Tarixdə mistika (2)

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 2 439
Səs ver:
(səs: 4)
II Dünya müharibəsinin son mərhələsində, müttəfiqlərin artıq Normandiyaya ordu çıxardıb artıq gücdən düşmüş Almaniyaya hücum əməliyyatları həyata keçirdiyi bir vaxtda "Deyli Teleqraf” adlı ingilis qəzeti öz növbəti sayında yeni bir krossvordu oxucuların ixtiyarına verir. Bu krossvordda olan sualların cavabı müvafiq olaraq "Neptun”, "Yuta”, "Omaxa” və "Yupiter” adlanırdı. İngilis hökümət orqanı bunu görüb dəhşətə gəlir. Çünki bu adlar Almaniyaya qarşı həyata keçiriləcək hərbi əməliyyatların gizli kod adları idi. Dövlət dərhal bu məsələni araşdırmaq, və bu böyük həyati önəmli əməliyyatların adlarının bu krossvorda necə düşüyünü aydınlaşdırmaq üçün qəzetlə əlaqə saxlayaraq krossvordun müəllifini tapır. Məlum olur ki, bu krossvordun müəllifi hərblə və dövlətlə elə də əlaqəsi olmayan, qoca bir məktəb müəllimidir. Dövlət həqiqətəndə hər şeyi araşdırır və son nəticədə 100% əmin olur ki, bu qocaya bu sirrli məlumatlar heç yerdən çatmayıb. Sadəcə olaraq bu qoca müəllim krossvordu hazırlayarkən bu sözlərdən istifadə edib. Maraqlı fakt bundan ibarət idi ki, belə 100% -lik təsadüf axı necə baş verə bilər? Amma araşdırma sübut edir ki, bu əslində də sadəcə bri təsadüfdür. Qoca bu krossvoru tərtib edərkən heç kimdən tapşırıq almayıb və heç kimə məlumat ötürməyib.

***
Ufoloqların dəhşəti ölüm təsadüfləri hamını şoka salır. Bildiyiniz kimi ufoloqlar, yadplanetli məxluqları və uçan boşqabları araşdıran alimlədilər. Bu alimlərin qorxulu ölüm tarixi bizə yadplanetlilərin mövcud olması ilə bağlı qorxunc siqnal verir. 1964-cü ilin 24 iyununda məşhur ufoloq alim və "Üçan boşqablar səhnəsinin arxasında” adlanan kitabın müəllifi Fren Skalli qəflətən vəfat edir. Bu hadisədən düz 1 il sonra, 1965-ci ilin eyni günündə-24 iyulda məşhuruqu ufoloq və kinoaktyor olan Corc Adamskiy qəflətən vəfat edir. 1 il fasilədən sonra, 1967-ci ildə, eyni gündə-24 iyunda iki məşhur ufoloq alim Riçard Çen və Frenk Edvards qəflətən vəfat edirlər. Bu mistika dolu hadisə bizi dəhşətə gətiri. 1964-24 iyun 1 insan, 1965-24 iyun 1 insan və 1967-24 iyun 2 insan özüdə ufoloq alimlər ölürlər. Sanki yadplanetlilər 1966-cı ilin 24 iyununda heç kimi öldürmədikləri üçün 1967-ci ildə həmin gündə eyni anda 2 ufuloq alimi öldürərək bizdən qisas alırlar.Dəhşətli deyilmi?

***
1965-ci ildə Şotlandiya kəndlərinin birində insanlar kinoteatrda "80 Gün Ərzində Dünya Ətrafında” filminə baxırdılar. Kinoda bir epizodda qəhrəmanlar hava şarına minirlər. Bu epizodu izləyəkən kinoteatrın damına sanki nəsə düşür. Qorxuya düşmüş insanlar çölə çıxanda dəhşətə gəlirlər. Kinoteatrın damına eynən kinoda olduğu kimi eyni rəng və quruluşda olan qəzaya uğramış hava şarı düşür. Şarı idarə edən adam isə bu qəzadan sağ çıxa bilmir
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 2 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri