Əfsanəyə çevrilən sevgilər

Müəllif: tek umidim sen
Şərhlər: 20
Baxılıb: 1391
Paylaş:
Səs ver:
(səs: 7)
Onlar sevginin simvollarına çevriliblər. Bu yazıda dünya tarixində ən məşhur sevgi hekayətlərindən danışacağıq. Onlar real şəxsiyyətlər olublar. Seviblər, sevgiləri kitablara düşüb, dastana çevrilib.

Dünyanın ən məşhur sevgi dastanları :

Əsl Romeo və Culyetta-  Mark Antoni və Kleopatra (eramızdan əvvəl, Roma və Misir)
Məhəbbətləri o qədər güclü olub ki, onları ayırmaq üçün müharibə başlayıb. Mark Antoni Kleopatraya olan sevgisi ucbatından Roma ordusunu Misirə gətirmişdi. Amma onlar ayrılmaqdansa, ölümü üstün tutdular: real Romeo və Culyetta məhəbbəti.

Napoleonsayağı eşq- Napoleon və Jozefina (XIX əsr, Fransa)
Napoleon gözəl Jozefinaya ilk baxışdan vurulur, amma sevgisini etiraf etmək üçün illərlə gözləməli olur. Evləndikdən sonra xəyanət və faciə ilə dolu şiddətli bir məhəbbət yaşayırlar. Jozefina varis dünyaya gətirə bilmədiyinə görə, Napoleon onu tərk edib başqa qadınla evləndi. Jozefina öldü. Amma Napoleon onu unuda bilmədi.

Hərbi sevgi -  Xuan və Yeva Peron (1940-cı illər- Argentina)
Əvvəllər hərbçi olmuş Argentina prezidenti Xuan Dominqo ilə Yevanın məhəbbəti xalqda rəğbət hissi oyatmışdı. Əvvəl kasıb bir həyat yaşayan Yeva Xuanla tanış olduqdan sonra onun ağlını başdan çıxarmağı bacarmışdı. Özü də Yeva Xuandan 2 dəfə balacaydı. Bu sevgi hekayəti Yevanın xərçəngdən ölməsi ilə bitir.

Sevgisinə görə tacından imtina edən kral – Şahzadə

Edvard və Vallis Simpson (XX əsrin 30-cu illəri -İngiltərə)
Şahzadə Edvard Vallis Simpsona aşiq olandan sonra İngiltərə monarxiyası üçün son dərəcə vacib dəyişikliklər etdi. Vallis amerikalı idi. Özü də evli idi. 1934-cü ildə Vallis ərindən ayrıldı və şahzadə ilə şiddətli bir məhəbbət yaşadılar. Edvart 1936-cı ildə İngiltərə kralı oldu. Amma krallığın qanunlarına görə Vallislə evlənə bilməzdi. Buna görə Edvard öz tacından imtina etdi və Vallislə evləndi.

Filosofun sevgisi- Volter və Emili (XVIII əsr- Fransa)
Filosof Volter Fransa kral ailəsi tərəfindən çox sevilirdi. Emili də gənc, ağıllı bir qadın idi. O, Markiz de Şateletlə evli idi, amma Volter kimi el-aləmin nə düşündüyü onu maraqlandırmırdı. Emili və Volter başqa ölkəyə qaçdılar. Onları təkcə ürəkləri yox, həm də zəkaları birləşdirirdi. Amma Volter yaşlandıqdan sonra Emilini onu tərk etdi. Gənc bir oğlana qoşulub qaçdı.

Edam edilən məhəbbət- Çar Nikolay və Aleksandra Fyederovna (XIX əsrin sonu XX əsrin əvvəlləri)
Nikolay- Rusiyanın gələcək Sezarı- gözəl alman şahzadəsi Aleksandraya aşiq olur. Hər iki tərəfin ailəsi bu sevdaya qarşı çıxırlar. Amma onlar məhəbbətlərini gizlətmirlər və birlikdə yaşamağa başlayırlar. Rusiyada bolşeviklər qalib gəldikdən sonra Aleksandra və Nikolay birlikdə edam edildilər.

Teatral məhəbbət — Riçard Burton və Elizabet Teylor (1960-cı illər ABŞ)
Riçard Burton və Elizabet Teylor Antoni ilə Kleopatradan bəhs edən film də daxil olmaqla bir çox əsərdə birlikdə oynayıblar. Və bir-birlərinə qarşı hiss etdikləri sevgiyə, ehtirasa dayana bilməyib evli olduqlarına baxmayaraq eşq yaşamağa başlayıblar. Sonra evləndilər. Amma şiddətli məhəbbətə tez söndü və boşandılar… Amma üstündən 16 ay keçdikdən sonra bir-birləriylə yenidən evləndilər.

loading...
(səs: 7)
Şərhlər: 20
Baxılıb: 1391
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ALESSANDRA
bele sevgiler ele hemisede kecmis olaraq qalacaq!!
18 avqust 2015 18:21
20
Don't trust anyone ∆
Offline
Aydan Habili
Sevgi ölməyib mən buna inanıram kim nə deyir desin bir tərəfli olsada sevgi əbədidir əbədi olaraq yaşayacaq.!!!!!!!!!!!!!!!!!
11 iyul 2015 01:14
19
Offline
Meleknur
Sevgi var indi de amma nadir hallarda tapilir amma var. 128
5 aprel 2015 12:14
18
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
WiRiN BaLaM
Sitat: Svetoklana
Hal-hazırda sevgi yoxdur,sadece olaraq insanlar mecburi bagliliq seklinde yaşayirlar...

raziyam
4 aprel 2015 17:50
17
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Fialka
Maraqlı xəbərdi ola bilər...bəzən doğru zamanda yanlış insanlarla yada doğru insanla yanlış zamanda qarşılaşırsan...
4 aprel 2015 01:14
16
Offline
emis
maraqlidi teki butun sevgilerin sonu bele olahmmm
4 aprel 2015 00:07
15
Offline
leyla_258
men bunu bir yerde oxumusdum eeeeeyyyyy 01
3 aprel 2015 22:57
14
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
sima
hee cox gozel sevgi
3 aprel 2015 21:57
13
23.09 25.09 melek melek melek
Offline
Luna-90
Maraqlidi hamsini yox bezisin tanidim
3 aprel 2015 20:28
12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
aliceWOnDer
Sitat: Bestoş
Indiki dovrde sevgi yoxdur sadece bagliliq var mence

senile tam raziyam
3 aprel 2015 19:17
11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
vipbetul
gorunduyu kimi heqiqetende esq filan yoxdu axirda yox olur
3 aprel 2015 15:33
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
neri
allah haminin swvgusun ebedi elesun
3 aprel 2015 14:45
9
Sert
Offline
FISTIK
Maraqliydi sevgi hekayeleri eslinde aralarında nece olub nece bitib tam deqiqliyle hec kim bilmir.
3 aprel 2015 13:45
8
Offline
tatyana
ne sevgi?..sevgi umumilikde aile dediyin cem sekilli birlesmeni qoruman,sahib cixman,qaygisina qalmandi,yoxsa kimden otruse ailesini,usagini atdi sevgilisiyle qacdi nebilim ne..bunlar sevgi deyil,bunlar oteri hisslere qapilib ozunu ucuruma atmaqdi.
Romeo,Mecnun nebilim daha kimler bunlara sozum yox,amma indi ne gezir roma,mecnun
3 aprel 2015 11:43
7
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
arzum-aysum
RZA&TURKAN XXI esrin sevgi efsanesi
3 aprel 2015 11:11
6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Qlamurr
Həyat sevgi üzərində qurulub harda,neçənci əsr olmağından asılı olmuyaraq sevgi hər zaman olub.
3 aprel 2015 11:00
5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Catwoman666
qpsulub qacan erine xeyanet eden ve s. bunlarin hekayesi maraqli gelmir mene. hec olmasa romeo ve culyetta o birilerden yaxsidi
3 aprel 2015 09:44
4
Viking
Offline
BARBI
Hamisina baxsaq sonun facieyle bitir cunki bele sevgilerin axiri olmur. Her biride ya evli olub ya da ailesine qarsi cixib ona gore xosbextlik tapa bilmeyib
3 aprel 2015 09:35
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Nezka
İndiki dövrdə belə sevgi yoxdu
3 aprel 2015 09:04
2
İçimi görsən mənə aptek alarsan.
Online
aziz a
Evli xanim ve kisilerin basqalari ike qacmalari ele o vaxtdan debde imise..
Bizde bu debe teze minib, hamida bu debnen yaman ayaglasir, bu yaxinlarda bir gelinde usaglarini atib basqasi ile qacdi..Guya sevdiyidi....neise...
3 aprel 2015 07:20
1
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv