Mirvari Novruzova haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 555
Səs ver:
(səs: 1)
Novruzova Mirvari Baladadaş qızı 17 aprel 1923-cü ildә Bakıda anadan olmuşdur. 1939-cu ildәn Azәrbaycan Dövlәt Dram Teatrında çalışmağa başlayıb. 1942-ci ildә Bakı Teatr Texnikomunu bitirib.
Aktrisa Azәrbaycan SSR-nin Əmәkdar artisti adına layiq görülüb.
 
Mirvari Novruzova istedadlı aktrisalarımızdan biridir. O, gözәl rolları ilә bәrabәr mәlahәtli sәsi ilә dә yaddaşlarda qalıb. Mirvari xanımı "Pәncәrәdә işıq" tamaşasında Toğrulun anası rolundan tanımışam, aktrisanı ürәyәyatımlı ana obrazıyla sevmişәm. Mirvari xanımın çәkildiyi film vә tamaşalar bunlardır. "Solgun çiçәklәr",  "Göz hәkimi",  "Sarıköynәk vә Valehin nağılı", "Pәncәrәdә işıq",  "Ömrün sәhifәlәri", " Qaraca qız", "Göz hәkimi", "Kişilәr", "Kişi sözü", "Әhmәd haradadır", " Bәyin oğurlanması", "Arxadan vurulan zәrbә",  "Güllәlәnmә tәxirә salınır",  "Alma almaya bәnzәr"vә.s Mirvari xanımın ilk nikahı uğursuz olub. Aktrisa Xalq artisti Әli Zeynalovla ailә hәyatı qurub. Elә Әli Zeynalovun da ilk nikahda bәxti gәtirmәyib. Bәzi sәnәtçilәr sәhnәnin qurban tәlәb edir deyirlәr. Ancaq Mirvari Novruzova Әli Zeynalov cütlüyü nә sәnәti qurban veriblәr, nә ailәlәrini. Onlar öz sevgilәri ilә bunu sübut ediblәr. Cütlük 40 il birgә sevәrәk ömür paylaşıblar.
 
 Mirvari xanım atasını 10 yaşındaykәn itirir. Atası rәhmәtә getdikdәn sonra evin mәişәt problemlәri Mirvari xanımın üzәrinә düşür. Atasızlığın nә demәk olduğunu uşaq vaxtlarından yaşayan aktrisanın taleyini övladları da yaşamalı olur.
Әli Zeynalov İrәvan Azәrbaycan Dövlәt Teatrında işlәyir. 1945-ci ilә Bakıya dәvәt alan aktyorun hәyatına yeni qapı açılır. Ancaq aktyor Bakıya köçdükdәn sonra hәyat yoldaşını itirir. İki körpә uşaqla tәk qalan aktyora әn dar günlәrindә Mirvari Novruzova dayaq olur. 9 aylıq körpәni ana qayğısı ilә әhatә edәn Mirvari xanım Әli Zeynalovun da qәlbini fәth edir. Mirvari xanım isә qara bəxti ilə barışmağa hazırlaşdığı bir vaxtda həyatına yenidən bahar günəşi doğur. Onu yarıyolda qoyan evliliyinin yeni və daha xoşbəxt bir evliliyin təməlini qoyacağını ağlına belə gətirmədiyi halda, Tanrı onun qarşısına Әli Zeynalovu çıxarır. Onlar ailә qururlar. Bir neçə ildən sonra ilk nikahdan 4 övladları olan sənətçi cütlüyünün ailəsində 5-ci övladları dünyaya gəlir.
 
 Mirvari xanәm gözәl aktrisa, gözәl ana,gözәl hәyat yoldaşı olmaqla yanaşı hәm dә ev işlәrindә, gözәl yemәklәr bişirәn, qonaqpәrvәr qadın olub. Yazılanlara görә evlәri qonaqlı qaralı olub. Aktrisanın xöşbәxt hәyatına hәyat yoldaşının infarkt keçirmәsi mane olur. Әli Zeynalov 75 yaşında dünyasını dәyişir. xanım uzun müddәt yoldaşının ölümü ilә barışmır.
Mirvari xanım 69 yaşında tәqaüdә çıxarılır. Yoldaşının ölümündәn sonra sәhnәdәn dә ayrılması Mirvari xanәma ağır tәsir edir. Lakin çox keçmir Amaliya Pәnahova aktrisanı Bakı Bәlәdiyyә Teatrında işә dәvәt edir.
Aktrisa 1994-cü ildә teatra işә gedәrkәn yolda ürәyi tutur, xәstәxanaya çatdırılsa da, Mirvari xanımı xilas etmək olmur, martın 20-dә aktrisa gözlərini əbədilik yumur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri