Şah İsmayıl Xətai-nin həyatı

Müəllif: NoName
Şərhlər: 11
Baxılıb: 1136
Paylaş:
Səs ver:
(səs: 3)
Şah İsmayıl 1487-ci il 23 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.

1488-ci il 9 iyulda atası Şeyx Heydər Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən İsmayıl anası və qardaşları — Sultanəli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında həbsdə 5 il saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Baysunqur Mirzəyə qarşı yürüşdə Sultanəli də Rüstəm paşa ilə birlikdə çıxış etdi. Əhər yaxınlığındakı bu döyüş Rüstəm Mirzə ilə Səfəvilərin birləşmiş qüvvələrinin qələbəsi ilə nəticələnir. Baysunqur öldürüldü. Sultanəli qələbə ilə Təbrizə qayıtdı. Ərdəbildə Səfəvi tərəfdarlarının güclənməsi Rüstəmi qorxuya saldı. Onlara qəsd təşkil edildi. Qəsdin üstü açıldı. Sultanəli qardaşları və yaxın adamları ilə birlikdə Təbrizi tərk edərək Ərdəbilə doğru irəlilədi. Rüstəm onların arxasınca 5 min süvari göndərdi. Döyüş başlanana qədər Sultanəli sufi əmirlərinin yığıncağında İsmayılı Səfəviyyə ordeninin başçısı kimi xələfi təyin etdi. Qardaşlarını Ərdəbilə yola saldı, özü isə düşmən tərəfə döndü. Şəməsi adlanan yerdə (Şəməsi döyüşü) döyüşdə (1494) qızılbaşlar məğlub oldular. Sultanəli həlak oldu.

1494-1495-ci illərdə Rüstəm yenidən Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt etdi. Ağqoyunlu sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olan kimi, Səfəvilərin xeyli hissəsini qılıncdan keçirdi. Lakin qızılbaş tərəfdarları şahzadələri, xüsusən İsmayılı xilas edə bildilər. Səfəvi müridləri İsmayılı Lahicana-Gilanın Biyəpiş vilayətinin hakimi, Kərkiyə sülaləsindən olan Mirzə Əlinin sarayına apardılar.

Rüstəm Mirzə dəfələrlə Kərkiyə Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb etdi. O isə İsmayılı zənbildə sıx yarpaqlı ağacdan asdı və Qurana and içib onun Gilan torpağında olmamasını 300 süvari ilə gəlmiş Qasım bəyə bildirdi.

Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və alimlərdən dünyəvi, hərbi və dini biliklər öyrənir.

İsmayıl 6 il Lahicanda qaldı. Rumdan, Qaracadağdan(Qaradağ vilayəti), Ərdəbildən yanına çoxlu tərəfdar gəlir, onunla həmrəy olduqlarını bildirirlər. Ağqoyunlularla döyüşdən qabaq Şah İsmayılın dilə gətirdiyi belə bir söz var idi ki, "Ölümə gedən yolda qalibiyyət yoxdursa, ölüm vardır!"

loading...
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 1136
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
Xetayi barede bilmeyen tapilmaz mence
11 mart 2015 02:32
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
leyla_258
sagolun...
5 mart 2015 22:13
10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
emis
kitabda oxumusam hyati haqqinda az-maz yadimda qalmisdi tekrarlamis oldum tesekkurler
5 mart 2015 01:22
9
Offline
isveç.de
Şah İsmayıl Xətai haqda tarixdən məlumatım var, Səfəvilər dövlətinin əsasını qoyub. Allah rəhmət eləsin.
3 mart 2015 19:24
8
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
Tomris Müslümova
tarixi cox gozel bilirem bilirdim bunun heyatini
3 mart 2015 14:40
7

Sən sadəcə mənimsən...!
Offline
Mar Mar
Yeqin bil kim,xudaidir Xetai
Mehemmed Mustafaidir Xetai
Sefi nesli Cüneydi Heyder oğlu
Eliyyel Mürtezaidir Xetai

Tarixi çox beyenirem
3 mart 2015 13:16
6
Offline
qanadli melek
Bu haqda oxumuwdum Allah rehmet elesin
3 mart 2015 12:38
5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Xetai haqda cox sey oxumusam her defede onun ne qeder qeddar ezazil ve zalim oldugunu oxumusam
3 mart 2015 09:58
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
AYKA-ISI
Xetai haqda tarixden bilirdim Xetai az omur sursede cox iwler gorub Allah rehmet elesin
3 mart 2015 09:41
3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
lili)
Xetai can arxina
Ehli urfan arxina
Merifetden su geler
tokuler can arxina

Xetai isin duser
Gelib gedisin duser
Disleme ciy loxmani
Yerine disin duser

Xetaiyem xettaram
Haqq sirinie settaram
Hekimlerin dermani
Tebiblere ettaram
men cox seve seve oxuyurdum Edebiyyati sairleri yazicilari cox sevdiyim bir insandi yadimda qalan bayatilarini dedim Allah rehemet elesin
3 mart 2015 08:30
2
Offline
Fialka
Şah İsmayıl Xətai haqda tarixdən məlumatım var, Səfəvilər dövlətinin əsasını qoyub təəssüfki gənc yaşda 36 yaşında vəfat edib ...Allah rəhmət eləsin...
3 mart 2015 07:57
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv