Moda tarixindən ən maraqlı faktlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 565
Səs ver:
(səs: 2)
Bütün dövrlərdə modanın insanların həyatına böyük təsiri olub. Ən qədim zamanlardan insanlar cəmiyyətdə vəziyyətini və ya statusunu geyim və aksessuarlarla vurğulayıb. 

1. Taxma kirpikləri ilk dəfə prodüser Qriffit aktrisa Sini Ouenın çəkildiyi "1916-cı ilin dözümsüzlüyü” filmi üçün hazırlayıb. O, aktrisanın baxışını daha mənalı göstərmək üçün saçdan kirpik düzəltmişdi.

2. Yalnız son iki əsrdə uşaq paltarları böyüklərdən fərqlənməyə başlayıb. Ondan əvvəl isə böyüklərinki ilə eyni, amma kiçik ölçülü paltarlar geyinərdilər.

3. 1920-сi ilə qədər olan bütün geyim və əşyalar vintaj, sonrakı dövr isə retro tərzi sayılır.

4. Kvadrat burunlu ayaqqabı Fransa kralı VIII Çarlz sayəsində yaranıb. Bir ayağında altı barmağı olan kral üçün itiburunlu ayaqqabılar çox narahat idi.

5. Özünü bəzəmək üçün qadınlar ən müxtəlif vasitələrdən istifadə ediblər. Məsələn, Kleopatranın dövründə giləmeyvə, qurğuşun və kömür qadınların ən çox yararlandığı kosmetik vasitə olub.

6. Birinci Yelizaveta şlyapaları çox sevirdi. Elə bu səbəbdən də o, bazar günləri və bayramlarda yeddi yaşından başlayaraq, bütün qadınları şlyapa taxmağa məcbur edən qanun çıxarmışdı. Əməl etməyənləri ciddi şəkildə cəzalandırırdılar.

7. Dəb tendensiyalarına ancaq zadəganlar deyil, həm də ulduzlar təsir göstəriblər. Məsələn, dünyaşöhrətli aktyor Klark Qeybl populyarlığının zirvəsində olanda kişilər onun kimi geyinirdilər. Aktyor bir dəfə çəkildiyi filmdə pencəyin altından jilet geyinməmişdi. Bundan sonra jiletlərin satışı 40 faiz aşağı düşdü.

8. Dəblə ayaqlaşmaq üçün qadınlar həmişə dəhşətli narahatlığa və ağrılara dözməyə hazır olublar. Çoxlarına məlum olduğu kimi, Viktorian dövründə qum saatı formasında bel dəbdə idi. Qadınlar bu effektə nail olmaq üçün beli kip sıxan korsetlər taxırdılar. Bəziləri korsetin iplərini o qədər sıxırdı ki, bu, qabırğalarının sınması ilə nəticələnirdi.

9. Sonradan qadınlar daha rahat paltarlar geyinməyə başladılar. Məsələn, 1930-cu ildə Marlin Ditrixin "Mərakeş” filmində geyindiyi enlibalaq, bol kəsimli kişisayağı şalvar bütün qadınları heyrətə gətirmişdi. Bu filmin ekranlara çıxmasından sonra qadınlar kişisayağı enli şalvarlar geyinməyə başladılar.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 565
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri