Salvador Dali haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 723
Səs ver:
(səs: 1)
Salvador Dali: "Dəlilərlə mənim aramdakı yeganə fərq, onların dəli, mənimsə, dəli olmamağımdır" Məşhur rəssam Salvador Dalinin (1904-1989) uşaqlığı mənəvi travmalarla keçmişdi. 6 yaşında sətəlcəmdən ölən qardaşından 3 il sonra dünyaya göz açmışdı. 1973-cü ildə qardaşını, uşaqlığını bu sözlərlə yada salırdı: "Anadan olan kimi, büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə başladım. Məni sevdiklərində belə, əslində onu sevirdilər, bəlkədə məndən daha çox sevirdilər...Bu mənimçün həyatımın böyük bir yarası idi". Valideynlərinin ona qoyduqları ad da qardaşının adıydı - Salvador. Rəssam mərhum qardaşına çox oxşayırdı, sanki onun əkiz tayıydı.

Uşaqlığını demək olar ki, ailəsinin diqqətini cəlb etmək üçün sərf eləmişdi. Valideynlərinin yatağının başında İsa peyğəmbərlə yanaşı mərhum qardaşının şəkli varıydı. Və o, qardaşına həmişə qısqanclıqla yanaşırdı. Yeni doğulan bacısı Ana Mariya da onu fəth eləmişdi. Valideynləri heç vaxt Salvadora diqqət göstərmirdi. Onların diqqətini cəlb etməyə çalışmaq, fəqliliyini ifadə etməyə çalışmaq artıq Dalidə xəstəlik kimiydi. 10 yaşında olarkən çəkdiyi rəsm "Xəstə uşaq" da belə ortaya çıxmışdı.

dəli Salvadorun rəsm əsəri
Salvadorun istedadı kəşf ediləndən sonra, rəssamlıq kursuna göndərildi. Yaxşı müəllimlərdən dərs aldı, rəssamlığın müxtəlif cərayanlarını dərindən öyrəndi. Sonra böyüdü, tanınmış rəssamlarla, elm adamlarıyla tanış oldu. Amma çılğınlığı, uşaqlığından qalma "xəstəliy"i, diqqətləri cəlb etmək istəyi ona həm böyük problemlər yaratdı, həm də məşhurlaşdırdı. Elə rəssamlıq akademiyasından qovulmağına da səbəb buydu, heç kim onun kaprizlərinə dözə bilmirdi, ərköyün, eqoist hərəkətləri, qarşısına çıxan hər kəsi əsəbləşdirməsi, artıq hamını bezdirmişdi. 1926-cı ildə çətinliklə də olsa yenidən akademiyaya qəbul edildi, amma çox keçməmiş onu bir dəfəlik qovdular.

Ən maraqlı hadisələr Dalinin Fransaya, İngiltərəyə getməsiylə baş verdi. O, burdaZiqmund Freydlə, Stefan Sveyqlə, Pikassoyla tanış oldu. Luis Bunyuel, Qarsia Lorkayla dostlaşdı və beləliklə o, dəyişdi. Həm zahiri görünüşü, həm də daxili bütünlüklə dəyişdi.

Qadınlar isə o qədər də diqqətini cəlb etmirdi, onlar Daliyə sadəcə "erotik fantaziyaları üçün gərəkli"ydilər. Onun bu fikirlərini dəyişdirən qadın Qala oldu. 1926-cı ildə tanış olduğu Rusiyalı məşhur vəkilin qızı, tanınmış şair Pol Eduardın həyat yoldaşı Qalaya dəlicəsinə vuruldu. Qadın da ona vurulmuşdu. İkisi də dəlisov, riskli, bir an üçün yaşayan adamlarıydı. Təəccüblü deyil ki, bir-iki ay keçməmiş Qala ərini tərk edib Dalinin məşuqəsi olmağa razı oldu. Amma onların arasında böyük bir sevgi varıydı. Bundan sonra Qala Salvadorun sevgilisi, ilham pərisi, modeli, meneceri, bir sözlə hər şeyi olacağıydı. Və ən qəribəsi Salvadorun dəli kimi sevdiyi bu qadın onda yaşca xeyli böyük idi.

Zamanaın dayanması (La persistencia de la memoria )Amma bir şey də dəqiq idi ki, Salvadorun dəlilikləri heç vaxt tükənməyəcəkdi. Rəssamlığın sürrealist janrında möhtəşəm əsərlər yaradan Dali, incəsənətin demək olar ki, bütün sahələrinə göz dikmişdi. O, heykəltaraşlıqla, fotoqrafiyaya və kinoyla ciddi şəkildə maraqlanırdı. Hətta o, bu sahədə daha da irəli gedərək, amerikalı animasiyaçı Volt Disneylə birgə "Destino" adlı qısametrajlı film hazırlamışdı və bu film "Oskar" mükafatına namizəd olmuşdu.

Katalon əsilli Dali 711-ci ildə İspaniyanı fəth etmiş Məğriblilərin nəslindən gəldiyini, "parlaq və gözəgirən hər şeyə olan acgözlüyünü, lüks həyata və şərq geyimlərinə olan marağını" da "ərəb əsilli" olmasıyla izah edirdi. Amma Salvador Dali möhtəşəm əsərləriylə bərabər geydiyi paltarları, qəribə fikirləri, dəlilikləri, ağlasığmaz hərəkətləriylə diqqəti cəlb edirdi. Bu hərəkətlərinin gətirdiyi pis şöhrət, onu geniş kütlələrə tanıtdırmış və əsərlərinə olan marağı artırmışdı.

1982-ci ilin iyununda çox sevdiyi həyat yoldaşı Qalanın vəfatından sonra Salvador Dali həyata olan sevgisini itirdi. Qalanın öldüyü və dəfn edildiyi Pubol Qəsrinə köçərək sakit bir həyat yaşamağa başladı. "Sərçənin quyruğu" adlı son əsərini də, məhz burda çəkdi. Dali 23 yanvar 1989-cu ildə ürək çatışmamazlığından dolayı vəfat etdi və doğulduğu Figeres qəsəbəsində, öz adını daşıyan muzeyin döşəməsinə dəfn edildi.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 723
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri