Nikol Kidman - avstraliyalı Oskar Mükafatlı kino aktrisası. Avstraliya
və ABŞ vətəndaşıdır. Onun yaratdığı ilk obraz 6 yaşında məktəbdə Milad
bayramı münasibətilə səhnələşdirən tamaşada oynadığı rol olur.
İngiltərəli aristokrat, parisli kurtizanka, hollivud cadugəri, kürən
kələkbaz - Nikol sadalanan bütün rollarda gözəl qalmağı bacarır. O, belə
gözəl bədən quruluşu üçün 4 yaşında ikən getdiyi balet dərslərinə
borclu olduğunu bildirir.
Doğum tarixi:20 iyun 1967-ci il Doğum yeri:Havay, ABŞ Hobbisi: Krol stilli sürətli üzgüçülük. Rəqs. Tennis. İli: Qoyun Bürcü: Əkizlər Şəxsi
həyatı: 1990-cı ildə məşhur aktyor Tom Kruzla evlənir. Onlar Connor
və İsabella adlı iki uşağı övladlığa götürürlər. 2001-ci ildə bu ideal
ailə dağılır. Kidman 2006-cı ildə müğənni Keith Urbanla ailə qurur. İlk
dəfə 40 yaşında ana olur. Cütlüyün Sunday Rose adlı qız övladları
dünyaya gəlir.
Qadınlar.biz məşhurun zaman maşınında keçdiyi dəyişim yolunu sizlərə təqdim edir.