Qanuni Sultan I.Süleyman - Möhtəşəm Süleyman!

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 3 197
Səs ver:
(səs: 2)
Sultan Süleyman Qanuni Osmanlı dövlətinin 10-cu sultanı (1520-1566) və 89-cu İslam xəlifəsi, Sultan I Səlimin oğludur.

Osmanlı ədəbiyyatında Muhibbi, Qərb ölkələrində isə Möhtəşəm Süleyman adı ilə də tanınmışdır. Həmçinin, 10-cu Osmanlı sultanı olması ilə əlaqədar olaraq, "onluğu tamamlayan" mənasını verən Səibül Aşərəril Kamilət də adlandırılmışdır.

I Süleymanın dövründə dövlət idarəetməsində çox əhəmiyyətli dəyişikliklər baş verdi. Bu dövrdə çox sayda qanun qəbul edilmiş və hüquqi baxımdan Osmanlıda böyük irəliləyişlər olmuşdur. Qəbul etdiyi qanunlar və ədalətə verdiyi önəm nəticəsində I Süleyman sonrakı dövrlərdə tarixçilər tərəfindən "Qanuni" ləqəbinə layiq görülmüşdür.

ultan Süleyman Qanuni bəzi mənbələrə görə 1494-cü il noyabrın 6-da, başqalarına görə isə 27 aprel 1495-ci ildə anadan olmuşdur. 1520-ci il sentyabrın 30-da atası Sultan I Səlim vəfat etdikdən sonra, 26 yaşında Osmanlı taxtına çıxmışdır. 1521-ci ildə Belqradı fəth etməklə Mərkəzi Avropanın, 1522-ci ildə Rodosu fəth etməklə isə Aralıq dənizi hövzəsindəki ərazilərin qapılarını Osmanlı İmperiyası üçün açmışdır. 1526-cı ildə böyük qüvvə ilə Mohaç düzənliyində macar ordusunu məğlub edərək Macarıstanın paytaxtı Budanı tutdu. 1529-cı ildə Vyananı mühasirəyə alsa da, qış mövsümünün yaxınlaşması səbəbindən geri çəkildi. 1532-ci ildə alman səfərinə çıxan Qanuni, Vyananı arxada qoyaraq Qrats, Marburq, Quns və daha bir çox alman şəhərlərini zəbt etdi. Yeddi ay Avropada gəzdiyi halda, Avstriya qüvvələri onun qarşısına çıxmağa cəsarət etmədiyi üçün geri qayıtdı.

1534-ci ildə Səfəvilər üzərinə səfərə çıxan sultan, Bağdad və Bəsrəni, 1535-ci ildə Təbrizi zəbt etdi. 1537-ci ildə İtaliya səfərinə çıxaraq, Otrantoya qədər irəlilədi.

Quruda dünya hakimiyyətini əlinə keçirən Sultan Süleyman Qanuni, Barbaros Xeyrəddin Paşa vasitəsi ilə dənizlərdə də Osmanlı dövlətinin gücünü göstərirdi. Bu böyük dəniz komandanı 27 sentyabr 1538-ci ildə Prevezedə Avropa donanmasını məhv edərək, müstəsna bir zəfərlə Aralıq dənizində tam bir türk hakimiyyəti qurdu. Sultan Süleyman Süveyşdə qurduğu donanma ilə də Qırmızı dənizi və Ərəbistan sahillərini təhlükəsizlik altına aldı və avropalıları Hindistan sahillərindən uzaqlaşdırmağa başladı.

1543-cü ildə Esterqon, Nis və İstolni-Belqrad, 1551-ci ildə Tripolitaniya və 1553-cü ildə Naxçıvan zəbt edildi. Qoca və xəstə bir halda ikən, 1566-cı ildə Macarıstan üzərinə hərbi yürüş zamanı, Sigetvar qalasının zəbti əsnasında 72 yaşında vəfat etmişdir. Onun daxili orqanları qalanın ətrafında basdırılmış, cəsədi isə İstanbula gətirilərək Süleymaniyyə məscidində dəfn edilmişdir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 197
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri