Məhəmməd Əmin Rəsulzadə

Müəllif: tek umidim sen
Şərhlər: 3
Baxılıb: 2 940
Səs ver:
(səs: 1)
Rəsulzadə Məhəmməd Əmin- Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cumhuriyyətinin( 1918-1920) banilərindən biri Azərbyacan Milli Şurasının sədri( 1918 28 may; 1918 17 iyun;1918-16 noyabr; 1918 7dekabr),jurnalist,publist Rəsulzadə Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu(31.I. 188 Bakı,Novxanı k.– 6.III.1955.Türkiyə,Ankara)= Azərbaycanın görkəmli siyasi və dövlət xadimi,Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri,Azərbaycan Milli Şurasının  sədri (1918,28may- 1918, 17 iyun ;1918 16 noyabr-7 dekabr), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində «Musavat» və bitərəflər fraksiyasının sədri, jurnalist, publisist.
İlk təhsilini Sultanməcid Qənizadənin 2 saylı rus-tatar məktəbində almış Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarında inqilabi hərəkata qoşulmuş,«Müsəlman Gənslik Təşkilatı» adlı gənc azərbaycanlı inqilabçılar dərnəyini yaratmış. Və ona başçılıq etmişdir(1902-1903).Təşkilat mətbəə üsulu ilə intibah Namələr çap edib əhali arasında yaymışdır.
1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdin1905-1907-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan  milli oyanış , Əlimərdan bəy  Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə , Həsən bəy Zərdabi və b.nın çar Rusiyasının milli  ayrı-seçkilik siyasətinə qarşı mübarizısi,  getdikcə genişlənməkdə olan  «Türkləşmək,islamlaşmaq  və müasirləşmək»(«türk qanlı, islam imanlı ,Avropa qiyafəli») məfkürəsi  Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdir.
1906-1907-ci illərdə «Təkamül»də, həmçinin başqa qəzetlərdə millətlərə, tayfalara,siniflərə, insanlara(fərdlərə) hüquq bərabərliyi və azadlıq tələb edən yazllarla çıxış etmiş və zaman keçdikcə bu siyasi tələblər  «insanlara hürriyyət, millətlərə  istiqlal»çağırışı kimi formalaşmışdır..
1905-1907-ci illər rus inqilabının məğlubiyyətindən sonra  rusiyanın təqiblərindən Rəsulzadə İrana mühacirət  etməyə məcbur oldu. Rəsulzadə  1908-1911-ci  illər İran inqilabında , Cənubi Azərbaycanda milli- azadlıq hərəkatında fəal iştirak etmiş,Səttarxan və Bağırxanla görüşmüşdü. Bu müddətdə o, Tehranda  Avropa tipli  ilk gündəlik  «İrane-nou»(«Yeni İran») aəzetini dərc  etmişdir(1910-1911). Həmin dövrdə Rəsulzadə , Seyid  Tağızadə ilə birlikdə İran Demokratik  Partiyasını yaratmış və onun Mərkəzi Komitəsinə üzv seçilmişdir. İran inqilabı yatırıldıqdan sonra (1911) Rəsulzadə  S.H. Tağızadə ilə Türkiyəyə  mühacirət etmişdir. Burada  Əli bəy Hüseynzadə 
və  Əhməd Ağayevlə sıx  əməkdaşlıq  etmişdir, «Türk ocağı» təşkilatına daxil olmuş,«Türk yurdu» jurnalında Cənubi Azərbaycan türklərinə həsr olunmuş  məqalələrdəonların milli-siyasi hüquqlarını müdafiə etmişdir. Rəsulzadə,eyni zamanda, budövrdə türçülük ideyaları ilə daha da dərindən tanış olur.
M.Ə.Rəsulzadə 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə verilmiş əfv-ümumidən sonra Bakıya qayıdır, «Musavat» partiyasının rəhbərliyinə  keçir(«Müsəlman Demokratik Partiyası »Musavat» 1911-ci ilin oktyabrında, Rəsulzadə hələ Türkiyədə mühacirətdə olduğu zaman , Məmmədəli Rəsulzadə,Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən yaradılmışdı) və milli azadlıq mübarizəsində fəal iştirak edir.1915-ci ildə «Açıq söz» qəzetini nəşr edir. Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparır,«Dirilik»(1914-1916) jurnalında «Milli dirilik» başlığı ilə silsilə məqalələr dərc etdirir,millətin tərifində dini birliyi deyil, dil və mədəniyyət birliyini önə çəkir,milli istiqlal ideyalarını geniş təbliğ edir. Onun rəhbərlik etdiyi «Musavat» partiyası milli azadlıq mübarizəsinin önünə keçir.
Rusiyada Fevral burjua inqilabının (1917) qələbəsindən sonra milli əsarət  altında olan xalqlara , o cümlədən Azərbaycan  xalqına yeni yaradılacaq demokratik Rusiyada «Milli-məhəlli (ərazi) muxtariyyət» verilməsi uğrunda mübarizə aparır.Qafqaz müsəlmanlarının Bakı(1917, aprel) və Rusiya müs əlmanlarının Moskva(1917,may) qurultaylarında öz mövqeyini uğurla müdafiə edir. Moskva qurultayında onunAzərbaycan dilində etdiyi çıxışda irəli sürülən «Milli -məhəlli(ərazi) muxtariyyəti» proqramı Əhməd Salıkovun «milli-mədəni muxtariyyət»  proqramından fərqli olaraq  böyük səs üstünlüyü ilə(446:291) qəbul olunur.Bu, Rusiyanın  türk xalqları arasında onun nüfuzunu daha da artırdı. Nəticədə  o, Rusiyanın gələcək dövlət idarəçiliyi  formasını müəyyən edəcək Müəssislər Məclisinə Azərbaycanla yanaşı Türküstandan da deputat seçildi.
1917-ci ilin iyununda  «Musavat» la Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi  «Türk-Ədəmi- Mərkəziyyət» partiyası birləşdi.Rəsulzadə  birləşmiş «Türk Ədəmi-MərkəziyyətFirqəsi Musavat»ın sədri oldu.1917-ci ilin oktyabrında «Türk Ədəmi-Mərkəziyyət Firüəsi Musavat»ın  I qurultayında M.Ə.rəsulzadə  partiyanın Mərkəzi Komitəsinin sədri seçildi.O,qurultaydakı çıxışında partiyanın mübarizə  istiqamətini müəyyən edərək bildirmişdi:»Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyəti də hifz edə biməz.İnsanlara hürriyyət, millətlərə istiqlal».
Lakin Oktyabr çevrilişindən (1917) sonra Rusiyada bolşevik irticası və yeni milli əsarət dövrü baçlandı.Silah gücünə  keçmiş Rusiya imperiyasının sərhədlərini bırpa etmək siyasəti  yeridilirdi.Bakıda  və onun ətrafında  hakimiyyəti ələ keçirən Stepan Şaumyanbolşevik-daşnak
höküməti Azərbaycana  «muxtariyyət « əvəzinə «məzarıstan» vəd etdi və 1918-ci il martında Bakıda və  ölkənin digər bölgələrində  azərbaycan xalqına qarşı kütləvi qırğınlar və soyqırım  törətdi.Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə  başçılıq edən «Musavat»ın binası  və  «Açıq söz»ün redaksiyası yandırıldı. Bu  zaman Rəsulzadə milli azadlıq hərkatının digər görkəmli rəhbərləri ilə  birlikdə Qagqazın Rusiyadan ayrılaraq müstəqil konfederasiya dövləti yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə Zaqafqaziyaparlamentində (seymində) Müsəlman(Azərbaycan) fraksiyası rəyasət heyətinin sədri kimi çıxışlar edir. Zaqafqaziya seymi dağıldıqda Rəsulzadə Batum konfransinda iştirak etdiyinə görə gizli səsvermə nəticəsində qiyabi olaraq  Azərbaycan Milli Şurasini imzalayır(1918-ci il 4 iyun). Müqavilənin 4-cü maddəsinə əsasən  Osmanlı dövləti Bakı Sovetinin daşnak –bolşevik hərbi birləşmələri və erməni-daşnak quldur dəstələri tərəfindən  soyqımına məruz qalmaqda olan Azərbaycan xalqına qardaşlıq yardımı göstərir.M.Ə. Rəsulzadə dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş  ilk  hökümət böhranının aradan qaldırılmasında mühüm rol oynamış,istiqlalın qorunub saxlanması  naminə sədri olduğu Milli Şuranın müvəqqəti olaraq istefasına razılıq vermişdir.O,1918-ci ilin iyununda  Azərbaycan Xalq Cümhuriyyətinin  İstanbul  beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə (Rəsulzadədən başqa Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idi) sədrlik etmiş,çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın  mənafeyini uğurla müdafiə etmiş, Azərbaycanda hərbi işin təşkili maliyyə problemi Ərazi məsələsi haqqında Türkiyə rəsmiləri ilə danışıqlar aparmış,xüsusən  Bakı məsələsində çevik və prinsipial mövqe tutmuşdur.1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin formalaşmasında  mühüm rol oynamışdır.
 
1918-ci ilin dekabrın 7-də parlaq nitq söyləmiş və sonra «Musavat» partiyası adından gənc Cümhuriyyətin dövlət quruluşu , daxili və xarici siyasətinin əsas prinsipləri barədə bəyannamə ilə çıxış etmişdir. Onun «...müstəqil  Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk  hürriyyəti, islam mədəniyyəti və müasirAvropa iqtidarı-əhrarınasini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha  enməyəcəkdir» sözləri Parlament üzvlərinin ayaq üstə sürəkli alqışlarla qarşılanmışdı.Rəsulzadə AXC Parlamentində Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunlarınqəbulunda həlledici rol oynamışdır.M.Ə.rəsulzadə Parlamentdə Bakı Dövlət Universitetinin açılması ətrafında gedən müzakirələrdə qətiyyətlə çıxış etmişdir.Rəsulzadə Universitet fəaliyyətə başladıqdan sonra tarix-filologiya fakultəsində Osmanlı ədəbiyyatı tarixindən dərs demişdir.
M.Ə.Rəsulzadə bu dövrdə Borçalı və Qarabağla bağlı Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qaldırılmış ərazi iddialarında  prinsipial mövqe tutmuşdur. Borçalı ilə bağlı Azərbaycan hökümətini «Qan tökməklə» hədələyən gürcü nümayəndələrinə «nə etmək olar, əgər məcbur etsələr, qan tökmək olar» deyə qətiyyətlə cavab vermişdir.O, Qarabağ məsələsində də eyni qətiyyət göstərmişdir:»Bizim fikrimizcə və hökümətin fkrinə görə Qarabağ məsələsi yoxdur. Necə ki. Bakı məsələsi yoxdur.Buna görə də Qarabağ ünvanı ilə olan hər növ təklifi rədd edirik» Rəsulzadə 1919-cu ilin dekabrında keçirilmiş  «Musavat» partiyasının II qurultayındaPartiyanın Mərkəzi Komitəsinin və Parlament fraksiyasının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir.Yenidən «Musavat» partiyasının sədri seçilmişdir.
1920-ci il aprelin 27-də  11-ci Qırmızı Ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində  hakimiyyətin bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə  çıxmışdır.AXS-nin süqutundan sonra  gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişilə Bakıda «Musavat»ın gizli mərkəzi yaradıldı. Onun özq isə Lahıcda gizləndi.Rəsulzadə  bol-
şeviklərin istilasından sonra AXC-nin dövlət strukturlarının dağıdılması ,repressiyalar,qanlı qırğınlar dövründə xalqın sovet- bolşevik rejiminə qarşı apardığı şiddətli mübarizəni və verdiyi saysız qurbanları görərək bildirirdi:»milli bayrağın torpaqlara deyil,millətin vicdanına enmiş olduğunu ,hər kəsin bu bayrağı ruhunda,qəlbində və bağrın-
da mühafizə etməkdə olduğuna inandığını» bidirirdi.
M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də həbs  olunmuş, lakin İ.Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər  Komissarlığında işlə təmin olunmuşdu. Bir müddət sonra Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etdi.O, AXC-nin süqurundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların  istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək  məqsədilə Azərbaycan Milli Mərkəzini(İstanbulda),»Musavat» partiyasının Xarici Bürosunu yaratdı və «Musavat»ın Azərbaycandə fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi.1926-cı ildə
onun fəal iştirakı ilə Parisdə «Prometey» təşkilatı yaradıldı.»Prometey» sovet rejiminə qarşı müxtəlif xalqlarının nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi.Rəsulzadə 1931-ci ildə sovet hökümətinin tələbi ilə  Türkiyəni tərk etməli oldu.1932-ci ildə Rəsulzadənin siyasi mühacirətinin Polşa dövrü başlandı. 1934-cü ildə 
Ə. Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzaladı. Sazişə əsasən Qafqazda Azərbaycan,Gürcüstan və Şimali Qafqaz respublikalarından ibarət Konfederasiya dövləti-respublika yaratmaq nəzərdə tutulurdu.M.Ə.RəsulzadəƏ.Topçubaşovun ölümündən sonra(1934)  siyasi mühacirin istiqlal mübarizəsində
aparıcı rol oynadı.
1936-cı ildə Varşavada  «Musavat» ın  qurultay səlahiyyətli  konfransı keçirildi.İsveçrəyə, İsveçrədən  İngiltərəyə, nəhayət Rumıniyaya keçdi. 1942-ci ildə Azərbaycanın müstəqilliyinə nail olmaq üçün Almaniyanın Xarici İşlər  Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girdi. Lakin danışıqlat uğursuz nəticələndi. M. Ə. Rəsulzadə  Berlində «Azərbaycanın milli haqlarını qorumaq, vətənin xilası və istiqlalı üçün mübarizə etmək,qafqasiyalı millətlərin dostluqları və siyasətdə bir yerdə yaşamaları üçün çalışmaq və Almaniya ilə sıxı surətdə işbirliyi təmin etmək» məqsədilə Milli Azərbaycan Komitəsi yaratdı.Almaniya tərəfindən Azəərbaycanın müstəqilliyinin tanınması məsələsində
müsbət nəticə əldə olunmadığını görən Rəsulzadə  1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getdi. Müharibənin sonuna yaxın Münxendə gizli şəraitdə yaşayan Rəsulzadənin yaratdığı «Azərbaycan Demokratik Birliyi» cəmiyyəti azərbaycanlıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı «Tükiyə-Azərbaycan»cəmiyyəti isə əsirlrin Türkiyəyə aparılmasına köməkgöstərdi.
1947-ci ildə Türkiyəyə qayıdan M.Ə.Rəsulzadə  burada  Azərbaycan Kültür dərnəyini(1949-cu il,1 fevral) . 1952-ci ilin dekabrında Münxendə keçirilən Ümumi Qafqaz  Konfransında iştirak etdi. Konfransın qərarına əsasən, Azərbaycan,gürcüstan və şimali Qaf-
qazın təsil olunduğu Qafqaz İstiqlal Komitəsi yaradıldı. Amerika Birləşmiş Ştatlarına gedərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 35-ci ildönümü münasibəti ilə 1953-cü ilin mayın 28-də «Amerikanın səsi» radiosu ilə Azərbaycan xalqına müraciət etdi.
M.Ə.Rəsulzadə Azərbaycan mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Onun 1903-1920-ci illərdə  təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq  müxtəlif janrda yazıları dərc olunmuşdur.O, ədəbi – publisistik fəaliyyətini siyasi mühacirət illərində də davam etdirmiş, Azərbaycan xalqının  tarixi
və ədəbiyyatı ilə bağlı  çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dövrdə «Yeni Qafqaziya»(1923),»AzəriTÜRk»(1928), «Odlu yurd»(1929), «Qurtuluş»(1934), «Musavat bülleteni»(1936), «Azərbaycan»(1952) jurnallarını, «İstiqlal»(1932) qəzetini nəşr etdirmişdir.
M.Ə.Rəsulzadə ömrünün sonunadəkAzərbaycanın  dövlət müstəqiliyinin  bərpa olunması uğrunda fədakarcasına  istiqlal mübarizəsini davam etdirmişdir.Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə vəfat etmişdir və Ankaranın Əsri qəbristanında dəfn edilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev  M.Ə.Rəsulzadənin xidmətlərini yüksək qiymətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.Ə.Rəsulzadənin anadan olmasının 130 illiyinin geniş şəkildə qeyd edilməsi haqqında sərəncam vermiş və bununla əlaqədar respublikada   silsilə tədbirlər  həyata kecirilmişdirvə ədəbiyyatı ilə bağlı  çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dövrdə «Yeni Qafqaziya»(1923),»AzəriTÜRk»(1928), «Odlu yurd»(1929), «Qurtuluş»(1934), «Musavat bülleteni»(1936), «Azərbaycan»(1952) jurnallarını, «İstiqlal»(1932) qəzetini nəşr etdirmişdir.
M.Ə.Rəsulzadə ömrünün sonunadəkAzərbaycanın  dövlət müstəqiliyinin  bərpa olunması uğrunda fədakarcasına  istiqlal mübarizəsini davam etdirmişdir.Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə vəfat etmişdir və Ankaranın Əsri qəbristanında dəfn edilmişdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri