Tanımadığımız tanışlar - İndira Qandi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 352
Səs ver:
(səs: 3)
İndira Qandi Hindistanın baş naziri,azadlıq uğrunda mübarizә aparan görkәmli siyasәtçi Çәvahirlәl Nehrunun tәk övladıdır. Babası tanınmış vəkil Motilal Nehru ingilis müstəmləkəçiliyinə qarşı çıxan millətçi Ümumhindistan Milli Konqresinin irәlidә gedәn liderlərindən idi. İndira 1917-ci il noyabrın 19-da Allahabad şәhәrindә anadan olmuşdur. Atası qızının adını İndira qoyur, adının mәnası "aylar ölkәsi" demәkdi. İndira siyasәtә uşaq vaxtından atılır. Atası baş nazir olmamışdan әvvәl dә Hindistanın tanınmış adamları, siyasәtşilәri, incәsәnәt adamları tez tez onlara qonaq gәlәrmiş.
Hindistanın azadlığı uğrunda illәrcә mübarizә aparan, ölüm orucu tutan, hindilәr tәrәfindәn millәtin atası adlandırlan Mahatma Qandi İndiranın iki yaşı olanda onun uğurlu gәlәcәyi, ağıllı, vacib qәrarlar verәn biri olacağını demişdi.
 
İndira 8 yaşındaykәn Mahatma Qandinin yanında çox olur, ondan millәtin azadlığı uğrunda mübarizәni, istәk vә arzularını, gәlәcәk barәdә fikirlәrini öyrәnir. Onların soy adları eyni olsa da qohumluqları olmur.
İndira Qandi 1934-cü ildә Hindistanın Xalq Universitetinә daxil olur. Sonra tәhsilini davam etdirmәk üçün Londona gedir, Oksford Universitetinә qәbul olur.
İkinci Dünya Müharibәsi başlayanda Vәtәnә qayıdır, millәtçi jurnalist Firuz Qandi ilә evlәnir. Onlar Mahatma Qandinin yaratdığı Müstәqil Hindistan Hәrәkatının ön siralarında yer alırlar. Evlәndikdәn sonra әrinin soy adını götürür. Cütlüyün iki övladı olur Raciv, Sancay.
 
1947-ci ildә Hindistan müstәqillik qazanır bir il sonra Cәvahirlәl Nehru Hindistanın baş naziri seçilir. O ölkәsi üçün siyasi, iqtisadi hәr tәrәfli yeni islahatlar aparmağa başladı.
 
Indira atası sәfәrә gedәrkәn hәmişә atasının yanında olur vә onun bütün siyasi çıxışlarını hazırlayarmış. Bu mәqsәdlә o atasının yanında rәsmi iqamәtgahda qalmağa mәcbur idi. Firuz isә öz işinә görә Allahabadda ailәsindәn ayrı yaşayırdı.
1951-ci ildә Hindistanda seçkilәr keçirilir. İndira bu seçkilәrdә atasına kömәklә bәrabәr hәyat yoldaşına da kömәk edir. Nәticәdә atası da, Firuz da seçkilәrdә qalib olur. Bu sәbәblә Firuz da Dehliyә köçür. Firuz hökümәtdә baş verәn korrupsiyaya qarşı mübarizә aparır, bu bir tәrәfdәn dә qaynatasına qarşı soyuq müharibә olur. Çünki qaynatasının qurduğu hökümәtdә böyük qanunsuzluqlar aşkara çıxardır, bu hökümәtә qarşı böyük zәrbә olur. Belәliklә ,maliiyә naziri işdәn çıxardılır. Bu gәrgin hadisәdәn sonra İndirayla Firuz boşanırlar. Firuz ürәk xәstәliyinә tutulur. İndira onu tәk buraxmır, baxmaq üçün Kәşmirә gedib Firuzun yanında qalır. 1961-ci ildә Firuz rәhmәtә gedir, İndira isә özünü tamamәn siyasәtә hәsr edir.
 
1964-cü ildә isә İndira atasını itirir. O tәk atasını deyil, hәyatda yeganә dәstәyini, çıxdığı yolda ona yol göstәrәn mәslәhәtçisini itirir. Lakin İndira özünü tez ələ alıb siyasi hәyatına davam edir.
1964-cü ilin sonunda Hindistanın Xalq Partiyası tәrәfindәn parlament palatasının üzvü seçilir.
Bununla yanaşı yeni baş nazir Bahadur Şastrinin tәklifi ilә informasiya vә mәtbuat naziri olur.
O dövrdә ölkәdә çox qarşıdurmalar baş verirdi, әhali hind dilinin rәsmi dil olması üçün böyük mitinqlәr keçirirdi şәhәrdә dağıntılar olurdu. İndira şәxsәn özü Mәdrәs şәhәrinә gedib üsyanı dayandırır. Pakistanla Hindistan arasında müharibәdә ordan qaçan köçkünlәrә yardım edir, evlә, işlә tәmin edirdi. Beləliklə, İndira xalq tәrәfindәn sevilmәyә başlayır.
1966-cı ildә baş nazir Bahadur Şestri rәhmәtә gedәndәn sonra İndira baş nazir seçilir. Hindistanın 4-cü, hәm dә ilk qadın baş naziri olur.
 
Hakimiyyәti dövründә İndiranın rәqiblәri, onun qadın rәhbәr olduğuyla razı olmayan qüvvәlәr çox idi. İndira özünә tәrәfdarlar yığmağa çalışır, buna görə də 1967-ci ildә o, dəstəyi kənarda axtarmağa başladı və sosialistlərin yardımı nəticəsində baş nazir kürsüsünü qoruya bildi. Qandi ölkədəki bir sıra bankları milliləşdirdi. Bu milliləşdirmə, həm də o dövrdə dünyanın iki böyük gücündən biri olan SSRİ-nin dəstəyini və yardımını almağa hesablanmış gediş idi. Çünki İndira Qandi hiss edirdi ki, onu istəməyən daxili qüvvələr Hindistanın yenidən Qərbin nəzarəti altına düşməsi üçün ona qarşı sui-qəsd də həyata keçirə bilərlər. Qandi isə ingilis müstəmləkəçiliyinin ağır nəticələrini çox görmüşdü və ona görə də ölkəsinin, hakimiyyətinin və özünün təhlükəsizliyini təmin etmək üçün Moskva ilə qaynar münasibətlər qurdu. Hәmin dövrdə SSRİ də Hindistanla yaxınlaşmaq üçün bəhanə axtarırdı. Belәliklә ikitәrәfli mütәffiqlik yarandı.
 
 
ABŞ Hindistanı geri qaytarmaq istәyirdi, Hindistanı qorxutmaq üçün Pakistana kömәk elәdi. İndira ağıllı siyasәt işlәtdi, SSRİ-dən aldığı hərbi texniki yardım 1974-cü ildə Hindistana yer altında "Gülümsəyən Budda" adlı nüvə bombasını sınaqdan keçirməsinə imkan verdi. Bu hadisә bütün dünyada böyük maraqla qarşılandı. Nüvә silahını әldә etmәklә Hindistan Pakistan, ABŞ vә bütün qәrb dövlәtlәrindәn gәlәn tәhlükәni yox etmiş oldu.
İndira ölkәdә kәnd tәsәrrüfatında da böyük dәyişikliklәr edir, belәcә bütün ölkәni öz istehsalı olan kәnd tәsәrrüfatı malları ilә tәmin edir. Ölkәdә yoxsulluğa qarşı mübarizә komitәsi yaradır, kasıblara yardım edilir.
 
1973-cü ildә siyasi qüvvәlәr ölkәdә qanunsuzluqlar olduğunu, demokratiya olmadığını bәhanә edәrәk mitinqlәrә başlayırlar. Uzun mübarizәdәn sonra 1975-ci ildә Ali Mәhkәmә qanunsuzluqlar olduğuna görә İndiranın millәt vәkili statusunu әlindәn alır. Lakin İndira vәziyyәtә görә prezidenti mәcbur edәrәk ölkәdә fövqəladә vәziyyәt elan edir, yüzlәrlә müxalifәtçi hәbs olunur. Xalq bu halı yaxşı qarşılamır, demokraiya diktaturaya çevrilir.
İndira xanım 1977-ci ildә seçkilәrdә mәğlub olur, İndira hәbs olunur. Ancaq rәqiblәrinin etdiklәri ittihamları sübut edә bilmirlәr. İndiranın 60 yaşı olmasına, yorulduğunu söylәməsinə baxmayaraq tәslim olmaq istәmir. Belә dә olur, uzun mübarizәdәn sonra 1979-cu ildә yenidәn Hindistanın baş naziri olur.
Yeni dövrdә İndira daha böyük qüvvәlәrlә üz-üzә gәlir. Siqh partizanları müqәddәs mәkan hesab etdiklәri qızıl mәbәdi vә әtraf kәndlәri әlә keçirmişdilәr. Mәbәddә yüzlәrlә sadә vәtәndaş ibadәt etmәsinә baxmayaraq Qandi hәrbi quvvәlәrә mәbәdi әlә keçirmәyi üsyançıları vә başçılarını öldürmәyi әmr edir. "Mavi ulduz" әmәliyyatı hәyata keçirilir. Çox itki verilir, 493 nәfәr siqh, 70-dәn çox әsgәr vә yüzlәrlә sadә vәtәndaş ölüR.
 
İndira Qandiyә qarşı münasibәt dәyişir, şәxsi cangüdənləri arasında iki siqh tәrәfdarı yerlәşdirilir.
31 oktyabr 1984-cü ildә İndira Qandi öz iqamәtgahında İrlandiya televiziyasından yazıçı, yurnalist qәbul etmәyә hazırlaşırdı. Paltarın onu kök göstәrmәmәsi üçün әynindәki güllәkeçirmәz jiletini çıxardır. Yurnalisti görüş yerinә Siqh tәrәfdarları olan cangüdәni ötürmәli idi. Lakin cangüdәnlәr baş naziri 33 güllә ilә öldürürlәr. Hindistanın qadın baş nazirinin cәsәdi noyabrın 3-dә milli dini adәtlәrә uyğun olaraq yandırılır.
 
İndira Qandini Hindistanın "dәmir ledisi" adlandırıblar. İndira Qandi bu gün dә ölkәsindә, ölkәsindәn kәnarda da sevilәrәk anılır, onun haqqında bir çox kitablar, mәqalәlәr yazılıb. O, ömrünü Hindistanın gәlәcәyinә, ölkәsinin әrazi bütövlüyünü qorumağa hәsr edib. O, tarixә adını müdrik siyasәtçi kimi yazdırdı. Hind xalqı onun xatirәsini әziz tutur, böyük mәhәbbәtlә yad edirlәr. Oktyabrın 31-i İndira xanımın xatirәsinә " Milli birlik günü" elan olunub. Mahatma Qandinin dediyi kimi İndira xanımın keşmәkeşli dә olsa çox maraqlı ömrü olub.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 352
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri