Bu qəsəbədə qızlar 12 yaşından sonra oğlana çevrilir

Müəllif: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1009
Paylaş:
Səs ver:
(səs: 1)
Dominikan Respublikasının Salinas adlı qəsəbəsində dünyaya gələn uşaqlar elm adamlarını çaşbaş salıb.

Bu qəsəbədə körpələr qız uşağı kimi doğulur, 12 yaşdan sonra isə oğlana çevrilirlər. Alimlər bunun bir növ genetik xəstəlik olduğunu bildirirlər. Belə ki, bu hal orqanizmdə "5-alphareductase” adlı fermentin çatışmazlığından yaranır. Hamiləliyin 8-ci həftəsində Y xromosomu daşıyan körpələr "dihidro-testeron” adlı hormon istehsal etməyə başlayırlar. Bundan sonra da yavaş-yavaş kişi cinsi orqanı formalaşmağa başlayır. Ancaq "5-alphareductase” fermentinin çatışmazlığı zamanı həmin hormon yaranmır və körpədə kişi cinsiyyət orqanı inkişaf etmir. Belə uşaqlarda orqanizm lazımlı fermentləri və hormonları 7 yaşdan sonra istehsal etməyə başlayır. Nəticədə uşaqda cinsiyyət orqanı 12 yaşına çatdıqdaformalaşır. Həmin yaşa qədər hamı onları qız zənn etdiyindən qız uşağı kimi yetilşdirilirlər. Sonradan cinsiyyət orqanının yaranması onlarda ciddi psixoloji problemlərə səbəb olur.

Alimlər  bu problemi qəsəbə sakinlərinin kənar şəxslərlə evlənməməsi ilə əlaqələndirirlər. Öz aralarında evləndikləri üçün həmin genetik xəstəlik ilə dünyaya gələn uşaqların sayı getdikcə çoxalır.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1009
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv