Avropaya roman yazmağı öyrədən yazıçı

Müəllif: Qlamurr
Şərhlər: 8
Baxılıb: 2 616
Səs ver:
(səs: 2)
Türk romanının Yaşar Kamal,Orxan Kamal,Rəşad Nuri Güntəkin,Fakir Baykurtla möhkəmlənən nüfuzu artıq arxada qalıb.Bu ədiblərin qələmindən çıxan əsərlər ötən yüzilliyin 70-80-ci illərindən Avropada ,eləcə də keçmiş,Sovetlər birliyində türk ədəbiyyatının durumunu ,səviyyəsini ifadə eləyirdi.Amma 90-cı illərdə məmləkət xaricinə başqa imzalar çıxmağa başladı.Avropa oxucuları türk qadın yazarları Lətifə təkin,Əminə Özdəmir,Elif Şafakın əsərlərini böyük maraqla qarşıladılar.Orxan Pamukun romanlarısa "dünya ədəbiyyatının başlıca kəşfi" kimi qəbul olundu.Ən yeni türk nəsrinin öncül ismi Orxan Pamukun əsərləri təkcə Avropanı,Amerikanı deyil,Koreydan İspaniyaya ,Norveçdən İtaliyayadək nəhəng bir ərazini fəth eləyib.

O indi dünyada əsərləri ən çox nəşr olunan və oxunan on yazıçıdan biridir.Avropalılar onu " Avropaya roman yazmağı öyrədən yazıçı " adlandırırlar,əsərləri onlarla ədəbi mükafata ,o cümlədən,2006-cı ildə Nobel mükafatına layiq görüldü.Romanları "Cövdət bəy və oğulları","Səssiz ev","Bəyaz qala",Yeni həyat","Qar","Mənim adım Qırmızı","İstanbul,xatirələr və şəhər","Məsumiyyət muzeyi" və.s romanların müəllifidi."Qara kitab" romanı dünyanı heyrətə saldı."Mənim adım Qırmızı" romanı Avropada son qırx ilin ən yaxşı romanı sayıldı."Ən rəngli və qorxulu romanım" adlandırdığı romanda 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir.Roman bir çox məziyyətləriylə yanaşı,Nizaminin əsərlərinə çəkilmiş miniatürlər,böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri,umumiyyətlə ,nəqqaşlıq sənəti haqqında bənzərsiz hekayətdir.

Bütün olub-keçənlərə baxmayaraq,"mən türk yazıçısıyam"deyən Orxan Paamukdur..
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri