Mir Cəlal Paşayev

Müəllif: Qlamurr
Şərhlər: 6
Baxılıb: 6 538
Səs ver:
(səs: 5)
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprel ayının 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində dünyaya göz açmışdır.O,Əndəbil kəndinin ən möhtərəm və hörmətli sakini olan  Mir Paşa bəyin nəvəsi idi.Atası Mir Əli Mir Əşrəfi  mülkiyyət sahibi olduğundan böyük oğullarına-Mir Cəlalın özündən böyük 4 qardaşına Əndəbil kəndinin işlərini idarə etməyi tapşırmış,ən kiçik,beşinci oğlu Mir Cəlalı isə bu işlərdən uzaqlaşdırıb təhsil dalınca Şimali Azərbaycana,Gəncəyə gətirmişdi.1918-ci ildə acı tale 10 yaşlı Mir Cəlalı erkən yaşlarınd atasız qoydu.Atası oğullarına kiçik mir cəlalı tapşıraraq demişdi:"Bu uşağı oxudun,onun mükəmməl təhsili olsun".Beləliklə,Mir Cəlal Gəncə şəhərində qalıb təhsilini davam etdirir,uşaqlıq və gənclik illərini burda keçirir.Balaca Mir Cəlal atasının son arzusunu həyata keçirməklə kifayətlənməyib,böyük yazıçı,alim və böyük insan adını qazandı.
Mir Cəlal 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə təhsilini davam etmişdir.1924-28-ci illərdə Gəncə Darülmüəlliminə daxil olmuş,1926-27-ci illərdə Tələbə Təşkilatının ,sonra isə Şəhər Tələbə Həmkarlar Təşkilatının sədri seçilmişdir.1928-ci i lDarülmüəllimi bitirib,Gədəbəy yeddiillik məktəbində müəllimlik edərək milli ədəbiyyatımızı,mədəniyyətimizi,zəngin keçmişimizi gənc nəslə aşılaya bilmişdir.
Görkəmli nasir,ədəbiyyatşünas ,alim və pedaqoq Mir Cəlal Paşayev müasir Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olmuşdur.Belə ki,1928-ci ildə yazıçı kimi yaradıcılıq fəaliyyətinə başlayan yazıçı,elə həmin ildə ilk tədqiqat əsərini yazmışdır.Xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları"dərsliyi Azərbaycannın zəngin ədəbiyyat tarixində mühüm yer tutmuşdur.Ədibin  "klassik irs və müasirlərimiz"ə dair məqalələri,"Azərbaycanda ədəbi məktəblər"mövzusunda yazdığı dissertasiyası, "Füzuli sənətkarlığı","Cəlil Məmmədquluzadə realizmi haqqında" və..s əsərləri ilə xalqın ruhunu və zövqünü qidalandırmış.
Mir Cəlal Paşayev 1930-cu ildə Kazan Şərq Pedoqoji İnstitutunun Dil-ədəbiyyat fakultəsinə,1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur."kommunist","Gənc işçi" qəzetlərində fəaliyyət göstərməklə "Sağlam yollarda "adlı ilk kitabını şapdan çıxarmışdı.
Ədəbi aləmdə əvvəlcə şeir,sonra isə oçerk və hekayələr ilə tanınmağa başlamışdır.O,1930-cu ildən etibrən hekayələr yazmağa başlamışdır."Həkim Cinayətov","İfşa","Mərkəz adamı","Naxələf","Bostan oğrusu","Qüdrət nümayişi","İstifadə","Dəzgah qızı","Heyrət" ,"İclas qurusu","Anket anketov"hekayələrinin müəllifidir.Yazıçının romanları "Dirilən adam",Bir gəncin manifesti","Açıq kitab"dır.Yazıçının 70-dən çox kitabı nışr olunmuşdur.
Mir Cəlal Paşayev 1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşaraq Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 6 538
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri