Tarixdə mistika (1)

Müəllif: Catwoman666
Şərhlər: 9
Baxılıb: 3 142
Səs ver:
(səs: 3)
Fransa kralı XVI Lyudovik kral olandan bəri 1 şeydən qorxurdu. Öncəgöürücü bir qadın ona xəbər vemişdir ki, o ayın 21-də öləcək. Bu xəbər krala çox təsir edir. O, kral olduğu illər ərzində hər ayın 21-də bütün işlərini təxirə salır, öz otağında tənha əyləşir, heç kimlə görüşmür, və dövlət işləri ilə maraqlanmırdı. O, hər ayın 21-də belə etməklə özünü ölümdən qoruyacağını düşünürdü. Amma qorxduğu başına gəldi. Fransa Burju inqilabında yakobinçilərin təkidi ilə 1791-ci ilin 21 iyul tarixində kral XVI Lyudoviki və onun xanımı Mariya Antuanettunu həbs edirlər. Bundan bir il sonra, 1792-ci ilin 21 sentybar tarixində Fransa respublika elan olunur və kral hakimiyyəti ləğv olunur. Dəhşətli məqam bundan ibarətdir ki, 1793-cü ilin 21 ynavar tarixində XVI Lyudovik və onun xanımını başlarının kəsməklə edam edirlər.

***
1867-ci ildə İtaliya taxt-tacının vəliəhdi olan hersoq D’Aosta adı zadəgan digər zadəgan nəslinin nümayəndəsi olan gözəlliyi ilə seçilən Mariya del Poççodella Kisterna adlı xanımla ailə həyatı qurur. Bir-birini çox sevən gənclərin xoşbəxtliyi elə də uzun çəkmir. Onları sanki qara kabus izləyir. Toydan bir neçə gün sonra xanımın qulluqçusu olan bir qadın özünü asaraq intihar edir. Sonra isə saray qapıçısı öz boğazını kəsməklə intihar edir. Bundan sonra kralın katibi atdan düşərək ölür. Bir neçə gündən sonra vəliəhdin yaxın dostu gün vurmasından ölür. Bundan sonra bu cavanlar həmişə qorxu və mübahisə içində xoşbəxt olmayan şəraitdə, sanki cəhənnəmdə olmuş kimi ömür sürürlər.

***
1887-ci ildə Londonda QrinBerri Hill küçəsində 3 nəfər adam öldürən insan edam olunur. Dəhşətli fakt ondan ibarətdir ki, bu edam olunan insanların soyadları müvafiq olaraq Qrin, Berri və Xill olur.

***
Texas sakini Allan Folbi bir gün maşın qəzasına düşür. Bu qəzadə o ayaq arteriya damarını zədələyir. O, bu zədəyə görə ölə bilərdi. Amma onun köməyinə hadisə yerindən öz maşınıyla keçən Alfred Smit adlı insan çatır. Alfred dərhal Allana kömək etmək üçün onun ayağını qanqrena olmasın deyə sarğı ilə bağlayır və dərhal təcili yardım çağırır. Bu köməkdən sonra Allan Fobi ölümdən qurtulutr. Bu hadisədən 5 il sonra dəhşətli mistika baş verir. Allan Fobi artıq çoxdan sağalmış ayağı ilə maşın sürərkən yolda qəzaya uğramış digər bir maşın görür. O, dərhal maşın sürücüsünə yardım etməyə çalışır və görür ki, bu maşın sürücüsünün də ayağında olan arteriya damarı kəsilib. O, həmin adama kömək edərkən dəhşətə gəlir. Çünki bu insan 5 il bundan qabaq onun həyatını xilas etmiş həmin Alfred Smit adlı şəxs idi.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri