Hər
kəsin ağılında qalan fərqli bir Julia Roberts var. Erin Brockovich
xarakteriylə mübariz bir qadın, "Notting Hill" də Hugh Granttən sevgi
gözləyən bir Hollywood ulduzu, "Pretty Woman" da banyoda köpüklər içində
Richard Gerə mahnı söyləyən başdan çıxarıcı bir gözəl. Bəs əsl həyatda
Julia kimdir?
Səhər
saat doqquzda və Parisdə Volter Bulvarının yanında işlək bir yolda
sıxışıb qaldığım taksinin sürücüsü davamlı əsəbləşir. Julia Robertslə
görüşüm olduğunu söyləyirəm, amma bu ona çox bir şey ifadə etmir. Çarəni
ağıllı telefonumdan bir fotoşəkil göstərməkdə tapıram və sonunda
sürücünün üzündən bir işıqlanma oxunur: "Aa bəli, əlbəttə, Pretty Woman
bu!"
Baqajı
açıq, boz bir mikroavtobus önünə park etmiş, içindən asqılarda onlarla
paltar çıxır, ovsunlayıcı gözəllikdə ağ bir evə daşınır. Mən daxil hər
kəs, Parisə Lancômeun Casino de Parisdə qeyd olunan 80-inci il dönümü
ziyafəti üçün gəlmiş olan, markanın La Vie Est Belle ətirinin üzü,
yaşayan əfsanə Julia Robertsi gözləyir. Saatın 10 olmasıyla o an gəlir!
Mətbuat məsləhətçisi, stilisti, bərbər və makyözündən ibarət qrupu öndən
sıra halında çıxdıqdan sonra Julia görünür. Saçlarını təpədən toplamış,
uzun incə qıçlarına çox yaraşan şortunun üzərinə geydiyi köynəyi və
incə pencəyiylə rahat görünür.
Gecikməyi sevmir.
Julianın
naharı yumru bir nimçədə gəlir. Fransız olaraq mənə yumurta ikram etmək
istəyir, "ouf istərsənmi?" Deyə soruşur. "Ouf 'deyil' oeuf" deyə
düzeltdiyimdə, eynilə o dini filmdə Richard Gerein ləl-cəvahirat
qutusuyla etdiyi saqqal səhnədə olduğu kimi qəhqəhəni partladır.
Olduğumuz səmti bir yaxşı bilməsə də, Parisi çox sevir. Maraisdəki Cafe
Charlot və Jardin des Plantese bir neçə addım uzaqlıqdakı Menagerie
sevdiyiniz məkanlarındandır. Rue du Faubourg Saint-Honorede olan otel
Bristoldən təriflə bəhs edir. Julianın uşaqları da otelin məşhur
pişikləri Kleopatre və Fa-Raonanı sevirlərmiş. Telefonundan çıxarıb mənə
ailəsinin fotoşəkilini göstərir. Qızı Hazelin saçları sünbül kimi sarı,
kiçikkən özünün də eləymiş. Optimist olmanın bir seçim olduğunu düşünən
Juliyaya onu nəyin əsəbləşdirdiyini soruşuram. Gec qalan insanlara bir
az əsəbiləşdiyini özünə xas həm ciddi, həm zarafatcıl səs tonuyla
açıqlayır.
O bir kəndçi qızı.
Xüsusi Bir Qadın (Pretty Woman), 1990
Julia,
Georgia Smyrnada kiçik bir qəsəbədə böyümüşdür. Atası elektrik süpürgə
satıcısı, anası katibə olan Julianın kiçikliyində xəyalı böyüyüncə
baytar və ya müəllim olmaqmış. Valideynlərinin teatra böyük marağı
sayəsində bacısıyla birlikdə kiçikkən tez-tez teatra getmək imkanı
olmuşdur. Ailəsinin nə qədər yaradıcı, ehtiraslı və enerji dolu olduğunu
mənə qürurla izah edir. Təəssüf ki, yalnız doqquz yaşındaykən atasının
ölümünə şahid oldu. Kameraman yoldaşı Daniel Moderin eyni zamanda ən
yaxın dostu olduğunu söyləyir. İlin yarısı Malibudaki ekoloji evində,
digər yarısı New Mexikoda vəhşi təbiətin içində keçən ailə həyatına çox
düşkündür. Uşaqlarını məktəbə özü aparır, tapşırıqlarına kömək edir.
Hobbiləri arasında yemək hazırlamaq və hörgü hörmək var. Tam bir səhər
insanı olduğu hər halından bəllidir, günə 05.30-da başlayır. Harry
Potter ardıcıllığını sevən uşaqlarına hər axşam kitab oxuyur.
Julianın
üzü yaxından mükəmməl görünür. Sağ gözünün altındakı xal, ona şirin bir
hava qatır. 47 yaşında olduğunu bilirəm. O, yaşıyla əlaqədar yalan
söyləməyən qadınlardandır. Bir az da Julianın heyran olduğu qadınlardan bəhs
edək. Hillari Klinton üçün, "Qeyri-adi bir qadındır, tamamilə onu
dəstəkləyirəm" deyir. Ellen DeGeneresin həyat enerjisinə heyrandır.
Jodie Foster kimi sakit bir insanla işin nə qədər gözəl olduğunu izah
edir. Və sonra Lancômeun köhnə üzü Isabelladan həyəcanla bəhs edir:
"Ləqəbim Isabella Rossellini olsun istərdim. Onunla danışarkən
gözəlliyindən təsirlənməmək mümkün deyil. Birlikdəykən zaman dayanır,
saatlarla söhbət edə bilərlər.
Həqiqətən də xüsusi bir qadındır.
Layihələrinə
gələcək olsaq, son olaraq iki yeni filmdə yer aldı. Biri, qızı
öldürülən ananı canlandırdığı Billy Rayin "Secret in Their Eyes" filmi,
digəri də Jodie Foster və Corc Clooneylə baş rolları paylaşdığı, 2016-da
ekranlarda olacaq "Money Monster". Birlikdə altı saat keçirməmizə
əsaslanaraq deyə bilərəm ki, Julia həqiqətən işıq saçan bir qadındır.
Bir çox reportajında özündən, adi bir iş edən sıravi bir qadın olaraq
bəhs etdiyini oxumuşdum. Mən də hər kəs kimiyəm. Öz yolumda yavaş, amma
əmin addımlarla irəliləyirəm, əlimdən gələnin ən yaxşısını edirəm və
təbii, ara-sıra Parisə gələrək inanılmaz bir partiyə qatıldıqdan sonra
səhər başım çatlayaraq oyandığımda nəzakətli bir gənc adamın əlindən
qəhvəmi içmək kimi dəliliklər də edə bilirəm", deyir amma əslində
yanılır. O həqiqətən də qeyri-adi bir qadındır. Julia Roberts sizə
gülümsədiyi zaman, həyat sizə gülürmüş kimi hiss etdirir.