Kösəm Sultan

Müəllif: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1529
Paylaş:
Səs ver:
(səs: 4)
Düşünürəm ki, hər kəsin az da olsa tarix haqqında məlumatı var. Bu gün sizlərə Osmanlı tarixinə aid bir xəbər təqdim edəcəyəm. Daha doğrusu, Osmanlı qadınlarından biri haqda. Son zamanlar efirdə olan bəzi seriallar sayəsində Osmanlı tarixi haqqında bilməyənlərin də məlumatı oldu. İndi gəlin, bu tarixi biliklərimizi bir az da genişləndirək.

Bu xəbərim Mahpeykər Kösəm Sultan haqqındadır. Bir çoxları Kösəm Sultanı tanıyır, bəzilərinin isə onun haqqında məlumatı yoxdur. Bəziləri onu sadəcə olaraq bir Validə Sultan, yəni padşah anası olaraq tanıyır. Əslində isə o, nəhəng Osmanlı imperiyasını təkbaşına idarə edən bir Validə sultan olub.

Son günlərdə öyrəndim ki, Kösəm Sultan adlı bir serial çəkiləcək. Serialın reklamında Mahpeykər Kösəm Sultan çox gənc bir qız kimi verilir. Mən də maraqlandım, internetdə müəyyən mənbələrdən Kösəm sultan haqda oxudum və  onun haqqında çox inanılmaz şeylər öyrəndim. Buyurun, siz də oxuyun və görün ki, o necə bir qadın olub.

Osmanlı tarixinin təsirli qadınlarından olan Kösəm Sultan 1590-ci ildə Yunanıstanda  doğulub, əsl adı Anastasiya olub. 15 yaşındaykən Sultan I Əhmədə hasəki olub. Kəskin zəkasıyla padşahı təsiri altına alıb və bütün saraya nüfuzunu qəbul etdirdi.

Kösəm Sultanın 6 uşağı olub: Murad, Süleyman, İbrahim, Qasım, Aişə və Fatma.

Əri öldükdən sonra taxta keçən ərinin qardaşı Sultan I Mustafa və daha sonra da ərinin başqa bir qadından olma oğlu Sultan II Osman zamanında dövlət işlərində Kösəmin fəaliyyəti artıb. Lakin II Osman çox gənc olduğu üçün Kösem Sultanın dövlət işlərinə çox qarışmasından narahat olur və yəqin ki, anası Validə Sultan Mahfiruz Xədicə Sultanın da təsiriylə onu köhnə saraya göndərir. Gənc Osmanın taxtdan endirilməsi və təkrar yerinə keçən I Mustafanın da təkrar taxtdan endirilməsindən sonra taxta nəhayət, Kösəm Sultanın öz oğlu IV Murad çıxır. IV Murad taxta çıxanda 11 yaşında idi və Kösəm Sultan artıq oğlunun adından dövləti idarə etməyə başlamışdı. O, düz 8 il 8 ay dövləti idarə edir.

Zamanla Sultan IV Murad böyüyərək anasının fəaliyyətlərinə maneə törətməyə başlamısa da, gənc yaşda vəfat edir. Buna tək sevinən Kösəm olur, çünki sıradakı hökmdar oğlu İbrahim olacaqdı və Osmanlı yenə Kösəmin əlində idi. İbrahim  taxta çıxdığı zaman Osmanlı xanədanı böyük bir böhranla qarşılaşır. İbrahim xanədanın tək kişi varisi idi və təcili bir şəkildə xanədanın davamını möhkəmlətməyə çətinlik çəkirdi. Bu zamanlar İbrahim bəzi xəstəliklərə tutulur və adamlara belə maraq duymur. Osmanlı xanədanının davam etdirmək vəzifəsi Kösəm Sultanın öhdəsinə düşür. Oğlunu müalicə məqsədiylə ölkənin hər yanından cadugərlər gətirdir. Bunlardan ən məşhuru Cinçi Hoca ləqəbiylə tanınan Safranbolulu Qarabaşzadə Hüseyn Əfəndi idi. Nəhayət, İbrahim sağalır  və  taxta çıxmasından 2 il sonra şahzadə Mehmet doğulur. Kösəm Sultan buna qarşılıq olaraq cindara yetərincə pul verir. Ən nəhayət, xanədanın davamı təmin edilmiş olur. Amma sonradan İbrahim anasının işlərinə qarışdığı üçün oğlunu "aradan qaldırır”.

İbrahim İstanbulda baş verən bir üsyan nəticəsində öldürüldükdən sonra yerinə Kösəm Sultanın nəvəsi, 6 yaşındakı Sultan IV Mehmet keçir. Kösəm nəvəsini də sünnət mərasimi sırasında öldürtmək istəyir, ancaq alınmır. Əslində o istəyir ki, hakimiyyətə o biri nəvəsi keçsin və də hakimiyyət yenə də ona qalsın. Əvvəllər Kösəm Sultanın nüfuzu davam edir, amma bir müddət sonra Kösəm Sultana rəqib olan bir başqa qadın ortaya çıxır. IV Mehmedin anası Turhan Sultanla Kösəm Sultan arasında rəqabət başlayır. Bu rəqabət 3 il davam edir və Kösəm Sultanın bir gecə boğdurulmasıyla nəticələnir.

Kösəm Sultanın cənazəsi Sultan Əhməd Camisindəki I Əhməd türbəsində basdırılıb.

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 1529
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv