Yuli Sezar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 132
Səs ver:
(səs: 0)
Yuli Sezar – eramızdan əvvəl 49-44-cü illərdə Roma imperatoru
Yuli Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Qatillər isə yalnız qarşılarındakını parçalamaqdan başqa bir şey düşünmürdülər. Onların amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı. Sezar öz taxtında çırpınır, xəncər zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran şəxslərdən birini gördü. Bu onun ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili birdən-birə açıldı və yalnız "Brut sən də?” deyə bildi. Ancaq Brut onu eşitmək istəmirdi və xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi. Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş. Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olanSezar elə taxtında da qətlə yetirilmişdi.
Sezarin öldürülməsi isə sui-qəsdçilərin nəzərdə tuta bilmədiyi şəkildə Romanın sonunu sürətləndirdi. Sezər tək varisi olaraq qardaş oğlunu Oktavianı təyin etmişdi. Sezarın öldüyü vaxt hələ 19 yaşında olan Oktavian isə əslində taxtın tək varisi deyildi. Brut ilə Markus Antonius arasındakı razılaşma Sezarın istəyinin yenidən nəzərdən keçirməsinə səbəb oldu.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri