245
Səs ver:
(səs: 2)
1664-cü il dekabrın 5-də Uels sahillərində gəmi batdı. Səksən bir sərnişindən yalnız biri sağ qaldı – Hyu  Vilyams.
 
Bu hadisədən 121 il keçmiş, dekabrın 5-də 1785-ci ildə bu sularda yenə gəmi batdı. Burada da cəmi bir sərnişin xilas oldu. Onun da adı Hyu Vilyams idi. Təsadüflər bununla bitmədi.
Daha 75 il keçdi. 1860-cı il dekabrın 5-də yenə bu ərazidə kiçik qayıq batdı. Yalnız bir sərnişin xilas oldu. Sizcə onun adı nə idi? Bəli, Hyu Vilyams. Ən qatı materialistlər belə illərdir bu sirli təsadüflərdən baş aça bilmir. Bunu nə ilə izah etmək olar axı, bu nədir – tale? Bu suala heç kim cavab tapa bilmir.
 
Kral və restoran sahibi
Yaxud başqa bir hadisə. 1900-cü ilin iyununda İtaliya kralı Umberto, Monza şəhərindəki restoranda  nahar edirdi. Nahar kralın xoşuna gəldi və o, restoranla maraqlandı. Məlum oldu ki, elə restoran sahibinin də adı Umbertodur. O, kralla eyni gündə anadan olmuş və eyni gündə evlənmişdi. Hətta arvadlarının da adı eyni idi.
O da məlum oldu ki, kralın tacqoyma mərasimi günü olarkən, Umberto da bu restoranı açıb. Hər ikisi bu təsadüfə çox sevindilər.
Qərara aldılar ki, sabahı gün görüşüb, bir yerdə stadiona getsinlər. Amma restoran sahibi Umberto səhəri gün qəfil vəfat edir. Kral bunu eşidəndə çox pis olur, təəssüf hissi keçirir. Ancaq kədərlənməyə vaxt tapmır. Bir neçə saat sonra kral Umperto bir terrorçu-anarxist tərəfindən sui-qəsdə uğradılaraq öldürülür.
 
"Titanik”
1896-cı ildə Londonda çox da məhşur olmayan fantast yazıçı Morqan Robertsonun "Titanın sonu” adlı kitabı işıq üzü gördü. Kitabda "Titan” adlı nəhəng gəminin ilk və son reysindən söhbət açılırdı. Gəmi aysberqlə toqquşaraq batır. Əksər sərnişinləri həlak olur. Kitabda hətta gəminin batma tarixi də göstərilir: 1912-ci il.
Bəli, 1912-ci ildə məhz "Titanik” gəmisi aysberqlə toqquşaraq batır. Maraqlı burasıdır ki, kitabda həlak olanların sayı, gəminin texniki xarakteristikası tam dəqiqliklə göstərilmişdi.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 245
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri