Qurban Səid haqqında məlumat

Müəllif: Qlamurr
Şərhlər: 9
Baxılıb: 10 856
Səs ver:
(səs: 6)
1905-ci ildə Bakıda anadan olub.Neft sahibkarlarından olan atası 1920-ci il hadisələrindən sonra Vətəni tərk etmək məcburiyyətində qalır.Həyatının çox hissəsini Almaniyada keçirən Qurban Səid Berlin Universitetində təhsil aldığı ehtimal olunur.Q.Səid iyirmidən çox ədəbi,siyasi,tarixi və publisist əsərlərin müəllifidir.

"Şərqdə neft və qan"əsərində yaşadığı dövrün mənzərəsi,həmçinin,ailəsi və özünün tərcümeyi-halı ilə bağlı hadisələr,"Məhəbbət və qan","Manuela" povestlərində ciddi həyat həqiqətləri və sevgi macəraları əks olunub."Altuntac" romanında Con Roland ləqəbini qəbul etmiş  Əbdülkərimin və onu əhatə edən insanların iztirablı həyatından söz açılır.

"Sevgidən bixəbər kişi" romanında müəllif Vətən və qürbətlə əlaqədar mətləbləri diqqət mərkəzinə çəkmişdir.Həmin əsərdə deyilir:"Vətənsiz həyat boş və mənasızdır.Yalnız vətəni itirdiyi zaman insan onun qədrini bilir,əzab və lənət vətənsizlərin taleyidir".

"Əli və Nino" romanı (1937) əsərdə 19-cu əsrin əvvəllərində mürəkkəb ictimai hadisələr milli istiqlal mücadiləsinin acı aqibəti qələmə alınıb.Romandakı Əlixan Şirvanir o dövrdəki yeni tipli gəncliyin səciyyəvi nümayəndəsidir.Əlixanla gürcü qızı Nino Kipianin sevgisinin təsviri sənətkara Şərq-Qərb münasibətlərinə geniş planda təsvir etməyə imkan yaratmışdır.Əsərin görkəmli mühacirət ədəbiyyatı nümayəndəsi Yusif Vəzir Çəmənzəminliyə aid olduğuna aid mülahizələrdə mövcuddur..Ömrünün sonunu İtaliyada keçirən Q.Səid 1942-ci ildə bu ölkədəki Positana şəhərində vəfat etmişdir.
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 10 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri